Coğrafi informasiya sistemləri

Şəki rayonunun “Yuxarı Baş” Qoruğu üzrə CİS-in qurulması

Coğrafi informasiya sistemi üzrə Şəki şəhərinin tarixi mərkəzi olan və YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ərazisinin geoməlumat bazasını qurmaq məqsədilə xidməti müqavilə bağlanmışdır. Əməkdaşlıq çərçivəsində aerokosmik və xəritə materialları əsasında informativ elektron məlumat bazası yaradılmışdır. Coğrafi informasiya sistemi üzrə qurulmuş geoverilənlər bazasında məkan obyektləri və mətn məlumatları toplanılmışdır. Eyni zamanda, geoinformasiya sistemi əsasında “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisi üzrə müxtəlif mövzuda çoxsaylı tematik xəritələr tərtib olunmuşdur.

Qeyd edək ki, “Yuxarı Baş” Milli Tarix – Memarlıq Qoruğunun ərazisində yerləşən YUNESKO – nun Dünya İrs Siyahısına daxil edilmiş “Şəkinin tarixi hissəsi” ilə bağlı Ümumdünya İrs Komitəsinin tələbi üzrə ərazinin Müstəsna Ümumbəşəri Dəyərinin qorunması, mədəni irsin istifadəsi üzrə icmanın sosial-iqtisadi inkişafını müəyyən edən müfəssəl inkişaf planı (Şəhər Regenerasiya Planı) Agentliklə Dünya İrs Komitəsinin mütəxəssisləri ilə hazırlanır.

Xidmətlər

Müxtəlif mövzuda elektron məlumat bazalarının qurulması, məlumatların toplanılması və sistem işlərinin aparılması, verilənlərin idarə edilməsi xidmətlərimizi təqdim edirik. Əlavə olaraq, struktur layihələndirmə və verilənlərin sistem inteqrasiyası, obyekt və hadisələrin analizləri və modelləşdirmə xidmətlərimiz var. Təcrübəmiz sayəsində məkan analizlərinin aparılması və modelləşdirilməsi üzrə çoxsaylı layihələr icra etmişik.

Geodezik ölçmələrin hesablanması və axtarış işlərin aparılması, layihələrin naturaya köçürülməsi, deformasiyaların öyrənilməsi sahələri üzrə geniş təcrübəmizlə seçilirik. Xidmət göstərərkən müasir tədqiqat metodları istifadə etməklə məsələləri elmi əsaslarla həll edirik. Şirkətimiz ətraf mühitdə baş verən prosesləri və müxtəlif obyekt və hadisələri modelləşdirmək və tendensiyaları anlamaq üçün coğrafi informasiya sistemi alətləri geniş istifadə olunur. Coğrafi informasiya sisteminin tətbiqi geniş olmağa baxmayaraq, təcrübəmiz fərqli mövzular üzrə sistemləri qurmağa və ətraf mühiti öyrənməyə imkan verir.

Geoinformasiya sistemi istiqamətində beynəlxalq, dövlət və özəl təşkilatları ilə müxtəlif mövzuda müqavilələr bağlamaqla bu sahədə geniş xidmətlər göstəririk. Coğrafi informasiya sistemlərini neft-qaz sənayesi və ətraf mühit sahələrinə geniş tətbiq etməklə ekosistemlərin öyrənilməsi, bərpaetmə, ƏMTQ sənədlərini hazırlamaqda zəruri xəritəçəkmə və modelləşdirmə prosesləri, həssas ərazilərin və risklərin qiymətləndirilməsi, fərqli mövzularda ətraf mühit xəritələrinin tərtibi kimi məsələləri dəfələrlə icra edib zəngin təcrübə qazanmışıq.

 

https://caspiangeomatics.com/ 

post your comment

Khojali Avenue 55, AGA Business Center 4th floor, Baku, Azerbaijan, AZ1025 [email protected] (+994) 55 206 09 95 (WhatsApp)
× WhatsApp Chat