Ümumtəhsil müəssisələrində CİS-in tətbiqi ilə bağlı təlim

16 Dekabr 2018-ci il tarixində təhsildə inkişaf və innovasiyalar üzrə növbəti qrant müsabiqəsinin qalibi seçilmiş 78 saylı məktəbin ümumtəhsil müəssisələrində Coğrafi İnformasiya Sistemlərinin (CİS) tətbiqi ilə coğrafiya fənnini tədris edəcək müəllimlərə təlim adlı layihəsinin yekun hesabat tədbiri keçirildi.

Maraqlı qonaqları ilə seçilən tədbirdə CASPIAN GEOMATICS şirkətinin əməkdaşı da iştirak etmişdir. Əməkdaşımız nitqində son zamanlar geoinformasiya sistemləri ilə bağlı ölkədə gedən layihələrdən bəhs etmiş və günün aktual məsələlərinə toxunmuşdur. Tədbirdə həmçinin müxtəlif müəssisələrdən olan mütəxəssislər də iştirak etmiş və layihə ilə bağlı öz təəssüratlarını bölüşmüşlər. Tədbirdə qonaqların maraqlı çıxışları dinlənildikdən sonra tədbirin sonunda layihə iştirakçılarına sertifikat və hədiyyələr təqdim olundu, həmçinin heyət üzvləri tədbir iştirakçıları ilə birgə xatirə şəkilləri çəkdirdilər.

 

post your comment

Khojali Avenue 55, AGA Business Center 4th floor, Baku, Azerbaijan, AZ1025 [email protected] (+994) 55 206 09 95 (WhatsApp)
× WhatsApp Chat