EURASIAN GIS CONGRESS 2018 tədbiri

Bu günün ən vacib məsələlərindən biri informasiya və onun idarə edilməsidir. Məkan məlumatlarının işlənilməsi, arxivləşdirilməsi, emalı, təhlili, hesablanması və təqdim edilməsi Coğrafi İnformasiya Sistemlərinin (CİS) öyrənilməsinin əsas sahələrini təşkil edir. CİS xüsusilə təbiətdə baş verən hadisələrin izlənilməsində, sistem daxilində müxtəlif mənbələrdəki məlumatların birləşdirilməsində, təhlilində və əldə olunmuş nəticələrə əsasən proqnozlaşdırma məsələlərində xüsusi rol oynayır. Bundan əlavə, məkan məlumatları üzrə dəyişikliklərin müşahidəsi tədqiqatın ən vacib mövzularından biri hesab olunur. Bunun üçün 2018-ci ildə Bakıda təşkil ediləcək EURASIAN GIS CONGRESS 2018 tədbiri ilə bağlı aidiyyatı üzrə tədqiqatçıların, təcrübəçilərin və ümumiyyətlə CİS-lə maraqlanan şəxslərin bir araya gətirilməsi planlaşdırılır.

Konqres elmi nəticələrin mübadiləsini, praktiki təcrübə mübadiləsini, gələcəkdə həyata keçiriləcək araşdırmaların perspektiv yanaşmalarını, elmi və mədəni qarşılıqlı əlaqələrin həyata keçirilməsini təşviq edir. Konqres çərçivəsində elmi təqdimatlar, texniki iclaslar, sərgilər, təbii və mədəni səfərlər təqdim ediləcəkdir. Biz Sizi “EURASIAN GIS 2018” Konqresinə dəvət edirik.

post your comment

Khojali Avenue 55, AGA Business Center 4th floor, Baku, Azerbaijan, AZ1025 [email protected] (+994) 55 206 09 95 (WhatsApp)
× WhatsApp Chat