Geoinformasiya sistemləri (GİS)

Ümumtəhsil müəssisələrində CİS-in tətbiqi

Geoinformasiya sistemləri (GİS) üzrə qrant müsabiqənin qalibi olmuş Bakı şəhəri 78 nömrəli tam orta məktəbin 16 dekabr 2018-ci il tarixində Royal Hoteldə “Təhsildə inkişaf və innovasiyalar” 2-ci qrant müsabiqəsi “Ümumtəhsil müəssisələrində coğrafi informasiya sistemlərinin (CİS) tətbiqi ilə coğrafiya fənnini tədris edəcək müəllimlərə təlim” adlı layihəsinin yekun hesabat tədbiri keçirildi.

Maraqlı qonaqları ilə seçilən tədbirdə CASPIAN GEOMATICS şirkətinin rəhbəri də iştirak etmişdir. O, nitqində son zamanlar Geoinformasiya sistemləri (GİS) ilə bağlı ölkədə gedən layihələrdən bəhs etmiş və günün aktual məsələlərinə toxunmuşdur. Təşkil olunmuş tədbirdə həmçinin müxtəlif müəssisələrdən olan CİS mütəxəssisləri də iştirak etmiş və layihə ilə bağlı öz təəssüratlarını bölüşmüşlər. Mütəxəssislər coğrafi informasiya sistemlərinin tətbiqi əhəmiyyəti məsələlərinə də toxunmuşlar. Bu istiqamətdə günün aktual məsələləri, mövcud problemlər və bu problemlərin həlli istiqamətində atılmış addımlar barədə danışmışlar. Eyni zamanda, təhsil işçiləri də təlim üzrə əldə etdikləri bilik və bacarıqlardan danışmışlar. Tədbir iştirakçılarının maraqlı çıxışları dinlənildikdən sonra tədbirin sonunda layihə iştirakçılarına sertifikat və hədiyyələr təqdim olundu. Həmçinin heyət üzvləri tədbir iştirakçıları ilə birgə xatirə şəkilləri çəkdirdilər.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları, təhsil işçiləri və geoinformasiya sistemləri sahəsində çalışan mütəxəssislər iştirak etmiş, layihə iştirakçılarını təbrik etmişlər.

Tədbirdə qonaqların çıxışları dinlənildi və qeyd edildi ki, təhsilə göstərilən dövlət qayğısı nəticəsində məktəblərin maddi-texniki bazası CİS-in istifadə edilməsinə təminat verir. Bu baxımdan, məktəblərin texniki təchizatının yaxşılaşdırılması CİS-in tətbiq imkanlarını artırır. Xüsusilə vurğulamaq olar ki, CİS-in tətbiqinin üstünlüklərindən biri bu zaman şagirdlər tərəfindən əzbərləmə yerinə mövzunun birbaşa icra edilərək öyrənilməsi imkanının olmasıdır.

 

 

 

 

post your comment

Khojali Avenue 55, AGA Business Center 4th floor, Baku, Azerbaijan, AZ1025 [email protected] (+994) 55 206 09 95 (WhatsApp)
× WhatsApp Chat