Su təmizləmə qurğuları üzrə CASPIAN GEOMATICS şirkəti kompleks xidmətlər göstərir (SCADA, nasos stansiyaları və s.). Su təmizləmə qurğuları obyektlərində mövcud proseslərin avtomatlaşdırılması məqsədi ilə CASPIAN GEOMATICS MMC SCADA sisteminin qurulması xidmətini təklif edir. SCADA sistemləri real vaxt rejimində məlumatların təhlili edilməsinə imkan verir. Su təmizləmə qurğuları obyektində quraşdırılmış axın sayğacları real vaxt rejimində SCADA sistemi vasitəsilə məlumatların toplanılmasını və ötürülməsini təmin edir. Su təmizləmə qurğularında mövcud nasos stansiyaları dəqiq texniki məlumat verməklə şəbəkə üzərindən idarə oluna bilir. Eyni zamanda, sistem vasitəsilə paylanma şəbəkəsinin monitorinqi aparılır və şəbəkə daxil müxtəlif sahələrdən davamlı olaraq həcm və təzyiq göstəriciləri əldə olunur. SCADA eyni zamanda hərəkət sensorlarına və müşahidə kameralarına, həmçinin qapı siqnallarına nəzarət etmək üçün istifadə edilə bilər.

  • su təmizləmə qurğularına və oradakı mövcud nasos stansiyaları obyektlərində texniki xidmətlərin göstərilməsi;
  • nasosların temperaturunun və titrəməsinin ölçülməsi;
  • mürəkkəb elektron sxemli avtomatika bloklarının yoxlanılması və tənzimlənməs;
  • avtomatika və elektronika sistemi ilә bağlı olan nasazlıqların aradan qaldırılması;
  • avtomatika ilә bağlı baş vermiş xәtaların tәsbit edilməsi, xәta sәbәblәrinin araşdırılması;
  • texniki istismar sisteminə nəzarət edilməsi;
  • nasos stansiyaları sistemlərinin servisi və onlara texniki baxışın keçirilməsi;
  • texniki dəstək və baxım zamanı ehtiyat hissələrinin dəyişdirilməsi;
  • dövri nəzarət xidməti;
  • kompessorlara və mühərriklərə texniki xidmət;
  • diffuzor xətti və kollektor təmiri;
  • avtomatlaşdırma və panellərin quraşdırılması və s.

Hərtərəfli və inteqrasiya olunmuş məlumat əsaslı nəzarət və monitorinq sistemi olan SCADA (Avtomatika) əsasında bir obyektin və ya müəssisənin bütün avadanlıqlarının idarə edilməsi, həmçinin istehsal planlaşdırılması mümkündür. Dispetçer nəzarəti və verilənlərin toplanması sənaye müəssisələrində istehsalat proseslərini məsafədən və real vaxt rejimində müşahidə etməyə imkan verir. Verilənlərin toplanılması və emalı, insan-maşın interfeysi vasitəsilə cihazlar arasında qarşılıqlı əlaqələrin qurulması, hadisələrin qeydə alınması imkanlarına malikdir.

topoqrafiya _ su təmizləmə qurğuları _ nasos stansiyaları _ scada

Khojali Avenue 55, AGA Business Center 4th floor, Baku, Azerbaijan, AZ1025 [email protected] (+994) 55 206 09 95 (WhatsApp)
× WhatsApp Chat