Aerokosmik araşdırmalarda yer səthi obyektlərinin şüalanmanı udması və əks etdirməsi əsas amillərdir. Fərqli şəraitdə olan eyni obyektlərdə əks olma və udma xüsusiyyətləri müxtəlif ola bilər. Gündüz yer səthi Günəş enerjisini udur və onu istiliyə çevirir. Torpaq və səth sular qızaraq temperaturlarını ətraf mühitə istilik İQ diapazonda verirlər. Bu zaman verilən enerjinin miqdarı və onun intensivliyi şüalandırılan obyektin temperaturundan asılı olur. Yer səthinin obyektləri müxtəlif cür qızaraq istiliyi fərqli formada şüalandırırlar. Obyektlərin belə xüsusiyyəti aerokosmik araşdırmalar üçün əhəmiyyət kəsb edir. Məlumdur ki, torpaq və bitki örtüyü, həmçinin suyun spektral xarakteristikaları (əks etdirmə), udma və şüalandırma qabiliyyətləri, onların üzərinə düşən işıq selinin dalğa uzunluğundan, fiziki, bioloji xüsusiyyətlərindən, asılı olaraq dəyişir. Aerokosmik araşdırmalar aparılarkən çəkilişlər və ölçmələr elə spektral diapazonlarda aparılmalıdır ki, həmin diapazonlarda torpağın, müxtəlif bitki növlərinin, süxurların, su hövzələrinin, əks etdirmə və udma xüsusiyyətlərində fərqlər mümkün qədər böyük olsun.
CASPIAN GEOMATICS şirkəti Məsafədən Zondlama verilənlərinin tematik emalı sahəsində xüsusi üstünlüyə malikdir və müxtəlif verilənlərin vizual interpretasiyası, kartoqrafik təqdimatı sahəsində qabaqcıl şirkətlərdəndir. Biz Azərbaycanda və beynəlxalq məkanda Məsafədən Zondlama sahəsində daha geniş xidmətlər təklif edən qurumuq. Tədqiqat profilimiz əsasən yerüstü obyektlərdir. Tədqiqatlarımıza müxtəlif təyinatlı torpaqlar və infrastruktur elementləri üzrə (boru xətləri, qaz, su xətləri) Məsafədən Zondlama üsullarının tətbiqi, təbii və süni su obyektlərinin aerokosmik metodlarla kompleks öyrənilməsi (çay, göl, dəniz), həmçinin fəlakətlərin təhlili və aerokosmik monitorinqi (xronologiyası), təbii fəlakətlər zamanı dəymiş ziyanın həcm hesablamaları, müxtəlif obyekt və hadisələr üzrə dəyişmə dinamikasının müəyyən olunması, modelləşdirilməsi və s. daxildir. Aerokosmik üsullara əsaslanmış bir sıra spesifik xidmətlərimizi təqdim edirik:
Qeyd etməliyik ki, su hövzələrinin və torpaq örtüyünün aerokosmik monitorinqi sahəsində də xidmətlərimiz mövcuddur. Ümumiyyətlə xidmətlərimizi müasir metodların inteqrasiyası əsasında və CİS bazasında qururuq. İstənilən məsələyə elmi əsaslarla yanaşırıq. Bu bizi digərlərindən fərqləndirən əsas meyarlardan biridir. Adət olaraq hər bir tədqiqat sonda CİS-in qurulması ilə nəticələnir, təyin edilən dəyişiklik və s. meyarlar diqqətə alınır, xəritələşdirilir. Hər bir obyekt üzrə topladığımız məlumatların informasiyaları və aparılmış təhlillərin nəticələri, həmçinin modelləri və xəritələri CİS bazasında öz əksini tapır. Sifarişçi bu məlumatları gələcəkdə də öz işlərinin davamı olaraq tədqiqatlarına cəlb edə bilir. Sifarişçiyə təqdim edəcəyimiz hazır CİS onun gələcək tədqiqatlarını aparmaq üçün ən yaxşı vasitə olur. Kontaktsız metodlarımıza lazer çəkiliş üsulları da daxildir. Əsasən hava metodu olmaqla su obyektlərində Batimetrik və digər tədqiqatların aparılmasını təmin edirik.
OXŞAR GÖRÜLMÜŞ LAYİHƏLƏR
2. “Yuxarı Qarabağ” və “Kəlbəcər-Laçın” iqtisadi rayonlarının Coğrafi İnformasiya Sisteminin qurulması. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi (2020 noyabr / 2021 yanvar)
4. Deltada və Xəzər dənizi hövzəsində Batimetriya tədqiqatlarının aparılması (2020/may-iyun)
5. Xəzər dənizi hövzəsində SONAR və Batimetrik tədqiqatların aparılması (2020/aprel)
9. Böyükşor gölünün bərpası layihəsi, Mərhələ II, Mühəndislik və Nəzarət (İQLİM LTD) (2018)
Həmçinin baxın:
Geodeziya və Fotoqrammetriya
Geologiya və Geofizika xidmətləri
CİS həlləri
Hidroqrafiya
Kartoqrafiya