Topoqrafiya xidməti (topoqrafik ölçmələr və mühəndis topoqrafiya işləri) üzrə topoqrafik xəritə tərtibi daxil olmaqla, topoqrafiya axtarışları və topoqrafik planalma sahələrində şirkətimiz olduqca zəngin təcrübəyə malikdir.

Topoqrafiya xidməti üzrə geniş tətbiq olunan sahələrdən biri kənd təsərrüfatıdır. Təsərrüfat fəaliyyəti və infrastruktur üçün ərazi üzrə relyefin ilkin tədqiqi vacibdir. Bu, topoqrafik planalma işinin aparılması nəticəsində mümkün olur. Layihələndirmə işləri də topoqrafik ölçmələr aparılmasını tələb edir. Kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün topoqrafiya xidməti üzrə mühəndis topoqrafiya işlərinin aparılması məqsədilə şirkətimiz çoxsaylı müqavilələr imzalamışdır. Kənd təsərrüfatı sahəsində tətbiq olunan bir sıra metodoloji yanaşma mövcuddur. Buna taxeometrik və GPS ölçmə üsulları ilə aparılan topoqrafik ölçmələr, Dron, inteqrasiyalı tətbiqi metodlar, aerokosmik verilənlərin tətbiqi üsulları aiddir.

Metodiki olaraq, ilkin olaraq (firstly), topoqrafiya xidməti üzrə əkin sahələrin topoqrafik ölçmələri üçün tədqiqat ərazisi kameral təhlil olunur, kartoqrafik material istifadə edilir. Növbəti mərhələdə (secondly), səth quruluş nəzərdən keçirilir və müxtəlif ayırdetməli aerokosmik məlumatlar istifadə olunur. Sonra (after that), tətbiqi metodologiya üzrə ərazi qiymətləndirilir. Növbəti mərhələdə (thirdly), geodeziya xidməti üzrə istinad məntəqəsinin quraşdırılması məsələsinə baxılır. Məntəqə statik rejimdə ölçülür, hesablanır və taraz edilir. Digər mərhələdə (fourthly), bu ölçmə üzrə referans baza nöqtələri seçilir (RTCM-REF GNSS), bağlanılır və observasiya meyarı seçilir. Alət nöqtə üzərində mərkəzə gətirilir və hündürlük ölçülür. Reperlər metod kimi GNSS məntəqələri əsasında hesablanılır.

Operativ üsullara yerüstü lazer skan çəkiliş metodu və ya aeroplanalma (LIDAR) daxildir ki, bunun əsasında topoqrafik xəritə tərtib olunur. Yanaşma kimi ilkin olaraq (firstly), topoqrafiya axtarışları üzrə fotoqrammetrik metodların tətbiqində uçuş planlanır. Sonra (after that), uçuşun dəqiq yerinə yetirilməsi məsələsinə baxılır. Daha sonra (thirdly), məhsulun geodezik dəqiqliyini təmin etmək üçün ərazidə istinad məntəqələri qurulur. Növbəti mərhələ (fourthly), onların koordinat və yüksəklik göstəriciləri ölçülür. Nəticədə (as a result), topoqrafiya axtarışları məqsədi ilə uçuş aparatı yüksək keyfiyyətli fotokamera ilə təchiz edilməklə yüksək ayırdetməli təsvirlər alınır. Sonda (in conclusion), aerofoto emal olunur, model qurulur və taraza gətirilir.

Topoqrafiya xidməti aşağıdakı sahələr üzrə geniş istifadə olunur:

  • landşaft dizayn və hərbi, planlaşdırma, kənd və meşə təsərrüfatı, irriqasiya, hidrotexniki qurğular, hidroqrafik obyektlər, yeraltı xətlərin təsbiti
  • topoqrafik planalma işləri, obyekt üzrə geometrik göstəricilərin təyini, torpaqayırma və bölgü, modelləşdirmə, həcmi hesablama
  • layihələndirmə (su təchizatı, kanalizasiya, nasos stansiyası, elektrik xətləri və s.), nəqliyyat layihəsi, çökmə və mailliklərin təyini
  • geoloji və hidrogeoloji, geofizika işləri, topoqrafik xəritə tərtibatı və yenilənmə, təbii ehtiyatların öyrənilməsi, dağ-mədən, neft-qaz sektoru

Topoqrafiya xidməti topoqrafik ölçmələr mühəndis topoqrafiya

 

OXŞAR GÖRÜLMÜŞ LAYİHƏLƏR

  1. “Naxçıvan Muxtar Respublikasında İrriqasiya və Drenaj Sistemlərinin İnkişafı Layihəsi” çərçivəsində mühəndis axtarışları (geoloji – hidrogeoloji və qrunt laboratoriya tədqiqatları, topoqrafik ölçmələr, kanalların texniki inventarlaşdırılması). Asiya İnkişaf Bankı, Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC, SOFRECO (Yanvar 2022/İyun 2022)
  2. Kür çayı üzrə batimetriya tədqiqatlarının aparılması (İyun 2022 / İyul 2022)
  3. Bakı şəhərində kontrakt sahələr üzrə neftlə çirklənmiş ərazilərin məsafədən aerokosmik tədqiqat metodları ilə təyini (2022 may – iyun)
  4. Dəmir yollarının topoqrafik ölçmələri (Bakı şəhəri) (2021 İyun / 2021 Avqust)
  5. Şuşa şəhərinin rəqəmsal xəritəsinin tərtibi. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi (2020 noyabr / 2021 yanvar)
  6. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının coğrafi informasiya sisteminin qurulması. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi (2020 noyabr / 2021 yanvar)
  7.  Şəki şəhərinin tarixi mərkəzi olan və YUNESKO-nun  Ümumdünya İrs Siyahısına daxil edilmiş “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisinin coğrafi informasiya sisteminin  qurulması və rəqəmsal xəritələrin tərtibi. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi (2020/ noyabr-dekabr)
  8.  Dəniz dibi araşdırmaları (Lənkəran) və sahilyanı zonalarda aktiv eroziya proseslərinin tədqiqi (2020/avqust-sentyabr)
  9.  Deltada və Xəzər dənizi hövzəsində Batimetriya tədqiqatlarının aparılması (2020/may-iyun)
  10.  Xəzər dənizi hövzəsində SONAR və Batimetrik tədqiqatların aparılması (2020/aprel)
  11.  Kontrakt sahələri üzrə Azərbaycanın bir sıra rayonlarının CİS əsasında rəqəmsal xəritələrinin tərtibi (2019/avqust)
  12.  Ceyrançöl massivində 8000 ha sahədə aparılmış mühəndisi-topoqrafiya ölçmələri (2018-2019)
  13.  Xəzərin cənub sahillərində (Lənkəran ərazisi) aparılmış Batimetrik tədqiqatlar (2018/avqust)
  14.  Xəzər dənizinin lokal sahələrində dib relyefinin öyrənilməsi (2018/fevral-mart)
  15.  Çimərlik sahələrdə Batimetrik ölçmələrin aparılması (2018/fevral-mart)
  16.  Layihələndirmə məqsədli mühəndisi-geodeziya ölçmələri (2018/iyun)
  17.  Yevlax və Goranboy rayonlarının 3200 ha kənd təsərrüfatı sahələrində topoqrafik ölçmələrin aparılması (2018/avqust)
  18.  Saatlı rayonunun 7000 ha ərazisinin topoqrafik ölçmələri və ortofotoplanların tərtibi (2018/yanvar-fevral)
  19.  Böyükşor gölünün bərpası layihəsi, Mərhələ II, Mühəndislik və Nəzarət (İQLİM LTD) (2018)

Həmçinin baxın:

Məsafədən Zondlama
Geologiya və Geofizika xidmətləri
CİS həlləri
Hidroqrafiya
Kartoqrafiya

Khojali Avenue 55, AGA Business Center 4th floor, Baku, Azerbaijan, AZ1025 [email protected] (+994) 55 206 09 95 (WhatsApp)
× WhatsApp Chat