Kartoqrafiya xidməti (xəritəçilik)

KARTOQRAFİYA

Kartoqrafiya xidməti (xəritəçilik) üzrə CASPIAN GEOMATICS MMC zəngin təcrübəyə malikdir. Tematik kartoqrafiya və topoqrafik xəritələr üzrə tərəfimizdən işlər aparılmaqla bu sahədə çoxsaylı müqavilələr imzalanmışdır. Ənənəvi olaraq məzmununa görə xəritələri əsasən iki qrupa ümumcoğrafi və xüsusi xəritələr qrupuna ayrılır. Miqyasdan asılı olaraq ümumcoğrafi xəritələr – topoqrafik xəritələr, obzor-topoqrafik xəritələr, obzor xəritələr kimi təsnif olunur.

Topoqrafik xəritələr – 1:200 000 və daha böyük miqyaslı

Obzor-topoqrafik xəritələr – 1:200 000-dən 1:1000 000 miqyasa qədər

Obzor xəritələr – 1:1000000 miqyasından kiçik olanlar

Kartoqrafik məhsulların hazırlanmasında müxtəlif mənbələrdən istifadə oluna bilər. Mənbənin seçilməsi zamanı Sifarişçinin tələbləri nəzərə alınır və bütün tələblərə cavab verilən rəqəmsal xəritələr işlənib hazırlanır. Hazırda kartoqrafik mənbələrə aerokosmik məlumatlar, internet resursları, DRON çəkilişləri əsasında alınmış təsvirlər, lazer scan və LIDAR texnologiyaları üzrə alınmış informasiyalar, yerüstü geodeziya və topoqrafik ölçmələrdən alınmış materiallar, kağız xəritə mənbələri daxildir.

Kartoqrafiya xidməti (xəritəçilik) topoqrafik xəritələr

Tematik Kartoqrafiya

Tematik Kartoqrafiya müasir yanaşmaları tələb etməklə Kartoqrafiya xidməti (xəritəçilik) üzrə əsas istiqamətlərdən biri hesab olunur. Ümumiyyətlə xəritə tərtibatı ilə bağlı təcrübəmizdə bütün istiqamətlər üzrə çoxsaylı layihələr icra etməkdəyik. Bu istiqamətlərə ümumcoğrafi və xüsusi xəritələr, ictimai-iqtisadi və texniki xəritələr daxildir. Tematik və digər xəritələrin tərtibi, o cümlədən ətraf mühitin xəritələşdirilməsi sahəsində bir çox layihələr icra etməklə portfoliomuzu genişləndirmişik:

  • Dinamik dəyişmə xəritələri
  • PAH və TPH xəritələri
  • Ağır və Təhlükəli metallar
  • Lil qatı, Sedimentlər (dib çöküntüləri)
  • Təsnifat və ekoloji xəritələr
  • Mühafizə və daşqın riskləri
  • Bərpa-Reabilitasiya, həssas ərazilər və qiymətləndirmə xəritələri
  • Fəlakətlər və təhlükələr
  • Heyvanat aləmi və meşə örtüyü
  • Atmosfer çirklənməsi və sanitar analiz
  • Hidro-bioloji və ixtiyoloji tədqiqat xəritələri
  • Torpaqdan istifadə və infrastruktur xəritələri
  • İqlim, fiziki və iqtisadi, geoloji, batimetrik, əhali xəritələri
  • Avtomobil və dəmir yolları xəritələri

Tərtib olunmuş xəritələr (tematik kartoqrafiya) coğrafi informasiya sistemləri (CİS) mühitində işlənilir və dizayn olunur. Təcrübəmizə əsasən qeyd etməliyik ki, tematik kartoqrafiya xəritə tərtibatı işlərində daha çox tələb olunur və müasir sistemlərin tətbiqini zəruri edir.

Topoqrafik xəritələr

Topoqrafik xəritələrin tərtibində ilkin olaraq sahəvi topoqrafiya ölçmələri aparılmalıdır. Müxtəlif sahələr üzrə, o cümlədən infrastruktur layihələrinin işlənilməsində ərazinin ilkin qiymətləndirilməsi vacibdir. Bunun üçün topoqrafik planalma işləri aparılır ki, burada çoxsaylı metodoloji yanaşmalar mövcuddur. Bu metodlara taxeometrik planalma və GPS ölçmə üsulları, DRON, inteqrasiyalı tətbiqi metodlar, fotoqrammetrik planalma, yüksək ayırdetməli verilənlərin tətbiqi üsulları daxildir.

Adətən metodiki olaraq topoqrafiya xidməti üzrə topoqrafik ölçmələr üçün tədqiqat ərazisi kameral təhlil olunur, kartoqrafik materiallar istifadə edilir. Ərazinin səth quruluşuna baxılır və müxtəlif ayırdetməli aerokosmik məlumatlara müraciət olunur. Sonra, tətbiqi metodologiya baxımdan ərazi qiymətləndirilir. Növbəti mərhələdə, geodeziya xidməti üzrə istinad məntəqəsinin quraşdırılması və ya mövcud dövlət geodeziya məntəqəsinin istifadəsi məsələsinə baxılır. Bundan irəli gələrək, məntəqələrin statik rejimdə ölçülməsi, hesablanması və tarazlaşdırılması məsələləri həll olunur. Bu ölçmələrdə referans baza nöqtələri seçilir (RTCM-REF GNSS məntəqələri), bağlanılır və ortalaşdırılmış observasiya meyarı seçilir. Alət nöqtə üzərində mərkəzləşdirilir və hündürlük ölçülür. Quraşdırılmış reperlər bir metod kimi GNSS məntəqələri əsasında hesablanılır.

Operativ üsullara yerüstü lazer skan çəkiliş metodları və ya aerofotoplanalma (LIDAR) daxildir. Fotoqrammetrik metodların tətbiqində uçuşun planlaşdırılması və onun dəqiq yerinə yetirilməsi məsələlərinə baxılır. Məhsulun geodezik dəqiqliyini təmin etmək üçün ərazidə fotoqrammetrik istinad məntəqələri quraşdırılır, onların koordinat və yüksəklik göstəriciləri ölçülür. Uçuş aparatı yüksək keyfiyyətli fotokamera ilə təchiz edilməklə yüksək ayırdetməli təsvirlər alınır. Aerofotolar emal olunur, aerotrianqulyasiya modeli qurulur və tarazlaşdırılır.

Veb xəritələr

Kartoqrafiya xidməti (xəritəçilik) üzrə müasir tələblərdən biri veb xəritələşdirmə sahəsidir. Veb kartoqrafiya (veb xəritəçilik) İnternetdə CİS xidmətləri vasitəsilə xəritələrdən istifadə etmək üçün texnologiyadır. Onun əsas fərqi ondan ibarətdir ki, istifadəçi xəritədə hansı məlumatın göstəriləcəyini müstəqil seçə bilir. Burada geoməkan məlumatlarının emalına xüsusi diqqət yetirilir. Bu, məlumatların toplanması və proqram arxitekturasının spesifik aspektləri ilə bağlıdır. “Veb xəritəçəkmə” termini “Veb GIS” termini ilə sinonim olaraq istifadə olunur.

Geoinformasiya üzrə fəaliyyət göstərən şirkətlər hazırda öz proqram xidmətinin hissəsi kimi veb xəritələşdirməni təklif etmək imkanına malikdirlər. Burada  məqsəd, istifadəçiyə müstəqil olaraq xəritələr tərtib etmək və saxlanılmasını təmin etməkdir. Zərurət yarandığı halda, xəritələr dəyişə və serverə yüklənə bilər. Bu xəritələrin tərtibi üçün xüsusi redaktor istifadə olunur və bu xidmət üçün API-dən istifadə edən skriptlərin yazılmasına əsaslanan üsul istifadə edilə bilər.

Veb xəritəçəkmə texnologiyaları (rəqəmsal kartoqrafiya) xüsusi server və proqramlar olmadan icrası mümkün deyil. İlk növbədə, onlar CİS mühitində yaradılmış geoməlumat bazasını və ya inteqrasiya olunmuş məkan məlumat bazalarını tələb edir.

Georeferensiya məsələləri

Kartoqrafiya xidməti (xəritəçilik) üzrə vacib faktorlardan biri georeferensiya məsələləridir. Kağız xəritələrin həm də, rəqəmsallaşdırılması bugün üçün aktuallığı ilə seçilir. Köhnə bələdiyyə və yerquruluşu sxemləri, kadastr və topoqrafik xəritələr rastr daşıyıcısı kimi saxlanılır. Müasir dövrdə bu xəritələrə layihələr çərçivəsində çox rast gəlinir. Zəruri olaraq bu xəritələrə baxılır, ərazi və obyekt barədə məlumat əldə olunur. Bu baxımdan, belə xəritələrin rəqəmsal şəkilə gətirilməsi vacibdir. Nəticədə obyektlər rəqəmsallaşır və onların idarə edilməsi mümkün olur, obyekt və hadisələrin geoinformasiya modeli qurulur.

Model, obyekt və hadisənin xüsusiyyətlərini əks etdirməklə, mövcud vəziyyətin baxılmasına və proqnoz zamanı səmərəli nəticənin alınmasına imkan verir. Təqdimetmə formalı geoinformasiya modelinin qurulmasında maraqlı olan məsələ tədqiqat obyektinin və hadisənin hansı zaman intervalına aid olması deyil, onun xassələrinin, obrazının naturada dəqiq təsvirinin təmin edilməsidir.

Bizi əhatə edən aləm, obyekt və hadisələr mürəkkəb sistemi təşkil edir. Bu mürəkkəb və unikal sistemdə gedən prosesin, baş verən hadisənin hissələri ilə öyrənilməsi mümkün olmur. Belə modellər həm mövcud vəziyyəti, həm də proqnozlaşdırma kimi xassələri əks etdirir. Bunun üçün müxtəlif yanaşmalar, metod və alqoritmlər mövcuddur. Geoinformasiya modelləri müasir yanaşmalara əsaslanır və xüsusi özəllikləri ondan ibarətdir ki, obyekt və hadisə haqqında geniş məlumat vermək imkanına malikdirlər. Georeferensiya məsələsində xəritələrin deformasiyalı olub və olmaması barədə bilgilər əhəmiyyətlidir və bunun üçün metod və yanaşmalar mövcuddur.

Kartoqrafik dizayn

Xəritələrin tərtibi zamanı kartoqrafik qaydalara ciddi əməl olunur və dizayn meyarına həssas yanaşılır. Xəritə dizaynı hər şeydən əvvəl zövq tələb edir və burada rəngələrlə işləmə bacarığı, rəngləri hiss etmək lazım gəlir. Xəritələrin dizayn edilməsində rənglərin təbiəti və onların harmoniyası önəmlidir. Bu səbəbdən, xəritəyə xüsusi yanaşılmalı və bu yanaşmalar bütün növ xəritələrə şamil olunmalıdır. Tərtibatda yanaşmalar olduğu kimi onların dizayn edilməsində də obyekt və hadisələrin təbiətindən asılı olaraq rənglərdən istifadə edilir. Bu, xəritəçilik üzrə tematik xəritələrin tərtibi istiqamətində daha çox lazım gəlir. Belə xəritələrin tərtibində kompozisiya uyğunluğu nəzərə alınmalı və ahənglik nəzərə çarpmalıdır.

 

OXŞAR GÖRÜLMÜŞ LAYİHƏLƏR

  1. “Naxçıvan Muxtar Respublikasında İrriqasiya və Drenaj Sistemlərinin İnkişafı Layihəsi” çərçivəsində mühəndis axtarışları (geoloji – hidrogeoloji və qrunt laboratoriya tədqiqatları, topoqrafik ölçmələr, kanalların texniki inventarlaşdırılması). Asiya İnkişaf Bankı, Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC, SOFRECO (Yanvar 2022/İyun 2022)
  2. Kür çayı üzrə batimetriya tədqiqatlarının aparılması (İyun 2022 / İyul 2022)
  3. Bakı şəhərində kontrakt sahələr üzrə neftlə çirklənmiş ərazilərin məsafədən aerokosmik tədqiqat metodları ilə təyini (2022 may – iyun)
  4. Dəmir yollarının topoqrafik ölçmələri (Bakı şəhəri) (2021 İyun / 2021 Avqust)
  5. Şuşa şəhərinin rəqəmsal xəritəsinin tərtibi. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi (2020 noyabr / 2021 yanvar)
  6. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının coğrafi informasiya sisteminin qurulması. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi (2020 noyabr / 2021 yanvar)
  7.  Şəki şəhərinin tarixi mərkəzi olan və YUNESKO-nun  Ümumdünya İrs Siyahısına daxil edilmiş “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisinin coğrafi informasiya sisteminin  qurulması və rəqəmsal xəritələrin tərtibi. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi (2020/ noyabr-dekabr)
  8.  Dəniz dibi araşdırmaları (Lənkəran) və sahilyanı zonalarda aktiv eroziya proseslərinin tədqiqi (2020/avqust-sentyabr)
  9.  Deltada və Xəzər dənizi hövzəsində Batimetriya tədqiqatlarının aparılması (2020/may-iyun)
  10.  Xəzər dənizi hövzəsində SONAR və Batimetrik tədqiqatların aparılması (2020/aprel)
  11.  Kontrakt sahələri üzrə Azərbaycanın bir sıra rayonlarının CİS əsasında rəqəmsal xəritələrinin tərtibi (2019/avqust)
  12.  Ceyrançöl massivində 8000 ha sahədə aparılmış mühəndisi-topoqrafiya ölçmələri (2018-2019)
  13.  Xəzərin cənub sahillərində (Lənkəran ərazisi) aparılmış Batimetrik tədqiqatlar (2018/avqust)
  14.  Xəzər dənizinin lokal sahələrində dib relyefinin öyrənilməsi (2018/fevral-mart)
  15.  Çimərlik sahələrdə Batimetrik ölçmələrin aparılması (2018/fevral-mart)
  16.  Layihələndirmə məqsədli mühəndisi-geodeziya ölçmələri (2018/iyun)
  17.  Yevlax və Goranboy rayonlarının 3200 ha kənd təsərrüfatı sahələrində topoqrafik ölçmələrin aparılması (2018/avqust)
  18.  Saatlı rayonunun 7000 ha ərazisinin topoqrafik ölçmələri və ortofotoplanların tərtibi (2018/yanvar-fevral)
  19.  Böyükşor gölünün bərpası layihəsi, Mərhələ II, Mühəndislik və Nəzarət (İQLİM LTD) (2018)

Həmçinin baxın:

Məsafədən Zondlama
Geologiya və Geofizika xidmətləri
CİS həlləri
Hidroqrafiya
Geodeziya və Fotoqrammetriya

Khojali Avenue 55, AGA Business Center 4th floor, Baku, Azerbaijan, AZ1025 [email protected] (+994) 55 206 09 95 (WhatsApp)
× WhatsApp Chat