Məsafədən Zondlama

MƏSAFƏDƏN ZONDLAMA

Məsafədən zondlama üzrə (aerokosmik araşdırmalar / məsafədən aerokosmik tədqiqatlar) yer səthi obyektlərinin şüalanmanı udması və əks etdirməsi əsas amillərdir. Fərqli şəraitdə olan eyni obyektlərdə əks olma və udma xüsusiyyətləri müxtəlif ola bilər. Gündüz yer səthi Günəş enerjisini udur və onu istiliyə çevirir. Torpaq və səth sular qızaraq temperaturlarını ətraf mühitə istilik İQ diapazonda verirlər. Bu zaman verilən enerjinin miqdarı və onun intensivliyi şüalandırılan obyektin temperaturundan asılı olur. Yer səthinin obyektləri müxtəlif cür qızaraq istiliyi fərqli formada şüalandırırlar. Obyektlərin belə xüsusiyyəti məsafədən aerokosmik tədqiqatlar (aerokosmik araşdırmalar) üçün əhəmiyyət kəsb edir.

CASPIAN GEOMATICS şirkəti Məsafədən Zondlama verilənlərinin tematik emalı və müxtəlif verilənlərin vizual interpretasiyası, kartoqrafik təqdimatı sahəsində zəngin təcrübəyə malikdir. Aerokosmik araşdırmalar üzrə tədqiqatlarımıza müxtəlif təyinatlı torpaqlar və infrastruktur elementləri üzrə Məsafədən Zondlama üsullarının tətbiqi daxildir. Eyni zamanda təbii və süni su obyektlərin aerokosmik üsullarla öyrənilməsi, fəlakətlərin təhlili və aerokosmik monitorinqi (xronologiyası), təbii fəlakətlər zamanı dəymiş ziyanın həcmi hesablamaları, obyekt və hadisələr üzrə dəyişmə dinamikasının təyini, modelləşdirilməsi və s. daxildir.

Aerokosmik üsullara əsaslanmış bir sıra spesifik xidmətlərimizi təqdim edirik:

  • Magistral su xətlərindən (su kəmərləri) yeraltı su sızmalarının aerokosmik metodlarla müəyyən edilməsi
  • Su obyektlərinə (çay, kanal, göllər və s.) tullantı suların və bərk tullantıların atılmasının detekt edilməsi və kartoqrafik təqdimatı
  • Yeraltı və yerüstü boruların (boru kəmərlərinin) yerləşməsinin təyini və kartoqrafik təqdimatı
  • Su obyektlərinin kontaktsız metodlarla tədqiqi
  • Aerokosmik metodların tətbiqi ilə müxtəlif obyekt və hadisələrin dinamikasının modelləşdirilməsi və elmi əsaslandırma
  • Aerokosmik metodlar əsasında torpaqdan istifadə xəritələrinin tərtibi
  • Ətraf Mühitin ekoloji monitorinqi (kompleks metodlar daxildir)
  • Quru hissələrin, su obyektlərinin səth temperaturunun paylanmasının kartoqrafik təqdimatı
  • Ekosistemlərdə gedən proseslərin müxtəlif dövrlər üzrə və ya mövsümi təyini, modelləşdirilməsi və kartoqrafik təqdimatı

Torpaq və bitki örtüyü, suyun spektral xassələri, əks etdirmə, udma və şüalandırma qabiliyyətləri, onların üzərinə düşən işıq selinin dalğa uzunluğundan, fiziki-bioloji xüsusiyyətlərindən asılı olaraq dəyişir. Aerokosmik çəkilişlərdə surət və material və maddələrin tanınması, konturların ayrılması əldə olunur. Çəkilişlər elə spektral diapazonlarda aparılmalıdır ki, bu diapazonlarda torpağın, bitki növlərinin, süxurların, su hövzələrinin əks etdirmə və udma xüsusiyyətlərində fərqlər mümkün qədər böyük olsun.

Məsafədən Zondlama verilənləri üzrə digər xüsusi xidmətlərimizi təqdim edirik:

  • Müxtəlif obyekt və hadisələr üzrə antropogen təsirlərin detekt olunması, tematik xəritə tərtibi və modelləşdirmə
  • İnfrastruktur xəritələrinin tərtibi
  • Məsafədən Zondlama verilənləri ilə digər mənbələrdən alınmış məlumatların vizual interpretasiyası, modelləşdirmə və kartoqrafik təqdimatı
  • Qazılacaq kəşfiyyat quyularının optimal yerləşdirilməsi xəritələrinin tərtibi
  • Rəqəmsal ortofotoplanların tərtibi
  • Rəqəmsal kartoqrafik əsasın qurulması və yenilənməsi
  • Neftlə çirklənmiş sahələrin təyini və həcmi hesablamaların aparılması
  • Ətraf mühit üzrə həssas ərazilərin xəritələşdirilməsi
  • Ekoloji vəziyyətin retrospektiv qiymətləndirilməsi
  • Çirklənmiş və yararsız torpaqların təyini və xəritələşdirmə
  • Fövqəladə hallar zamanı ətraf mühitə dəymiş ziyanın təyini
  • Antropogen təsirlərin qiymətləndirilməsi
  • Kənd təsərrüfatı və meşə təsərrüfatı sahələrində geniş miqyaslı aerokosmik araşdırmalar
  • Torpaqdan istifadə və planlaşdırma

 

Məsafədən Zondlama

Su hövzələrinin və torpaq örtüyünün aerokosmik monitorinqi sahəsində xidmətlərimiz mövcuddur. Xidmətlərimizi məsafədən aerokosmik tədqiqatlar üzrə və müasir metodların inteqrasiyası əsasında və CİS texnologiyaları üzərində qururuq.

Qarşıya qoyulmuş məsələlərə elmi əsaslarla yanaşırıq və bu bizi digərlərdən fərqləndirən əsas meyardır. Adət olaraq hər tədqiqatın yekunu CİS-in qurulması ilə nəticələnir, təyin edilən meyarlar diqqətə alınır və xəritələşdirilir. Obyekt üzrə toplanan məlumatların verilənləri və təhlillərin nəticələri, həmçinin modelləri və xəritələri CİS mühitində toplanır və sistemləşdirilir.

Məsafədən aerokosmik tədqiqatlar

OXŞAR GÖRÜLMÜŞ LAYİHƏLƏR

  1. “Naxçıvan Muxtar Respublikasında İrriqasiya və Drenaj Sistemlərinin İnkişafı Layihəsi” çərçivəsində mühəndis axtarışları (geoloji – hidrogeoloji və qrunt laboratoriya tədqiqatları, topoqrafik ölçmələr, kanalların texniki inventarlaşdırılması). Asiya İnkişaf Bankı, Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC, SOFRECO (Yanvar 2022/İyun 2022)
  2.  Kür çayı üzrə batimetriya tədqiqatlarının aparılması (İyun 2022 / İyul 2022)
  3. Bakı şəhərində kontrakt sahələr üzrə neftlə çirklənmiş ərazilərin məsafədən aerokosmik tədqiqat metodları ilə təyini (2022 may – iyun)
  4. Şuşa şəhərinin rəqəmsal xəritəsinin tərtibi. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi (2020 noyabr / 2021 yanvar)
  5. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının coğrafi informasiya sisteminin qurulması. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi (2020 noyabr / 2021 yanvar)
  6.  Şəki şəhərinin tarixi mərkəzi olan və YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisinin coğrafi informasiya sisteminin  qurulması və rəqəmsal xəritələrin tərtibi. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi (2020/ noyabr-dekabr)
  7.  Dəniz dibi araşdırmaları (Lənkəran) və sahilyanı zonalarda aktiv eroziya proseslərinin tədqiqi (2020/avqust-sentyabr)
  8. Deltada və Xəzər dənizi hövzəsində Batimetriya tədqiqatlarının aparılması (2020/may-iyun)
  9. Xəzər dənizi hövzəsində SONAR və Batimetrik tədqiqatların aparılması (2020/aprel)
  10. Kontrakt sahələri üzrə Azərbaycanın bir sıra rayonlarının CİS əsasında rəqəmsal xəritələrinin tərtibi (2019/avqust)
  11. Yevlax və Goranboy rayonlarının 3200 ha kənd təsərrüfatı sahələrində topoqrafik ölçmələrin aparılması (2018/avqust)
  12. Saatlı rayonunun 7000 ha ərazisinin topoqrafik ölçmələri və ortofotoplanların tərtibi (2018/yanvar-fevral)
  13. Böyükşor gölünün bərpası layihəsi, Mərhələ II, Mühəndislik və Nəzarət (İQLİM LTD) (2018)

Həmçinin baxın:

Geodeziya və Fotoqrammetriya
Geologiya və Geofizika xidmətləri
CİS həlləri
Hidroqrafiya
Kartoqrafiya

Khojali Avenue 55, AGA Business Center 4th floor, Baku, Azerbaijan, AZ1025 [email protected] (+994) 55 206 09 95 (WhatsApp)
× WhatsApp Chat