CASPISNET-in “Beynəlxalq İşçi Qrupu” fəaliyyətə başladı

12.05.2018 -14.05.2018 may tarixlərində Bakı şəhərində, “Holiday Inn” də AMEA Coğrafiya İnstitutu və İslam ölkələri Okeonoqrafiya və Texnologiya Şəbəkəsinin işbirliyi ilə “Qapalı su hövzələrinin tematik problemləri – Xəzər dənizi timsalında” mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir. Konfransın məqsədi Xəzər dənizi hövzəsinin mövcud problemlərinin öyrənilməsində beynəlxalq əməkdaşlığın və məlumat mübadiləsinin inkişaf etdirilməsi olmuşdur.

Nəticədə Coğrafiya İnstitutunun  təşəbbüsü ilə  yerli mütəxəssislərdən ibarət və dünyanın aparıcı ölkələrindən (Amerika Birləşmiş Ştatları, Almaniya, Fransa, İtaliya, İsverçrə, Rusiaya, Turkiyyə, İran və s.) gəlmiş müxtəlif ixtisaslı tədqiqatçılarla (şəhər planlaması, ətraf mühit, iqlimşünaslıq, su ehtiyyatlarının idarə olunması, ekologiya, məsafədən zondlama, coğrafi informasiya sisitemləri (CİS) və s.) növbədənkənar toplantı keçirilmişdir. Müzakirələrin nəticəsi olaraq, Xəzər dənizi və ona qonşu regionların transdissiplinar (kompleks) tədqiqi və dayanıqlı inkişafında ekoloji və antropogen risklərinin qiymətləndirilməsi məqsədi ilə “Xəzər Dənizi Regionunun Dayanıqlı İnkişafi” üzrə Beynəlxalq İşçi Qrupunun (XDRDİ BİQ) yaradılmasına qərar verilmişdir.

BMT-nin 2030 dayanıqlı inkişaf proqramı üzrə lokal dəyişmə dinamikasını əlaqələndirərək,  XDRDİ BİQ-in məqsədlərindən biri, Xəzər hövzəsi regionu miqyasında qərarların verilməsinə dəstək olmaqdır. XDRDİ BİQ tərəfindən irəli sürülən vəzifələr və layihələr BMT tərəfindən müəyyən edilən Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun təyin edilmişdir. Qeyd edək ki, XDRDİ BİQ ətraf mühit və antropogen təhlükələrin aradan qaldırılmasını və Xəzər hövzəsi regionunun dayanıqlı inkişaf siyasətinin hazırlanmasında risklərin qiymətləndirilməsini əsas məqsəd olaraq qarşıya qoymuşdur. BİQ-in fəaliyyət planına əsasən, bir sıra texniki təlimlərin keçirilməsi nəzərdə tutulmuşdur. İlk texniki təlim 2018 ilin sentyabr ayının 13-də “Holiday İnn” də tələbələr və gənc tədqiqatçılar üçün “Su dövranının monitorinqində peyk texnologiyalarının tətbiqi“ mövzusunda olmuşdur.

XDRDİ BİQ- ABŞ, Almaniya, Çili, Cənubi Koreya, Fransa, İtaliya, İsveçrə, Türkiyyə, Rusiya və s. ölkələrdən sahəvi mütəxəssisləri, alimləri və tədqiqatçıları özündə cəmləyir. 13-17 sentyabr 2018 tarixlərində “Holiday İnn” də transdissiplinar layihələrin hazırlanması tədbiri baş tutmuşdur. Bu tədbirin təşkili üçün BP Azərbaycan, Fransa Səfirliyi, İqtisadi Əməkdaşlıq Təşkilatının Elm Fondu, SPECRTA LLC, ESRI, CASPIAN GEOMATICS, Provitaz – Alternative Energy,  Rubicon Geosystems, LIGHTHOUSE Geo, Azərbaycan Coğrafiyaçılar Cəmiyyəti və s. təşkilatlar dəstək göstərir.

Qeyd edək ki, layihənin əsas məqsədi  mövcud problemlərin həlli yollarının araşdırılması, Xəzər regionunda regional səviyyədə qərar qəbuletmə sisteminin inkişafına yardım etmək və bu istiqamətdə beynəlxalq elmi əməkdaşlıq mübadiləsinin genişləndirilməsi olub.

post your comment

Khojali Avenue 55, AGA Business Center 4th floor, Baku, Azerbaijan, AZ1025 [email protected] (+994) 55 206 09 95 (WhatsApp)
× WhatsApp Chat