Batimetriya tədqiqatı və GIS Bathymetry

Xəzər dənizinin cənubunda batimetrik tədqiqatlar

Batimetriya tədqiqatı 1,40 m dərinlik səviyyəsi üzrə aparılmış, layihə ərazisinin CİS əsaslı xəritəsi tərtib olunmuşdur.

Xəzər dənizinin cənub sahilləri üzrə batimetrik tədqiqat işləri üçün CASPIAN GEOMATICS şirkəti ilə müqavilə bağlanmış, işin icra müddəti 30 təqvim günü təşkil etmişdir.

Layihə ərazisi

Ərazi coğrafi baxımdan ölkəmizin gözəl guşələrinin birində, daha dəqiq, cənub-şərq sahəni əhatə edir. İqlim rütubətli, subtropikdir. İqlimi qışı mülayim, yayı quraq keçən, isti və payızı çox yağıntılı olması ilə seçilir. Burada sərt və qarlı qış olmur. Rütubətli, subtropik şəraitə görə ərazidə sarı torpaq geniş yayılıb.

Layihənin məqsədi

Qarşıya qoyulan məsələlər aşağıdakılardır:

  • ilkin olaraq (firstly), hövzədə 1,40 m dərinlik səviyyəsi üzrə batimetriya tədqiqatı
  • ikinci mərhələ (secondly), sıx nöqtələr üzrə səth modelin qurulması
  • üçüncü mərhələ (thirdly), batimetrik model və xəritə tərtibi

Nəticə

Nəticə kimi (as a result), qeyd edək ki, batimetriya işləri metodologiya üzrə aparılmışdır. Metodologiya üzrə mühəndisi-topoqrafiya işlərindən başqa, risk qiymətləndirilməsi, təhlükəli meyar təyini, SƏTƏM siyasəti və digər məsələlər həllini tapmışdır.

Xəzər dənizi hövzəsində batimetriya tədqiqatı üzrə qarşıya qoyulan məsələlər öz həllini tapmışdır:

  • ilkin olaraq (firstly), hövzədə batimetriya tədqiqatı 1,40 metr səviyyə üzrə aparılmışdır
  • ikinci mərhələ (secondly), alınmış sıx nöqtələr üzrə səth model (batimetrik) qurulmuş, xəritə tərtib olunmuşdur
  • üçüncü mərhələ (thirdly), təhlükəli obyektlər təsnif edilmiş, onların koordinatları və geometrik ölçüləri təyin olunmuşdur
  • sonrakı mərhələ (fourthly), dəniz hövzəsində təhlükəli sahələr üzrə xəritə tərtib olunmuş, coğrafi informasiya sistemi qurulmuşdur

Sonar və batimetriya tədqiqatı (təkşüalı, çoxşüalı) zamanı naviqasiya və geodeziya parametrləri, gəmi konfiqurasiyası meyarları dəqiqləşir. Belə işlər daim aparılır və əsasən obyektin dənizin müxtəlif sahələr üzrə yerləşmədən asılı olaraq gəmi növünün istifadəsi ilə bağlı olur. Obyekt dayaz və dərin sahələr üzrə yerləşə bilər. Bu baxımdan, seçilən vasitə üzrə naviqasiya və digər məsələlərə baxılır.

İlkin olaraq obyektin yerləşmə planı tərtib olunur. Gəmi və ya qayıq üçün qalslar təyin edilir. Ölçmədən əvvəl avadanlıq hərəkət məhdudluğu üzrə təhlil edilir. Daha sonra örtmə zonalara baxılır.

https://caspiangeomatics.com/

post your comment

Khojali Avenue 55, AGA Business Center 4th floor, Baku, Azerbaijan, AZ1025 [email protected] (+994) 55 206 09 95 (WhatsApp)
× WhatsApp Chat