• HİDROQRAFİYA XİDMƏTLƏRİ

 

 

Şirkətimizin geniş Hidroqrafik ölçmə xidmətləri (Hidrometriya) mövcuddur:

Batimetriya / Sonar planaalma / Multibeam / Singlebeam / Sualtı video çəkilişləri / Su sərfi / Səviyyə / Dərinlik ölçmələri / Modelləşdirmə / Lazer çəkilişləri

Təcrübəmiz sayəsində həm süni, həm də təbii su obyektləri üzrə dərinlik ölçmə işlərini yerinə yetiririk. Yanaşma tərzimiz həm dərinlik, həm də, digər meyarlara görə xüsusi tətbiq olunacaq metodologiyalardan birbaşa asılıdır. Dayaz və dərinliklərdə işlədiyimiz zaman olduqca ciddi SƏTƏM siyasətinə əməl edirik. Qeyd edək ki, heyətimiz həm beynəlxalq SƏTƏM sertifikatlarına malikdir və eyni zamanda Beynəlxalq Dəniz Təşkilatının (International Maritime Organization / (https://www.imo.org/) model kursları əsasında təlim almışlar. Heyət İlk Tibbi Yardım (Elementary First Aid), Fərdi Xilasolma Texnikaları (Personal Survival Techniques), Yanğına qarşı mübarizə və yanğın söndürmə (Fire Prevention & Fire Fighting), Şəxsi Təhlükəsizlik və Sosial Məsuliyyət (Personal Safety & Social Responsibility) sahələrində daim sertifikatlaşan peşəkarlardan ibarətdir. Batimetrik tədqiqatları və Side Scan Sonar ölçmələrini bir çox sahələrdə tətbiq etmişik və bu baxımdan zəngin təcrübəyə malikik. Ümumiyyətlə SONAR tədqiat işləri əsasən neft, qaz, su, elektrik xəttlərinin çəkiləcəyi zonalarda relyefin quruluşunu, onların çəkilişinə mane olacaq sualtı obyektləri, mövcud boru kəmərin texniki vəziyyətini və kəsişmə yerləri, hidrotexniki qurğunun yerləşdirilməsi zamanı relyefin quruluşunun öyrənilməsində, bərk süxur çıxıntılarını, dəniz dibi relyefinin akustik təsvirini almaq məqsədi ilə istifadə olunur. Eyni zamanda çimərlik zonalarının sualtı təhlilində də SONAR çəkilişləri geniş tətbiq edilir.

Metodiki olaraq Sonar və Batimetriya tədqiqatları zamanı naviqasiyaGeodeziya parametrləri, gəmi konfiqurasiya parametrləri dəqiqləşdirilir. Belə işlər daim aparılır və bu əsasən layihə ərazisinin və ya layihə obyektinin dənizin müxtəlif sahələrində yerləşməsindən asılı olaraq gəmi növünün istifadəsi ilə bağlıdır. Layihə obyektimiz dayaz və ya dərin sahələr ola bilər. Bu baxımdan, seçilmiş vasitədən asılı olaraq naviqasiya və digər məsələlərə daim baxılır.

Metodoloji yanaşma olaraq ilkin vəziyyətdə layihə ərazisi üzrə obyektimizin yerləşmə planı tərtib olunur. Gəmi və ya qayıq üçün gediləcək qalsların istiqamətləri təyin olunur. SONAR ölçmələrinə başlamazdan əvvəl avadanlığın təhlükəsizliyi baxımından hərəkət məhdudluğu olan ərazilər təhlil edilir. Daha sonra örtmə zonalarına baxılır. SONAR planaalma zamanı hər hansı sualtı obyekt müşahidə edildikdə onun ölçüsü xüsusi proqram vasitələri əsasında hesablanır və interpretasiya olunur. Təyin olunmuş sualtı obyektlərin ölçüləri yazılır və həmin obyektlər xəritə üzərində nöqtəvi şəkildə koordinatla qeyd olunur. Bu ölçülərə uzunluq, en və hündürlük parametrləri daxildir. Sualtı kommunikasiyalar eyni ilə akustik təsvirdə alındığı kimi xətt üzrə qeyd olunur. Kəmərlərin alt hissələrində boşluqlar olduğu halda, onların uzunluq və yerdən kəmərə qədər olan hündürlük göstəriciləri xəritədə təqdim olunur. Bərk süxur çıxıntıları isə proqramda nöqtələr şəklində qeydə alınır, interpretasiyadan sonra koordinatlarla xəritə üzərinə konturları çəkilir. Özüllərin su altında batmış və ya sınmış hissələri xəritə üzərində müəyyən işarələr ilə qeyd edilir. Nəticədə dib relyefi üzrə müvafiq tullantılar olduğu halda obyektlərin inventarizasiya xəritəsi tərtib olunur. Sonda tərəfimizdən Sifarişçiyə Hesabat təqdim olunur. Hesabatda həm Batimetriya tədqiqatları ilə bağlı, həm də SONAR planaalma işlərinin nəticələri ilə əlaqədar tətbiq olunmuş metodologiyanın geniş şərhi, istifadə olunan avadanlıqlar, tərtib olunmuş xəritə və modellər, mozayka olunmuş təsvirlər və s. öz əksini tapır. Eyni zamanda Sifarişçiyə risklərin qiymətləndirilməsi cədvəli, Fövqəladə Hallar planı və SƏTƏM siyasəti təqdim olunur.

Batimetriya tədqiqatları və Sonar planaalma (Batimetriya Sonar ölçmələri) zamanı aşağıdakı nəticələri əldə edirik:

  • Su obyektlərinin dib relyefinin sıx nöqtələr əsasında müfəssəl modelini qururuq.
  • Dib relyefi modelləri əsasında (batimetrik modellər) profillər qururuq və həcm hesablamaları aparırıq.
  • Su dibində (dəniz, çay, göl, su anbarları və s.) mövcud obyektləri təsnif edirik, inventarizasiyasını aparırıq, obyektlərin inventarizasiya xəritəsini tərtib edirik.
  • Sonar planaalma nəticəsində alınan akustik təsvirləri mozayka edirik (vahid şəkilə gətirilmə – qalslar üzrə təsvirlərin örtmə faizi 100 %).
  • Batimetriya tədqiqatları üçün həm təkşüalı (singlebeam), həm də çoxşüalı (multibeam) çəkilişləri yerinə yetiririk.
  • Batimetriya tədqiqatları zamanı alınmış nəticələrin yüksəklik sistemlərinə gətirilməsini (misal üçün Baltik  yüksəklik sistemini göstərmək olar) və bundan irəli gələn, geodeziya ölçmələrini yerinə yetiririk.
  • Batimetriya xəritələrini tərtib edirik və layihə obyektinin CİS-ni qururuq və s.

Su obyektlərində və quruda işlədiyimiz zaman geodeziyada təhlükəsizlik texnikası qaydalarına ciddi əməl olunur. Məhz, SƏTƏM siyasətimiz sayəsində işlədiyimiz müddətdə heç bir insident yaşanmır. Metodiki olaraq SƏTƏM mütəxəssisləri tərəfindən layihə ərazisi üzrə risklər qiymətləndirilir və bunun nəticəsində də bütün gözlənilən təhlükə ehtimalları minimum səviyyəyə endirilir. Nəticədə işlərin təhlükəsiz qaydada yerinə yetirilməsi təmin olunur. Prosedur olaraq mütəxəssislər əvvəlcə layihə ərazisinə baxış keçirirlər və zəruri sənədləri hazırlayıb Sifarişçiyə təqdim edirlər.

Coğrafi yerləşmədən (sahilyanı ərazilərə xasdır) və suyun dərinliyindən asılı olaraq layihə ərazisində müxtəlif metodologiyalar tətbiq oluna bilər. Buna müxtəlif metodların inteqrasiyalı tətbiqi deyilir. Adətən sahilyanı ərazilərin dayaz olması səbəbi ilə (çimərliklər) belə zonalarda tamamilə exolotdan istifadə etmək mümkün olmur. Belə hallarda taxeometrik və ya GPS planaalma üsullarından da istifadə olunur. Sıx gedişlərə əsasən dayaz ərazilərin batimetrik planı hazırlanır. Sonra digər sahələr exolotla təkşüalı və ya çoxşüalı çəkilişlərə əsasən plana alınır və model qurulur.

Digər su obyektləri üzərində də hidroqrafiya xidmətlərimiz mövcuddur. Belə obyektlərə çay və göllər, su anbarları aid oluna bilər. Burada LIDAR sistemlərinin tətbiqindən də danışmaq olar. Bəzi hallarda müxtəlif aerokosmik materiallardan da istifadə olunur. Adətən bu yanaşmalar deltanın araşdırılmasında, daşqınların təhlilində, meandrlı çayların tədqiq olunmasında, fəlakətlərin verdiyi ziyanların hesablanmasında və digər məsələlərdə geniş tətbiq olunur. Qeyd edilməlidir ki, dənizlərdə aparılan batimetriya işlərində olduğu kimi, çaylarda da bir sıra metodoloji yanaşmalar mövcuddur. Lakin SƏTƏM siyasəti daim dəyişilməz qalır və istənilən halda risklərin qiymətləndirilməsi aparılır və digər zəruri addımlar atılır.

Yuxarıdakı qeyd olunan yazılarda CASPIAN GEOMATICS şirkəti tərəfindən aparılan Batimetriya tədqiqatları və SONAR planaalma işləri zamanı tətbiq olunan metodologiyaların qısa şərhi öz əksini tapmışdır.

 

 

OXŞAR GÖRÜLMÜŞ LAYİHƏLƏR

1.  Layihə ərazisi üzrə dəniz dibi araşdırmaları (Lənkəran) və sahilyanı zonalarda aktiv eroziya proseslərinin tədqiqi (2020/avqust-sentyabr)

2.  Deltada və Xəzər dənizi hövzəsində Batimetriya tədqiqatlarının aparılması (2020/may-iyun)

3.  Xəzər dənizi hövzəsində SONAR və Batimetrik tədqiqatların aparılması (2020/aprel)

4.  Xəzərin cənub sahillərində (Lənkəran ərazisi) aparılmış Batimetrik tədqiqatlar (2018/avqust)

5.  Xəzər dənizinin lokal sahələrində dib relyefinin öyrənilməsi (2018/fevral-mart)

6.  Çimərlik sahələrdə Batimetrik ölçmələrin aparılması (2018/fevral-mart)

7.  Böyükşor gölünün bərpası layihəsi, Mərhələ II, Mühəndislik və Nəzarət (İQLİM LTD) (2018)


Həmçinin baxın:

Geomatika xidmətləri
Ətraf mühit xidmətləri
Geologiya və Geofizika xidmətləri
Konsultasiya xidmətləri
İT və sistem inteqrasiyası

4th floor, Tech Plaza, 1/47 Ahmad Rajabli str., Baku, Azerbaijan [email protected] (+994) 12 480 10 70 / (+994) 55 206 09 95
× WhatsApp Chat