masw wireline coring system geological geoloji və geofiziki topoqrafiya geofizika geo 900

CASPIAN GEOMATICS MMC ŞUŞA TELEQÜLLƏ LAYİHƏSİNDƏ

Şuşa şəhərinin teleqüllə layihəsi üzrə geoloji və geofiziki tədqiqatların aparılması, topoqrafik ölçmələrin icrası məqsədilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə CASPIAN GEOMATICS MMC arasında 09.12.2021 tarixli müqavilə imzalanmışdır. CASPIAN GEOMATICS tərəfindən müqavilə üzrə teleqüllənin sahəsində topoqrafik ölçmələr və geofiziki tədqiqatlar icra edilməli, ekzogen-geoloji proseslər tədqiq olunmalı, ərazinin geoloji-litoloji quruluşu öyrənilməlidir.

Hazırda Şuşa şəhərində sahəvi tədqiqatların aparılması üçün planlama və mobilizasiya işlərinin icrasına başlanılmışdır. İşlərin tam icra müddəti 2 təqvim ayı nəzərdə tutulub.

post your comment

Khojali Avenue 55, AGA Business Center 4th floor, Baku, Azerbaijan, AZ1025 [email protected] (+994) 55 646 45 83 (WhatsApp)
× WhatsApp Chat