Hidroloji tədqiqatlar və hidrometrik ölçmələr üzrə CASPIAN GEOMATICS şirkəti geniş təcrübəyə malikdir. CASPIAN GEOMATICS hidroloji tədqiqatlar üzrə çoxsaylı müqavilələr imzalamış və müxtəlif fəaliyyət istiqamətlərində beynəlxalq təşkilatlarla əməkdaşlıq etməkdədir.

Hidroloji tədqiqatlar və hidrometrik ölçmələr

  • asılı və ion gətirmələrin təyin edilməsi
  • hidroloji rejimin öyrənilməsi
  • su rejiminin öyrənilməsi (su obyektlərində və qruntlarda suyun səviyyəsi, sərfi və həcmi)
  • axımın nisbi xarakteristikalarının təyini
  • su obyektlərində batimetrik ölçmələr
  • müasir metodlarla (aerokosmik, dron və s.) hidroloji tədqiqatlar
  • hidroloji rejim xarakteristikalarının ölçülməsi (axımın və nasosların sərfinin təyini, qədərləmə (tarirovka) işləri, suyun temperaturuna nəzarət və s.)
  • çayların, göllərin və su anbarlarının morfometrik və hidravliki xarakteristikalarının təyini və hidroqrafik şəbəkənin öyrənilməsi
  • hidroloji tədqiqatlar üzrə geoinformasiya sisteminin qurulması
  • su obyektləri üzrə kompleks hidroloji tədqiqatlar və modelləşdirmə
  • avtomat hidroloji stansiyaların quraşdırılması
  • suölçmə məntəqələrinin yaradılması üçün müvafiq yerlərin seçilməsi

Hidroqrafiya (batimetriya_sonar) hidroloji tədqiqatlar

Hidroekoloji xidmətlər

  • su obyektlərinin fiziki-kimyəvi xüsusiyyətlərinin təyini (bulanıqlıq, minerallaşma və s.)
  • su anbarlarında və göllərdə çirkləndiricilərin təyin edilməsi
  • peyk məlumatlarından istifadə etməklə ayrı-ayrı hövzələrin fiziki-coğrafi xarakteristikalarının təyini (hövzənin sahəsi, relyefi, torpaq-bitki örtüyü və s.)
  • sel və daşqınların idarə edilməsinə dair tədqiqatlar
  • karxanaların çay ekosisteminə təsirinin qiymətləndirilməsi
  • çay hövzələrində ekocoğrafi və hidroekoloji tədqiqatlar
  • suvarma və su təchizatı kanallarının optimal trassalarının təyin edilməsi

OXŞAR GÖRÜLMÜŞ LAYİHƏLƏR

  1. “Naxçıvan Muxtar Respublikasında İrriqasiya və Drenaj Sistemlərinin İnkişafı Layihəsi” çərçivəsində mühəndis axtarışları (geoloji – hidrogeoloji və qrunt laboratoriya tədqiqatları, topoqrafik ölçmələr, kanalların texniki inventarlaşdırılması). Asiya İnkişaf Bankı, Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC, SOFRECO (Yanvar 2022/İyun 2022)
  2. Kür çayı üzrə batimetriya tədqiqatlarının aparılması (İyun 2022 / İyul 2022)
  3. Dəniz dibi araşdırmaları (Lənkəran) və sahilyanı zonalarda aktiv eroziya proseslərinin tədqiqi (2020/avqust-sentyabr)
  4. Deltada və Xəzər dənizi hövzəsində batimetriya tədqiqatlarının aparılması (2020/may-iyun)
  5. Xəzər dənizi hövzəsində SONAR və batimetrik tədqiqatların aparılması (2020/aprel)
  6. Xəzərin cənub sahillərində (Lənkəran ərazisi) aparılmış batimetrik tədqiqatlar (2018/avqust)
  7. Xəzər dənizinin lokal sahələrində dib relyefinin öyrənilməsi (2018/fevral-mart)
  8. Çimərlik sahələrdə batimetrik ölçmələrin aparılması (2018/fevral-mart)
  9. Böyükşor gölünün bərpası layihəsi, Mərhələ II, Mühəndislik və Nəzarət (İQLİM LTD) (2018)
Khojali Avenue 55, AGA Business Center 4th floor, Baku, Azerbaijan, AZ1025 [email protected] (+994) 55 206 09 95 (WhatsApp)
× WhatsApp Chat