Geodeziya xidməti Topoqrafiya

GEODEZİYA VƏ FOTOQRAMMETRİYA

Geodeziya xidməti üzrə geniş təcrübəyə malik şirkətimiz geodeziya və topoqrafiya istiqamətində xalq təsərrüfatının müxtəlif tətbiq sahələrinə uyğun həllər təklif edir. Geodeziya xidməti üzrə əsas istiqamətlərimiz:

  1. Dəniz geodeziyası
    – Batimetriya tədqiqatları (təkşüalı və çoxşüalı)
    – Dayaq blokların geodeziya məsələləri
    – Batimetrik modelləşdirmə
    – Dəniz tədqiqatlarının geodeziya təminatı
    – Dayaq blokların dənizə buraxılması üçün geodeziya ölçmələri
    – Məhdudlaşdırıcı bloklara əlavə olunan konstruksiya üzrə yaranmış dəyişikliyin təyini
    – Məhdudlaşdırıcı blokların cari vəziyyətinin təyini
    – Dəniz tədqiqatları və geodeziya təminatı
    – Side Scan Sonar ölçmələri
  2. Hidrotexniki qurğuların geodeziya ölçmələri və texniki inventarizasiyası (su anbarı, kanal və kollektor)
  3. Müxtəlif təyinatlı torpaqların topoqrafiya ölçmələri (kənd təsərrüfatı və s.)
  4. İcra planalması (icraedici sxemlərin tərtibi), fasad planalması, bina daxili geodeziya ölçmələri və s.
  5. Topoqrafik xəritə tərtibi və yenilənməsi
  6. Geodeziya istinad məntəqələrinin düzəldilməsi, quraşdırılması
  7. Geodezik monitorinq şəbəkəsinin qurulması
  8. Müxtəlif bina və qurğuların, konstruksiyalarının deformasiyalarının geodezik tədqiqi
  9. Avtomobil və dəmir yollarının topoqrafiya ölçmələri (maillik və çökmələrin təyini, əyrilik və radiusların müəyyən olunması, profillərin qurulması, dəmir yollarının pasportlarının tərtibi və yenilənməsi)
  10. Bütün tikinti obyektləri üzrə geodeziya təminatı
  11. Torpaq sahələrinin sərhədlərinin və dayaq nöqtələrinin təyini, bölgü işləri
  12. Lazer skan ölçmələri, LIDAR texnologiyası
  13. Bütün metodlar üzrə topoqrafik planalma
  14. Dron ölçmələri (Fotoqrammetriya)
  15. Layihəyə düşən torpaq sahələrinin və daşınmaz əmlakların topoqrafik ölçmələri
  16. Yeraltı kommunikasiya xətlərinin təsbit olunması
  17. Bütün siniflər üzrə nivelirləmə işləri

Geodeziya xidməti Topoqrafiya xidməti

İcra planalması (Исполнительная Съемка)

Bu xidmət üzrə tikinti sahəsində və tikilidə dəmir-beton elementlərinin (sütun, divar, rigel, pilləkən qəfəsləri, lift) geodeziya ölçmələri yerinə yetirilir. Geodeziya xidməti üzrə girişlərin orta səviyyələri, mərtəbələrin kommunikasiya detalları (diametr, material, təyinat) və mərtəbə boşluqları təyin olunur. Döşəmə, tavan və rigellərin alt səviyyələri müəyyən edilir, döşəmə səviyyələri paylanılır. Pəncərə, qapı boşluqları və keçidlərin geometrik ölçüləri təyin edilir, profillər qurulur və hər mərtəbə üzrə geodeziya məntəqələri tarazlaşdırılır və nişanlama işi icra edilir. Binalar həm vahid planda, həm də bütün mərtəbələr daxil olmaqla planları tərtib oluna bilər. Geodeziya xidməti üzrə bütün normativ sənədlərə əməl olunur, plan və vertikal üzrə işlər yüksək dəqiqlikdə yerinə yetirilir.

Geodeziya xidməti üzrə metodiki olaraq tikinti prosesində buraxılmış bütün sapmaların təyini, həmçinin inşa edilmiş obyektin koordinat və hündürlüyünün təyini, ayrı-ayrı hissələrin ölçülərinin dəqiqləşdirilməsi işləri zəruri olaraq aparılmalıdır. Bu baxımdan, metodoloji olaraq Sifarişçinin nəzərindən qaçan meyarlara baxmayaraq biz bütün detalları nəzərdən keçiririk və zəruri məsləhətlər veririk.

 

Geodeziya xidməti topoqrafiya xidməti

 

Kənd təsərrüfatı üzrə topoqrafiya xidməti

Topoqrafiya xidməti üzrə geniş tətbiq olunan sahələrdən biri kənd təsərrüfatı sahəsidir. Məhz, bu sahədə də geniş təcrübəyə malikik. Kənd təsərrüfatı fəaliyyəti və infrastruktur (yol, elektrik, su xətləri) üçün ərazinin ilkin qiymətləndirilməsi vacibdir. İlkin qiymətləndirmə, topoqrafik planalma işlərinin aparılması nəticəsində mümkün olur. Ərazinin layihələndirilməsi də vacib məsələdir ki, bu da topoqrafiya ölçmələrinin aparılmasını tələb edir. Müxtəlif kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün sahədə mühəndis-topoqrafiya işlərinin aparılması məqsədi ilə CASPIAN GEOMATICS MMC şirkəti çoxsaylı müqavilələr imzalamışdır. Kənd təsərrüfatı sahəsində tətbiq olunan bir sıra metodoloji yanaşmalar mövcuddur. Bu metodlara taxeometrik və GPS ölçmə üsulları, DRON, inteqrasiyalı tətbiqi metodlar, yüksək ayırdetməli aerokosmik verilənlərin tətbiqi üsulları aiddir. Qeyd olunan bütün yanaşmaların tətbiqi ilə bağlı şirkətimiz xüsusi potensiala malikdir.

Adətən metodiki olaraq topoqrafiya xidməti üzrə əkin sahələrin topoqrafik ölçmələri üçün tədqiqat ərazisi kameral təhlil olunur, kartoqrafik materiallar istifadə edilir. Ərazinin səth quruluşuna baxılır və müxtəlif ayırdetməli aerokosmik məlumatlara müraciət olunur. Sonra, tətbiqi metodologiya baxımdan ərazi qiymətləndirilir. Növbəti mərhələdə, geodeziya xidməti üzrə istinad məntəqəsinin quraşdırılması və ya mövcud dövlət geodeziya məntəqəsinin istifadəsi məsələsinə baxılır. Bundan irəli gələrək, məntəqələrin statik rejimdə ölçülməsi, hesablanması və tarazlaşdırılması məsələləri həll olunur. Bu ölçmələrdə referans baza nöqtələri seçilir (RTCM-REF GNSS məntəqələri), bağlanılır və ortalaşdırılmış observasiya meyarı seçilir. Alət nöqtə üzərində mərkəzləşdirilir və hündürlük ölçülür. Quraşdırılmış reperlər bir metod kimi GNSS məntəqələri əsasında hesablanılır.

Operativ üsullara yerüstü lazer skan çəkiliş metodları və ya aerofotoplanalma (LIDAR) daxildir. Fotoqrammetrik metodların tətbiqində uçuşun planlaşdırılması və onun dəqiq yerinə yetirilməsi məsələlərinə baxılır. Məhsulun geodezik dəqiqliyini təmin etmək üçün ərazidə fotoqrammetrik istinad məntəqələri quraşdırılır, onların koordinat və yüksəklik göstəriciləri ölçülür. Uçuş aparatı yüksək keyfiyyətli fotokamera ilə təchiz edilməklə yüksək ayırdetməli təsvirlər alınır. Aerofotolar emal olunur, aerotrianqulyasiya modeli qurulur və tarazlaşdırılır.

 

OXŞAR GÖRÜLMÜŞ LAYİHƏLƏR

  1. “Naxçıvan Muxtar Respublikasında İrriqasiya və Drenaj Sistemlərinin İnkişafı Layihəsi” çərçivəsində mühəndis axtarışları (geoloji – hidrogeoloji və qrunt laboratoriya tədqiqatları, topoqrafik ölçmələr, kanalların texniki inventarlaşdırılması). Asiya İnkişaf Bankı, Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC, SOFRECO (Yanvar 2022/İyun 2022)
  2. Kür çayı üzrə batimetriya tədqiqatlarının aparılması (İyun 2022 / İyul 2022)
  3. Bakı şəhərində kontrakt sahələr üzrə neftlə çirklənmiş ərazilərin məsafədən aerokosmik tədqiqat metodları ilə təyini (2022 may – iyun)
  4. Dəmir yollarının topoqrafik ölçmələri (Bakı şəhəri) (2021 İyun / 2021 Avqust)
  5. Şuşa şəhərinin rəqəmsal xəritəsinin tərtibi. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi (2020 noyabr / 2021 yanvar)
  6. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının coğrafi informasiya sisteminin qurulması. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi (2020 noyabr / 2021 yanvar)
  7.  Şəki şəhərinin tarixi mərkəzi olan və YUNESKO-nun  Ümumdünya İrs Siyahısına daxil edilmiş “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisinin coğrafi informasiya sisteminin  qurulması və rəqəmsal xəritələrin tərtibi. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi (2020/ noyabr-dekabr)
  8.  Dəniz dibi araşdırmaları (Lənkəran) və sahilyanı zonalarda aktiv eroziya proseslərinin tədqiqi (2020/avqust-sentyabr)
  9.  Deltada və Xəzər dənizi hövzəsində Batimetriya tədqiqatlarının aparılması (2020/may-iyun)
  10.  Xəzər dənizi hövzəsində SONAR və Batimetrik tədqiqatların aparılması (2020/aprel)
  11.  Kontrakt sahələri üzrə Azərbaycanın bir sıra rayonlarının CİS əsasında rəqəmsal xəritələrinin tərtibi (2019/avqust)
  12.  Ceyrançöl massivində 8000 ha sahədə aparılmış mühəndisi-topoqrafiya ölçmələri (2018-2019)
  13.  Xəzərin cənub sahillərində (Lənkəran ərazisi) aparılmış Batimetrik tədqiqatlar (2018/avqust)
  14.  Xəzər dənizinin lokal sahələrində dib relyefinin öyrənilməsi (2018/fevral-mart)
  15.  Çimərlik sahələrdə Batimetrik ölçmələrin aparılması (2018/fevral-mart)
  16.  Layihələndirmə məqsədli mühəndisi-geodeziya ölçmələri (2018/iyun)
  17.  Yevlax və Goranboy rayonlarının 3200 ha kənd təsərrüfatı sahələrində topoqrafik ölçmələrin aparılması (2018/avqust)
  18.  Saatlı rayonunun 7000 ha ərazisinin topoqrafik ölçmələri və ortofotoplanların tərtibi (2018/yanvar-fevral)
  19.  Böyükşor gölünün bərpası layihəsi, Mərhələ II, Mühəndislik və Nəzarət (İQLİM LTD) (2018)

Həmçinin baxın:

Məsafədən Zondlama
Geologiya və Geofizika xidmətləri
CİS həlləri
Hidroqrafiya
Kartoqrafiya

Khojali Avenue 55, AGA Business Center 4th floor, Baku, Azerbaijan, AZ1025 [email protected] (+994) 55 206 09 95 (WhatsApp)
× WhatsApp Chat