Geologiya və hidrogeologiya, geofizika tədqiqatları, geoloji xəritələrin tərtibi, geoloji coğrafi informasiya sistemlərinin qurulması, qrunt və su nümunələrinin laboratoriya analizləri üzrə CASPIAN GEOMATICS peşəkar xidmətlər göstərir. Mühəndis fəaliyyəti ilə bağlı geoloji şəraitin və dinamikanın öyrənilməsi, mühəndisi geoloji tədqiqat əsasında binaların bünövrələrinin və su hövzələrinin, müxtəlif tikinti və qurğuların davamlılığının hesablanması vacibdir ki, bu da seysmik fəal zonalar üzrə bu növ araşdırmaların aparılması əhəmiyyət kəsb edir.

Geoloji və hidrogeoloji xidmətlər (hidrogeologiya):

  • mühəndisi-geologiya araşdırmaları
  • fond materialların toplanması (geoloji, geofiziki, hidrogeologiya), müqayisəli analiz
  • kəşfiyyat quyularının qazılması
  • infrastruktur və tikinti layihələrində geologiya və geodeziya təminatı
  • geotexniki tədqiqat (standart penetrasiya testi (SPT) / pressiometr / inklinometr və s.)
  • dənizdə stasionar özüllərin yerləşdirilməsinin təminatı və geoloji araşdırılması
  • geoloji xəritələrin tərtibi və geoloji CİS
  • hidrogeologiya tədqiqatı və su ehtiyatların tədqiqi
  • yeraltı su laylarının rastgəlmə dərinliyinin və qalınlıqlarının (sulu horizontların) təyini
  • su mənbələri üzrə axtarış-kəşfiyyat işləri
  • quyularda təcrübi-sınaq işlərinin aparılması
  • hidrogeoloji  parametrlərin hesablanması
  • su təchizatı sistemi və texniki vəziyyətin tədqiqi
  • qrunt laboratoriya tədqiqatları

Geofizika xidmətləri (geofiziki xidmətlər):

  • geofiziki ölçmələrin marşrutlar üzrə aparılması
  • quyu üzrə kompleks geofiziki tədqiqat (geofiziki karotaj və s.)
  • geofiziki zondların yerləşmə sxeminin tərtibi
  • sahə məlumatlarının interpretasiyası və geofiziki parametrlərin təyini
  • 3D geofiziki modelləşdirmə
  • side scan sonar ölçmələri, akustik təsvirlərin qurulması
  • kəsilişin geoloji quruluşunun tədqiqi məqsədi ilə fasiləsiz seysmoakustik profilləmə işləri
  • horizontal (üfüqi) və vertikal (şaquli) geofiziki  kəsilişlərin çıxarılması, litoloji kəsilişin tərtibi
  • dənizdə geoloji və geofiziki işlərin aparılmasında geodeziya təminatı
  • səth dalğaları – MASW, Re.Mi., ESAC, Vs30, MAAM və s.
  • HVSR / Vibrations
  • Downhole və Crosshole testləri
  • su ehtiyatlarının geofiziki tədqiqi
  • geoloji stratiqrafiya, sürüşmənin öyrənilməsi
  • şaquli elektrik zondlama (ŞEZ) metodu / Vertical Electrical Soundings (VES)

 
geologiya hidrogeologiya

OXŞAR GÖRÜLMÜŞ LAYİHƏLƏR

  1. “Naxçıvan Muxtar Respublikasında İrriqasiya və Drenaj Sistemlərinin İnkişafı Layihəsi” çərçivəsində mühəndis axtarışları (geoloji – hidrogeoloji və qrunt laboratoriya tədqiqatları, topoqrafik ölçmələr, kanalların texniki inventarlaşdırılması). Asiya İnkişaf Bankı, Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC, SOFRECO (Yanvar 2022/İyun 2022)
  2. Şuşa şəhərində Teleqüllənin təyin olunmuş ərazisi üzrə geoloji və geofiziki tədqiqatlar (2021 Dekabr / 2022 Fevral)
  3. Şamaxı rayonunda geoloji və hidrogeoloji tədqiqatlar (2021 Sentyabr / 2021 Noyabr)
  4. Xızı rayonunda hidrogeoloji və geofiziki tədqiqatlar (2021 Noyabr / 2022 Fevral)
  5. Şıxov Skypark layihəsi üzrə mühəndis-axtarış işləri (2021 Yanvar / 2021 Mart)
  6. Türkan qəsəbəsində su təminatının yaxşılaşdırılması üçün hidrogeoloji tədqiqatların aparılması (2020 Dekabr / 2021 Yanvar)
  7. Qala qəsəbəsində su təminatının yaxşılaşdırılması üçün hidrogeoloji tədqiqatların aparılması (2020/noyabr)
  8. Dəniz dibi araşdırmaları (Lənkəran) və sahilyanı zonalarda aktiv eroziya proseslərinin tədqiqi (2020/avqust-sentyabr)
  9. Müxtəlif mərtəbəli sosial təyinatlı yaşayış binalarının kompleks tikintisi məqsədi ilə geoloji və geofiziki tədqiqatların aparılması (2020/iyun-iyul)
  10. Xəzər dənizi hövzəsində SONAR və batimetrik tədqiqatların aparılması (2020/aprel)
  11. Xəzər rayonu ərazisində mühəndisi-geoloji tədqiqatların aparılması (2019/iyul)
  12. Kontrakt sahələri üzrə Azərbaycanın bir sıra rayonlarının CİS əsasında rəqəmsal xəritələrinin tərtibi (2019/avqust)
  13. Böyükşor gölünün bərpası layihəsi, Mərhələ II, Mühəndislik və Nəzarət (İQLİM LTD) (2018)

Həmçinin baxın:

Geomatika xidmətləri
Ətraf mühit xidmətləri
Hidroqrafiya xidmətləri
Konsultasiya xidmətləri
İT və sistem inteqrasiyası

 
 
Khojali Avenue 55, AGA Business Center 4th floor, Baku, Azerbaijan, AZ1025 [email protected] (+994) 55 206 09 95 (WhatsApp)
× WhatsApp Chat