Xocahəsən gölünün su balansı mövzusunda seminar

6 dekabr 2017 tarixində Xəzər Universitetinin Coğrafiya və Ərtaf Mühit Departamentində “Xocahəsən Gölünün Su Balansı” mövzusunda seminar keçirilmişdir. Seminarda “CASPIAN GEOMATICS” elmi-tədqiqat və mühəndislik şirkətinin nümayəndəsi texnika üzrə fəlsəfə doktoru Elvin Alıyev iştirak etmişdir. Seminarda həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları, “Təmiz Şəhər” ASC-nin nümayəndələri, o cümlədən Azərsu ASC-nin Sukanal Elmi-Tədqiqat İnstitutunun əməkdaşları iştirak etmişlər. Elvin Aliyev eyni zamanda Xəzər Universitetinin Coğrafiya və Ətraf Mühit Departamentinin əməkdaşı olmaqla yanaşı, həm də “Xocahəsən Gölünün Su Balansı”  layihəsinin CİS üzrə məsləhətçisi olmuşdur.

Layihənin təqdimatından sonra coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Abbasov qonaqların suallarını cavablandırdı. Tədbirin sonunda layihə icraçıları Universitet tələbələri ilə birgə xatirə şəkilləri çəkdirdilər.

Xocahəsən Gölü Abşeron yarımadasının qərb hissəsində yerləşir. Bu göl Abşeronun bərpası proqramı çərçivəsində reabilitasiya üçün nəzərdə tutulan əsas göllərdən biridir. Proqram göl ətrafında mədəni və istirahət obyektlərinin yaradılmasını nəzərdə tutur. Gölün su balansını qiymətləndirmək üçün mövcud iqlim məlumatları, sahə araşdırmaları və hidroloji modellər istifadə edilmişdir. Nəticələr gölə çirkab suların axıdılmasının dayandırılmasından sonra bəzi müsbət nəticələr əldə edə biləcəyimizi təsdiqləyir. Ancaq uzun müddət bu mənfi nəticələrə səbəb ola bilər. Sürətli urbanizasiya nəticəsində göl təbii su mənbələrinin bəzi hissələrini itirdi. Bu təbii sular Xocasən qəsəbəsinin çirkab suları ilə əvəz edilmişdir. Son zamanlarda yağış suyunun bəzi hissələri bu çirkab su ilə qarışdırılır. Bu, Kanalizasiya şəbəkəsini mərkəzi kanalizasiya xəttinə birləşdirmək planıdır. Nəticədə bu, Xocahəsən gölünün qapalı duz gölünə çevrilməsinə səbəb ola bilər.

post your comment

Khojali Avenue 55, AGA Business Center 4th floor, Baku, Azerbaijan, AZ1025 [email protected] (+994) 55 206 09 95 (WhatsApp)
× WhatsApp Chat