Şirkətimiz İT (informasiya texnologiyaları) sahəsi üzrə xidmətlər təklif edir. Bu xidmətlər əsasən aşağıdakılardır:

Müasir dövrümüzdə İT – nin dinamik inkişafı bizi də texnologiyaların imkanlarından yararlanmağa zəmin yaratdı. Əvvəllər xəritə kağız formalı olduğu halda daha sonra bu xəritə rəqəmsal şəkilə gətirildi. Hazırda isə bu xəritələr mobil tətbiqlər vasitəsi ilə idarə olunmağa başlanıb. İT -nin inkişafı CİS dataların böyük stolüstü kompyuterlərdən kiçik qurğularda emal olunmasına gətirib çıxarmışdır. informasiya

Hazırda müxtəlif məkanda müxtəlif obyektlərin planalma işləri kiçik qurğular vasitəsilə idarə olunmağa başlanıb. Bu məsələdə planalmadan başqa, həm də ötürülməni, saxlanılmanı, digər sistemlərə inteqrasiyanı qeyd edə bilərik. Belə müasir tələblər ətraf mühit sahəsindən də yan keçmir. Ətraf mühitin sisteminin qurulmasında İT – yə aid coğrafi informasiya sistemlərininin inkişafını və onun daim yenilənən proqram komplekslərini xüsusi qeyd etməliyik. Belə ki, bu sistem obyekt və hadisələr üzrə geniş miqyaslı məkan analizlərinin aparılması və elektron xəritələrin tərtib olunması, həmçinin geoverilənlər bazasının qurulması üzrə xüsusi imkanlar verir.

CASPIAN GEOMATICS şirkəti Fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması və informasiya sistemlərinin yaradılması, onlara xidmətlərin göstərilməsini xüsusi lisenziya üzrə həyata keçirir. Cəmiyyətimiz sistemlərin qurulması və onlar üzrə spesifik xidmətlərin göstərilməsi üzrə xüsusi təcrübəyə malikdir. Qeyd edək ki, mühəndis axtarış işləri və digər fəaliyyət sahələrimizə uyğun işlərdə İT üzrə yeni yanaşmalar istifadə olunur.

İT informasiya texnologiyaları


Həmçinin baxın:

Geomatika xidmətləri
Ətraf mühit xidmətləri
Geologiya və Geofizika xidmətləri
Hidroqrafiya xidmətləri
Konsultasiya xidmətləri

Khojali Avenue 55, AGA Business Center 4th floor, Baku, Azerbaijan, AZ1025 [email protected] (+994) 55 206 09 95 (WhatsApp)
× WhatsApp Chat