Hazırda Ətraf Mühit məsələləri daha mütərəqqi həlləri tələb edir. CİS Ətraf Mühit üzrə müxtəlif obyekt və hadisələrin daha dəqiq təhlilini aparmaq üçün istifadə oluna biləcək ən mükəmməl alətdir. O, verilmiş kəskin ekoloji vəziyyətə baxış keçirilməsinə və gələcəkdə fiziki vəziyyəti haqqında fikir irəli sürülməsinə şərait yaradır. Verilənlərin emalı başa çatdıqdan sonra CİS ətraf muhitdə olan risk və təhlükələrin planlaşdırlmasına və onların idarə olunmasına imkan verir.
Bitki və heyvan növlərinin, eləcə də meydana gələn ekosistemlərin hamısı özlərinə aid olan coğrafi və ya məkan aralıqlarına malikdir. Bu səbəbdən də, ekoloji çirkləndiricilərin yer kürəsində yayılması bərabər miqyasda deyildir. Bu kimi müxtəlifliklərin anlaşılması və çirkləndirici mənbələrin aşkar olunmasında CİS-in istifadəsinin xüsusi rolu vardır.
CİS – atmosfer çirklənmələrində, torpaq eroziyasında, müxtəlif miqyasda iqlim modifikasiyalarının yaradılmasında, müxtəlif ekoloji layihələrin hazırlanmasında, şəhər ekologiyasının həllində, bioloji müxtəliflik məsələlərində və ətraf mühitin mühafizəsində, həmçinin ətraf mühitə təsirlərin qiymətləndirilməsi sahəsində müstəsna əhəmiyyəti vardır.
CİS ətraf mühitin təbii və texnogen meyarlara əsasən modelləşdirilməsində effektiv bir vasitə kimi qiymətləndirilir.
TƏLİMİN MƏQSƏDİ: Təlim həm nəzəri olmaqla yanaşı, həm də praktiki məşğələləri özündə əks etdirir. Təlimdə Ətraf Mühit məsələlərində CİS texnologiyalarının tətbiqi aspektləri şərh olunacaq, müasir proqram təminatları əsasında ətraf mühit mövzusunda müxtəlif tematik xəritələrin tərtibi metodikaları tədris ediləcəkdir. Nəticədə təlim iştirakçısı Ətraf Mühit sahəsində mövcud olan layihələrdə sərbəst qərar vermə kimi müxtəlif xüsusi üstünlüklərə malik olacaqdır.
Hər bir təlim iştirakçısı kommersiya və ya tədqiqat layihələrinə cəlb olunurlar. Əldə etdikləri bilik və bacarıqları bu layihələrdə tətbiq etmək fürsətinə malik olurlar.
Praktiki dərslər və təlim materialları təşkil olunan təlim kursunun məqsədinə uyğun olaraq təqdim edilir.
İştirakçılar lazımı səviyyədə təlim keçdikdən sonra, müvəffəqiyyətlə imtahan verərək sertifikat alırlar.
Kurslar interaktivdir və seçdiyiniz dildə təşkil oluna bilər.
TƏLİMİN MƏZMUNU:
Layihə ərazisin geoməlumat bazasının yaradılması.
Məkan məlumatlarının toplanılması, sistemləşdirilməsi və onların təhlili.
Məkan məlumatlarının strukturu.
Rastr və Vektor məlumatlar.
Ətraf mühit məsələlərində rast və vektor yanaşmaları.
Koordinat sistemləri və proyeksiyalar.
Georeferensiya (transformasiya) məsələləri.
Digitalizasiya məsələləri (müfəssəl vektorlaşdırma) / Kağız xəritələrin elektronlaşdırılması.
Ətraf mühitin öyrənilməsində aerokosmik metodların tətbiqi.
Ətraf mühit xəritələrin tərtibində mövcud metodikalar.
Ağır metalların geoinformasiya modelləşdirilməsi və xəritələşdirilməsi.
Ümumi karbohidrogenlərin və polisiklik aromatik karbohidrogenlərin paylanması xəritələrinin işlənilməsi.
CİS Ətraf Mühit
Hazırda Ətraf Mühit məsələləri daha mütərəqqi həlləri tələb edir. CİS Ətraf Mühit üzrə müxtəlif obyekt və hadisələrin daha dəqiq təhlilini aparmaq üçün istifadə oluna biləcək ən mükəmməl alətdir. O, verilmiş kəskin ekoloji vəziyyətə baxış keçirilməsinə və gələcəkdə fiziki vəziyyəti haqqında fikir irəli sürülməsinə şərait yaradır. Verilənlərin emalı başa çatdıqdan sonra CİS ətraf muhitdə olan risk və təhlükələrin planlaşdırlmasına və onların idarə olunmasına imkan verir.
Bitki və heyvan növlərinin, eləcə də meydana gələn ekosistemlərin hamısı özlərinə aid olan coğrafi və ya məkan aralıqlarına malikdir. Bu səbəbdən də, ekoloji çirkləndiricilərin yer kürəsində yayılması bərabər miqyasda deyildir. Bu kimi müxtəlifliklərin anlaşılması və çirkləndirici mənbələrin aşkar olunmasında CİS-in istifadəsinin xüsusi rolu vardır.
CİS – atmosfer çirklənmələrində, torpaq eroziyasında, müxtəlif miqyasda iqlim modifikasiyalarının yaradılmasında, müxtəlif ekoloji layihələrin hazırlanmasında, şəhər ekologiyasının həllində, bioloji müxtəliflik məsələlərində və ətraf mühitin mühafizəsində, həmçinin ətraf mühitə təsirlərin qiymətləndirilməsi sahəsində müstəsna əhəmiyyəti vardır.
CİS ətraf mühitin təbii və texnogen meyarlara əsasən modelləşdirilməsində effektiv bir vasitə kimi qiymətləndirilir.
TƏLİMİN MƏQSƏDİ: Təlim həm nəzəri olmaqla yanaşı, həm də praktiki məşğələləri özündə əks etdirir. Təlimdə Ətraf Mühit məsələlərində CİS texnologiyalarının tətbiqi aspektləri şərh olunacaq, müasir proqram təminatları əsasında ətraf mühit mövzusunda müxtəlif tematik xəritələrin tərtibi metodikaları tədris ediləcəkdir. Nəticədə təlim iştirakçısı Ətraf Mühit sahəsində mövcud olan layihələrdə sərbəst qərar vermə kimi müxtəlif xüsusi üstünlüklərə malik olacaqdır.
Hər bir təlim iştirakçısı kommersiya və ya tədqiqat layihələrinə cəlb olunurlar. Əldə etdikləri bilik və bacarıqları bu layihələrdə tətbiq etmək fürsətinə malik olurlar.
Praktiki dərslər və təlim materialları təşkil olunan təlim kursunun məqsədinə uyğun olaraq təqdim edilir.
İştirakçılar lazımı səviyyədə təlim keçdikdən sonra, müvəffəqiyyətlə imtahan verərək sertifikat alırlar.
Kurslar interaktivdir və seçdiyiniz dildə təşkil oluna bilər.
TƏLİMİN MƏZMUNU:
KURSUN YERI :
KURSUN MÜDDƏTİ : 7 gün
DİL : Azərbaycan/İngilis/Rus
İŞTRAKÇILAR : Min 10-15 nəfər