geoloji və hidrogeoloji texniki inventarlaşdırma topographic surveys soil laboratory

NAXÇIVAN MR-DƏ İRRİQASİYA VƏ DRENAJ SİSTEMLƏRİNİN İNKİŞAFI LAYİHƏSİ (ASİYA İNKİŞAF BANKI)

Geoloji və Hidrogeoloji tədqiqatlar (wireline core drilling system), Topoqrafiya ölçmələri, Kanalların texniki inventarlaşdırılması (77 km), Xəritələşdirmə və Qrunt laboratoriya xidməti.

“Naxçıvan Muxtar Respublikasında İrriqasiya və Drenaj Sistemlərinin İnkişafı Layihəsi” üzrə topoqrafik ölçmələrin və texniki inventarlaşdırma işlərinin icrası, geoloji və hidrogeoloji tədqiqatların aparılması üzrə Fransanın SOFRECO və CASPIAN GEOMATICS şirkətləri arasında müqavilələr imzalanmışdır. Layihə Asiya İnkişaf Bankının dəstəyi ilə reallaşmışdır.

“Naxçıvan Muxtar Respublikasında İrriqasiya və Drenaj Sistemlərinin İnkişafı Layihəsi” uğurlu layihələrdən biri olmuşdur. Layihənin məqsədi Naxçıvanda suvarma və drenaj sisteminin fəaliyyətinin yaxşılaşdırılması və kənd təsərrüfatı istehsalını və məhsuldarlığını artırmaq olmuşdur. Bu məqsədlə, əsas kanalların mövcud vəziyyətinin qiymətləndirilməsi, texniki inventarlaşdırmanın aparılması, Bənəniyar kanalı üzrə topoqrafiya ölçmələrinin yerinə yetirilməsi və fundamental geodeziya istinad məntəqələrinin quraşdırılması qarşıda duran  məsələlər olmuşdur. Eyni zamanda, 5 sxem üzrə geoloji və hidrogeoloji tədqiqatların aparılması, qrunt laboratoriya sınaqlarının və kimyəvi analizlərin aparılması (qrunt və su) da əsas hədəflər olmuşdur.

Tədqiqat çərçivəsində aşağıdakı məsələlər həll edilmişdir:

  1. Əsas kanallar olan Bənəniyar, Qaraçuq və Arpaçay (sağ və sol qollar daxil) kanallarının texniki inventarlaşdırma işləri aparılmışdır (77 km).
  2. Bənəniyar kanalı üzrə topoqrafik ölçmələr yerinə yetirilmiş, kanalın böyük miqyaslı topoqrafik xəritəsi tərtib edilmişdir.
  3. Bənəniyar kanalı üzrə müvəqqəti və daimi geodeziya istinad məntəqələri quraşdırılmış, GPS statik ölçmələri yerinə yetirilmiş, nivelirləmə işləri aparılmışdır.
  4. Bənəniyar kanalı üzrə uzununa və eninə profillərin qrafiki tərtibatı işləri icra edilmişdir.
  5. Bənəniyar kanalının 3D rəqəmsal relyef modeli qurulmuşdur.
  6. Tədqiqat ərazisi üzrə kompleks mühəndis-geoloji və hidrogeoloji tədqiqatlar aparılmışdır.
  7. Tədqiqat ərazilərinin faktiki materiallar və geoloji xəritələri, mühəndis-geoloji xəritələri, kimyəvi tərkib xəritələri, qrunt sularının minerallaşma dərəcəsi xəritələri, yeraltı suların yatım dərinliyi xəritələri tərtib edilmişdir.
  8. Tədqiqat ərazilərində müşahidə quyuları və mühəndis-geoloji kəşfiyyat quyuları, həmçinin şurflar qazılmışdır.
  9. Strukturu pozulmuş və pozulmamış qrunt nümunələri götürülmüş, qrunt laboratoriya tədqiqatları aparılmış, həmçinin suyun və qruntun kimyəvi analizləri aparılmışdır.

 https://caspiangeomatics.com/

post your comment

Khojali Avenue 55, AGA Business Center 4th floor, Baku, Azerbaijan, AZ1025 [email protected] (+994) 55 206 09 95 (WhatsApp)
× WhatsApp Chat