Torpaqların meliorativ tədqiqatları üzrə CASPIAN GEOMATICS şirkəti zəngin təcrübəyə malikdir. Cəmiyyətimiz torpaqların meliorativ tədqiqatları üzrə çoxsaylı analoji işlərə imza atmışdır.

  • torpaqların su-duz rejiminin və suvarma rejiminin tədqiq olunması
  • CİS mühitində aqroiqlim şəraitinin tədqiqi
  • qrunt sularının yatım dinamikasının tədqiqi və müvafiq rəqəmsal xəritələrin tərtib edilməsi
  • qrunt sularının hidrokimyəvi analizlərinin aparılması
  • məsafədən zondlama verilənlərindən istifadə etməklə şoran torpaqların monitorinqi
  • CİS mühitində şoran torpaqların rəqəmsal xəritələrinin tərtib edilməsi
  • rəqəmsal təsnifat xəritələrinin tərtibi
  • suvarma kanalları üzərində SCADA sisteminin yaradılması və vahid hidroinformasia bazasına inteqrasiyanın təşkili
  • ekomeliorativ tədqiqatlar
  • torpaqların qranulometrik tərkibinin və torpaq əmələ gətirən süxurların öyrənilməsi
  • səthi yuyulmanın intensivliyi və torpaq eroziyasının tədqiqi
  • qrunt sularının yatma dərinliyinin və torpaq aqreqatlarının suya davamlılığnın öyrənilməsi
  • torpaq nümunələrinin kimyəvi analizlərinin aparılması və nəticələrin təhlili
  • təhlil əsasında praktiki tövsiyələrin hazırlanması
  • torpaqların şoranlaşmaya meyilliliyinin qiymətləndirilməsi
  • nəticələrə əsasən yerli şəraitə uyğun olan bitki növlərinin təqdim edilməsi
  • məsafədən torpaq analizlərinin aparılması
  • pilotsuz uçuş aparatları (PUA/DRON) vasitəsilə tədqiqatların aparılması
  • DRON nəticələrinin analizləri və xəritələşdirmə
  • aqrometeoroloji müşahidələrin aparılması üçün müvafiq yerlərin seçilməsi
  • aqrometeoroloji stansiyaların quraşdırılması

CASPIAN GEOMATICS MMC torpaq nümunələrinin intervallar üzrə götürülməsi və laboratoriya analizlərinin nəticələrinin təhlili, müxtəlif parametrlərə əsasən şoranlaşmanın tədqiqi istiqamətində kompleks xidmətlərini təklif edir. Sensorlu qurğular vasitəsilə ərazidə müxtəlif dərinlik intervalları üzrə torpaq parametrlərini təyin edə bilirik (torpağın rütubəti, temperaturu, elektrik keçiriciliyi, pH, azot və fosfor dəyəri, kalium dəyəri və s.). Bu istiqamətdə vahid mərkəzdən idarəetmə sistemini qururuq. Xidmətlərimizə SCADA sisteminin layihələndirilməsi və icrası daxildir. Müşahidə quyularına xüsusi sensorlu qurğular yerləşdirməklə quyularda mövcud su səviyyəsi göstəricilərini məsafədən izləmək imkanları yaradırıq. Bu xidmətləri kompleks göstərməklə vahid diarəetmə sistemini qururuq. Sistemin əsas özəlliyi digər sistemlərə inteqrasiya edilmə imkanına malik olmasıdır. Belə ki, nəticələri mobil aplikasiya üzərində də izləmək mümkündür. Bu istiqamətdə olan xidmətlərimizə bütün həllər daxildir.

Hidrogeoloji (Hidrogeologiya)_SCADA_Torpaqların meliorativ tədqiqatları

Khojali Avenue 55, AGA Business Center 4th floor, Baku, Azerbaijan, AZ1025 [email protected] (+994) 55 206 09 95 (WhatsApp)
× WhatsApp Chat