Coğrafi informasiya sistemləri xidmətləri

CİS HƏLLƏRİ

Coğrafi informasiya sistemləri xidmətləri üzrə həm beynəlxalq, həm də dövlət və özəl sektorlarla çoxsaylı müqavilələr bağlamaqla bu sahədə geniş xidmətlər göstəririk. Coğrafi informasiya sistemləri xidmətləri üzrə neft-qaz sənayesi və ətraf mühit sahələrində ekosistemlərin öyrənilməsi, ƏMTQ üçün xəritələşdirmə və modelləşdirmə aparırıq. Həssas ərazilərin və risklərin qiymətləndirilməsi, ətraf mühit xəritələrinin tərtib olunması kimi məsələləri dəfələrlə icra edib zəngin təcrübə əldə etmişik.

Coğrafi informasiya sistemləri xidmətləri üzrə tərtib edilən xəritələrə daxildir:

  • Dinamik dəyişmə xəritələri
  • PAH və TPH xəritələri
  • Ağır və Təhlükəli metallar
  • Lil qatı, Sedimentlər (dib çöküntüləri)
  • Təsnifat və ekoloji xəritələr
  • Mühafizə və daşqın riskləri
  • Bərpa-Reabilitasiya, həssas ərazilər
  • Fəlakətlər və təhlükələr
  • Heyvanat aləmi və meşə örtüyü
  • Atmosfer çirklənməsi və sanitar analiz
  • Hidro-bioloji və ixtiyoloji tədqiqat xəritələri
  • Torpaqdan istifadə və infrastruktur xəritələri
  • İqlim, fiziki və iqtisadi, geoloji, batimetrik, əhali xəritələri
  • Avtomobil və dəmir yolları xəritələri

Biz, coğrafi informasiya sistemləri xidmətləri üzrə tətbiqi sahələrdə geniş təcrübəyə malikik.

  • Meşə və kənd təsərrüfatı
  • Su təsərrüfatı, içməli su təchizatı
  • Neft-qaz sektoru
  • Alternativ enerji mənbələri (külək və günəş enerjisi, geotermal enerji və s.)
  • Ətraf mühit
  • Nəqliyyat infrastrukturu
  • Energetika
  • Kommunikasiya xətləri
  • Fövqəladə hallar
  • Ekoloji vəziyyətin qiymətləndirilməsi
  • Torpaqdan istifadə və planlaşdırma
  • Dağ mədən və geologiya

Göründüyü kimi coğrafi informasiya sistemlərinin tətbiq sahələri genişdir. Tərəfimizdən onminlərlə hektar kənd təsərrüfatı təyinatlı torpaqlarda topoqrafiya işləri aparılmış, müxtəlif təyinatlı coğrafi informasiya sistemləri qurulmuşdur. Tərəfimizdən, suvarma sistemlərinin təşkili və planlama, əkin sahələrin salınması və əkinə yararlı ərazilərin təyini və s. həll olunmuşdur.

Kənd təssərrüfatı ilə məşğul olan mütəxəssislər hər zaman torpağa ziyan vermədən yüksək səviyyədə məhsul alınmasının və əkinçiliyə zərərli olan maddələrdən qorunmasının yollarını axtarırlar. Coğrafi informasiya sistemləri bu problemlərə həll yolu tapmaqla mühüm rol oynayır. Coğrafi informasiya sistemləri xidmətləri üzrə bir sıra kənd təsərrüfatı problemlərinə geniş həll yolları təklif edirik. Belə ki, torpaqlar rəqəmsal formada tərtib edilir və torpağın daha asan təhlili üçün topoqrafiya- geodeziya məlumatları ilə statistik verilənlər birləşdirilir. Coğrafi informasiya sistemləri özündə statistik verilənləri və nümunələri toplayıb emal etməklə, “nə əkməli?” və “hansı torpaqda əkməli?” kimi qərarların verilməsinə imkan verir. Bu baxımdan, coğrafi informasiya sistemlərinin kənd təsərrüfatında tətbiqi daim aktualdır.

CASPIAN GEOMATICS şirkəti məkan verilənlər bazası xidmətləri, məkan analizləri və modelləşdirmə kimi xidmətləri təklif edir.

 

OXŞAR GÖRÜLMÜŞ LAYİHƏLƏR

  1. “Naxçıvan Muxtar Respublikasında İrriqasiya və Drenaj Sistemlərinin İnkişafı Layihəsi” çərçivəsində mühəndis axtarışları (geoloji – hidrogeoloji və qrunt laboratoriya tədqiqatları, topoqrafik ölçmələr, kanalların texniki inventarlaşdırılması). Asiya İnkişaf Bankı, Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC, SOFRECO (Yanvar 2022/İyun 2022)
  2. Kür çayı üzrə batimetriya tədqiqatlarının aparılması (İyun 2022 / İyul 2022)
  3. Bakı şəhərində kontrakt sahələr üzrə neftlə çirklənmiş ərazilərin məsafədən aerokosmik tədqiqat metodları ilə təyini (2022 may – iyun)
  4. Dəmir yollarının topoqrafik ölçmələri (Bakı şəhəri) (2021 İyun / 2021 Avqust)
  5. Şuşa şəhərinin rəqəmsal xəritəsinin tərtibi. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi (2020 noyabr / 2021 yanvar)
  6. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının coğrafi informasiya sisteminin qurulması. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi (2020 noyabr / 2021 yanvar)
  7.  Şəki şəhərinin tarixi mərkəzi olan və YUNESKO-nun  Ümumdünya İrs Siyahısına daxil edilmiş “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisinin coğrafi informasiya sisteminin  qurulması və rəqəmsal xəritələrin tərtibi. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi (2020/ noyabr-dekabr)
  8.  Dəniz dibi araşdırmaları (Lənkəran) və sahilyanı zonalarda aktiv eroziya proseslərinin tədqiqi (2020/avqust-sentyabr)
  9.  Deltada və Xəzər dənizi hövzəsində Batimetriya tədqiqatlarının aparılması (2020/may-iyun)
  10.  Xəzər dənizi hövzəsində SONAR və Batimetrik tədqiqatların aparılması (2020/aprel)
  11.  Kontrakt sahələri üzrə Azərbaycanın bir sıra rayonlarının CİS əsasında rəqəmsal xəritələrinin tərtibi (2019/avqust)
  12.  Ceyrançöl massivində 8000 ha sahədə aparılmış mühəndisi-topoqrafiya ölçmələri (2018-2019)
  13.  Xəzərin cənub sahillərində (Lənkəran ərazisi) aparılmış Batimetrik tədqiqatlar (2018/avqust)
  14.  Xəzər dənizinin lokal sahələrində dib relyefinin öyrənilməsi (2018/fevral-mart)
  15.  Çimərlik sahələrdə Batimetrik ölçmələrin aparılması (2018/fevral-mart)
  16.  Layihələndirmə məqsədli mühəndisi-geodeziya ölçmələri (2018/iyun)
  17.  Yevlax və Goranboy rayonlarının 3200 ha kənd təsərrüfatı sahələrində topoqrafik ölçmələrin aparılması (2018/avqust)
  18.  Saatlı rayonunun 7000 ha ərazisinin topoqrafik ölçmələri və ortofotoplanların tərtibi (2018/yanvar-fevral)
  19.  Böyükşor gölünün bərpası layihəsi, Mərhələ II, Mühəndislik və Nəzarət (İQLİM LTD) (2018)

 


Həmçinin baxın:

Məsafədən Zondlama
Geologiya və Geofizika xidmətləri
Geodeziya və Fotoqrammetriya
Hidroqrafiya
Kartoqrafiya

Khojali Avenue 55, AGA Business Center 4th floor, Baku, Azerbaijan, AZ1025 [email protected] (+994) 55 206 09 95 (WhatsApp)
× WhatsApp Chat