CASPIAN GEOMATICS MMC 16 Fevral 2017-ci il tarixində təsis edilmiş, EL-26/2021 qeydiyyat nömrəli Lisenziya üzrə “Tikintisinə icazə tələb olunan bina və qurğuların kompleks mühəndis – axtarış işlərini" həyata keçirir.

Şirkətimiz, Alternativ Enerji, Tullantıların İdarə Olunması, İrriqasiya və Drenaj sistemləri, Su təchizatı, Neft-qaz sektoru, Kənd Təsərrüfatı, Meşə Təsərrüfatı, Ekosistemlər, Təbii ehtiyatlar, Şəhər planlaşdırılması, Ətraf Mühit və layihələndirmə (hidrotexniki qurğular) üzrə kompleks tədqiqat və mühəndis axtarış işlərini icra edir.

Biz “Fərdi məlumatın informasiya ehtiyatının formalaşdırılması və informasiya sisteminin yaradılması, xidmət göstərilməsi" lisenziyasına malikik. Şirkət ISO 9001:2015 Keyfiyyət İdarəetmə Sistemi və ISO 14001:2015 Ətraf Mühit İdarəetmə SistemiISO 45001:2018 Əməyin Mühafizəsi & Təhlükəsizliyi İdarəetmə Sistemi standartları üzrə uyğunluq sertifikatlarına layiq görülüb.

CASPIAN GEOMATICS MMC Asiya İnkişaf Bankı (ADB), Dünya Bankı (WB), Avropa Yenidənqurma İnkişaf Bankı (EBRD) kimi beynəlxalq təşkilatların layihələrinin həyata keçirilməsində iştirak edir. Eyni zamanda, xarici təşkilatlarla çalışır (Kanada, Norveç, Danimarka, Fransa və s.), həmçinin Dövlət və özəl qurumlarla əməkdaşlıq edir. Əməkdaşlıq edilən yerli və beynəlxalq qurumlara Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərsu ASC, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC, Naxçıvan Meliorasiya və Su Təsərrüfatı ASC, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Milli Aerokosmik Agentliyi, SOCAR, Azərbaycan Respublikasının Kosmik Agentliyi, Azertexnolayn MMC, IQLIM LTD, UHY, Urban City Construction, Cobalt, Azərşəkər MMC, Grand Agro, Şəmkir Aqropark, PMD Group, PMD Projects, ATLAS ES, TAC Residence, Aran Oil Operation Company (Zenith Energy), SOFRECO (Fransa), KOC və bir çox təşkilatlar daxildir. 

Heyət SƏTƏM üzrə beynəlxalq sertifikat və pasportlara, IMO model təlim sertifikatlarına malikdir. Biz SƏTƏM, fövqəladə hal, layihə idarəetmə, planlama, keyfiyyətə nəzarət üzrə yanaşmalara malikik.

İstənilən məsələnin müasir yanaşma əsasında həlli və vaxtında icrası hər Sifarişçi üçün maraq kəsb edir. Heyət işləri vaxtında təqdim edir, layihəni tam və dolğun şəkildə yerinə yetirir. 

CASPIAN GEOMATICS xidmətləri:

Geodeziya / Topoqrafiya / Kartoqrafiya

Batimetriya / Sonar / Dəniz tədqiqatı

Fotoqrammetriya / DRON ölçmələri

CİS / Məsafədən aerokosmik tədqiqatlar

Geologiya / Geofizika / Hidrogeologiya

Ətraf Mühit / Sahəvi tədqiqat

Torpaq tədqiqatı / Sedimentasiya / Metokean

Geotexniki / Ekoloji və Hidroloji araşdırma

Komplesk Geomatika xidmətləri

İT / Sistem İnteqrasiyası / Məsləhət

CASPIAN GEOMATICS

 

Khojali Avenue 55, AGA Business Center 4th floor, Baku, Azerbaijan, AZ1025 [email protected] (+994) 55 206 09 95 (WhatsApp)
× WhatsApp Chat