Batimetriya xidməti (Sonar ölçmələri)

HİDROQRAFİK ÖLÇMƏLƏR

Batimetriya xidməti (Sonar ölçmələri) üzrə CASPIAN GEOMATICS şirkəti kompleks hidroqrafiya tədqiqatlarını, Side Scan Sonar ölçmələrini yerinə yetirir. Xəzər dənizi üzrə müxtəlif dərinliklərdə və dayaz sahələrdə tərəfimizdən dərinlik ölçmə işləri və geofiziki tədqiqatlar aparılmışdır. Eyni zamanda çay və göllərdə batimetriya xidməti (Sonar ölçmələri) üzrə geniş tədqiqatlar aparırıq. Çoxsaylı müqavilələr üzrə tərəfimizdən batimetrik xəritə və modellər qurulur, dib relyefi modelləri işlənilir, dəniz hövzəsində Sonar çəkilişləri aparılır. Nəticədə (as a result), yüksək ayırdetməli akustik təsvirlər almaqla profillər qurulur. Side Scan Sonar ölçmələri əsasında sualtı obyektlərin təyini və xəritə tərtibatı işlərini icra edirik. Eyni zamanda təkşüal və çoxşüalı metodlar üzrə obyektlərdə planalma işləri aparırıq. Məsafədən Zondlama istifadə olunmaqla dəniz səviyyəsinin monitorinqi, müqayisəli analiz, subasmaların və dəyişikliyin təyini, dinamikanın öyrənilməsi işlərini icra edirik. Batimetriya xidməti üzrə müxtəlif metodlar mövcuddur.

Batimetriya xidməti

Batimetriya xidməti (Sonar ölçmələri)

 

Metodiki olaraq, Batimetriya xidməti (Sonar ölçmələri) üzrə ilkin mərhələdə (firstly), dərinliyə görə sağ və sol bortlardan qoyulan məsafəyə əsasən baxılır. Sonra (secondly), korrelyasiya və interpretasiya aparılır, akustik təsvirlərdə naməlum sualtı obyektlər aşkar edilir və analiz olunur. Bu obyektlərə relyef daxil süxur çıxıntıları və kommunikasiyalar, daşlıqlar, müxtəlif dəmir-beton yığınları, müxtəlif diametrli borular və digərləri aiddir. Növbəti mərhələdə (thirdly), aşkarlanan obyekt tərəfimizdən hərtərəfli təhlil edilir. Sonra (fourthly), təsvirdəki obyektlərin həcmi, ölçüləri, konturları və koordinatları seçilir, xəritəyə köçürülür. Əlavədə (in addition), aparılan batimetriya və sonar çəkilişləri zamanı geodeziya təminatına baxılır. Sonda, batimetrik xəritə tərtib olunur.

Batimetriya və Sonar ölçmələri neft-qaz, su, elektrik xəttlərinin çəkiləcəyi zonalarda relyefin quruluşunu, çəkilişə mane olan obyektləri, boruların texniki vəziyyətini və kəsişən yerlərini təyin etməyə, qurğunun olacağı yerin relyefini öyrənməyə, çıxıntıları müəyyən etməyə, dibin akustik təsvirini əldə etməyə xidmət edir. Əlavə olaraq (in addition), çimərliyin sualtı təhlilində də Sonar işləri geniş tətbiq edilir. Batimetrik ölçmələr və Sonar çəkilişləri dib dərinləşdirmə işindən əvvəl vəziyyətin tədqiqinə də xidmət edir. Sonar çəkilişlər zamanı hər hansı sualtı obyekt müşahidə edildikdə onun ölçüsü hesablanır və interpretasiya olunur. Təyin olunan sualtı obyektlərin ölçüləri yazılır və həmin obyektlər xəritə üzərində nöqtəvi şəkildə koordinatla qeyd olunur. Bu ölçülərə uzunluq, en və hündürlük parametrləri daxildir.

Kəmərin alt hissəsində boşluqlar aşkar olunduqda, ilkin olaraq (firstly), onların uzunluq və yerdən kəmərə qədər hündürlük göstəriciləri xəritədə təsvir olunur. Bərk süxur çıxıntıları isə nöqtələrlə qeydə alınır, interpretasiyadan sonra xəritəyə konturlar çəkilir. Özüllərin sualtı batmış və sınmış hissələri xəritədə müəyyən işarələrlə xəbərdarlıq edilir. Nəticədə (as a result), dib relyefi üzrə tullantılar olduğu halda həmin obyektlərin xəritəsi tərtib olunur. Sonda (as a result), Sifarişçiyə hesabat təqdim olunur. Nəticə olaraq (in conclusion), hesabatda metodologiya, istifadə olunan avadanlıqlar, xəritə və modellər öz əksini tapır. Bundan başqa əlavə olaraq (in addition), mozayka olunmuş təsvirlər də təqdim olunur.

SƏTƏM

Heyətimiz SƏTƏM və Beynəlxalq Dəniz Təşkilatının model kursları üzrə təlim keçmiş mütəxəssislərdir. Əlavə olaraq (in addition), heyət ilk tibbi yardım, fərdi xilasolma texnikaları, yanğına qarşı mübarizə, şəxsi təhlükəsizlik sertifikatlarına malikdirlər.

Sifarişçiyə eyni zamanda (in addition), əvvəlcədən risklərin qiymətləndirilməsi cədvəli, fövqəladə hallar planı və SƏTƏM siyasəti təqdim olunur.

Batimetriya xidməti

Batimetriya və Sonar ölçmələri aşağıdakı nəticələri verir:

  • dib relyefi modeli və sualtı obyektlərin təsnifat məlumatları
  • profil qrafiki, batimetrik xəritə və həcmi hesablama
  • Sonar əsasında alınan akustik təsvirlər və mozayka
  • Batimetrik tədqiqatlara dair hesabat
  • Batimetriya tədqiqatları üzrə geodeziya təminatı

 

Batimetriya

Side Scan Sonar

Müasir texniki baza üzrə xidmətləri təklif edirik:

  • batimetriya tədqiqatları, side-scan sonar ölçmələri, hidroqrafik xəritə tərtibi
  • limnoloji tədqiqatlar (limnologiya)
  • kompleks dəniz geodeziya xidmətləri
  • akustik təsvirlərin qurulması, modelləşdirmə
  • gəminin təhlükəsiz hərəkəti üçün axtarış işləri
  • batmış sualtı obyektin axtarışı, müqayisəli analiz
  • sualtı təhlükəli obyektin tanınması və təsnifatı
  • sahil xətti üzrə tədqiqatlar
  • su sərfi, səviyyə və digər ölçmələrin aparılması

Side Scan Sonar

CASPIAN GEOMATICS şirkəti dəniz şelfində, göl və çaylarda, su anbarlarında kəşfiyyat işlərinin yerinə yetirilməsi üçün bütün imkanlara malikdir.

 

OXŞAR GÖRÜLMÜŞ LAYİHƏLƏR

  1. “Naxçıvan Muxtar Respublikasında İrriqasiya və Drenaj Sistemlərinin İnkişafı Layihəsi” çərçivəsində mühəndis axtarışları (geoloji – hidrogeoloji və qrunt laboratoriya tədqiqatları, topoqrafik ölçmələr, kanalların texniki inventarlaşdırılması). Asiya İnkişaf Bankı, Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC, SOFRECO (Yanvar 2022/İyun 2022)
  2. Kür çayı üzrə batimetriya tədqiqatlarının aparılması (İyun 2022 / İyul 2022)
  3. Dəniz dibi araşdırmaları (Lənkəran) və sahilyanı zonalarda aktiv eroziya proseslərinin tədqiqi (2020/avqust-sentyabr)
  4. Deltada və Xəzər dənizi hövzəsində batimetriya tədqiqatlarının aparılması (2020/may-iyun)
  5. Xəzər dənizi hövzəsində SONAR və batimetrik tədqiqatların aparılması (2020/aprel)
  6. Xəzərin cənub sahillərində (Lənkəran ərazisi) aparılmış batimetrik tədqiqatlar (2018/avqust)
  7. Xəzər dənizinin lokal sahələrində dib relyefinin öyrənilməsi (2018/fevral-mart)
  8. Çimərlik sahələrdə batimetrik ölçmələrin aparılması (2018/fevral-mart)
  9. Böyükşor gölünün bərpası layihəsi, Mərhələ II, Mühəndislik və Nəzarət (İQLİM LTD) (2018)

Həmçinin baxın:

Məsafədən Zondlama
Geologiya və Geofizika xidmətləri
CİS həlləri
Geodeziya və Fotoqrammetriya
Kartoqrafiya

Khojali Avenue 55, AGA Business Center 4th floor, Baku, Azerbaijan, AZ1025 [email protected] (+994) 55 206 09 95 (WhatsApp)
× WhatsApp Chat