Geodeziya və topoqrafiya, coğrafi informasiya sistemləri, xəritəçəkmə, batimetriya, fotoqrammetriya (dron), məsafədən zondlama üzrə xidmətlər göstəririk. Biz geodezik ölçmələrin hesablanmasında və mühəndisi-axtarış işlərin aparılmasında, mühəndis qurğuların tikintisi üzrə layihələrin naturaya köçürülməsi, həmçinin qurğu və konstruksiyaların deformasiyalarının tədqiq olunması sahələrində geniş təcrübəmizlə seçilirik. Müştərilərimizə xidmət göstərərkən müasir tədqiqat metodları istifadə etməklə qarşıya qoyulan məsələləri elmi əsaslarla həll edirik. CASPIAN GEOMATICS ətraf mühitdə baş verən prosesləri və müxtəlif obyekt və hadisələri modelləşdirmək üçün, həmçinin tendensiyaları anlamaq və eyni zamanda səbəbləri araşdırmaq məqsədilə coğrafi informasiya sistemlərindən geniş istifadə edir. Coğrafi informasiya sisteminin tətbiq sferası geniş olmağına baxmayaraq, bizim təcrübəmiz müxtəlif mövzular üzrə geoinformasiya sistemlərini qurmağa və ətraf mühiti dərindən öyrənməyə, həm də elmi-tədqiqat işlərini aparmaq üçün xüsusi imkanlar verir.

GEOMƏKAN VERİLƏNLƏR BAZASI 

Geoməkan verilənlər bazası xidmətlərimizə məkan məlumatlarının idarə olunması və geoməlumat bazasının qurulması, struktur layihələndirilməsi işləri daxildir. Bundan başqa, xidmətimizə məkan məlumatları inteqrasiyası, aerokosmik monitorinq sistemi və ekosistemlə bağlı xidmətlər aiddir.

MƏKAN ANALİZİ VƏ MODELLƏŞDİRMƏ

Məkan analizləri və modelləşdirmə xidmətlərimizə obyekt və hadisələr üzərində məkan analizlərinin aparılması və onların modelləşdirilməsi məsələləri daxildir. Təcrübəmiz sayəsində hidrologiya və hidrogeologiya, daşınmaz əmlak, kadastr, şəhər planlaşdırılması, ətraf mühit, kənd təsərrüfatı, su təchizatı, təbii mənşəli fövqəladə hallar, batimetriya və digər sahələrdə məkan analizlərinin aparılması və modelləşdirilməsi üzrə çoxsaylı layihələr icra etmişik.

Geodeziya batimetriya fotoqrammetriya

GEODEZİYA XİDMƏTLƏRİ

Geodeziya xidmətlərimizə müxtəlif istiqamətlər daxildir. Geodeziya sahəsində olan nəzəri və təcrübi biliklərimizə əsasən aşağıdakı xidmətləri təklif edirik:

  • topoqrafik və fotoqrammetrik planalma (dron və ya pilotsuz uçuş aparatları)
  • müşahidə (ölçmələrə nəzarət) və həcm hesablamaları
  • dəniz geodeziyası (batimetriya), dron ölçmələri
  • hidrotexniki qurğuların texniki inventerizasiyası və topoqrafik ölçmə işləri (kanallar, kollektorlar, su anbarları və s.)
  • layihənin yerə köçürülməsi (naturaya köçürmə)
  • geodezik monitorinq sisteminin və geodeziya şəbəkəsinin qurulması, təhlili
  • topoqrafiya xəritələrinin tərtibi və yenilənməsi, ortofotoplanlar
  • nivelirləmə və məsləhət, taxeometrik və GPS planalma işləri
  • lazer skan planalma işləri, lidar texnologiyaları, fotoqrammetriya emalı
  • dəmir yollarının topoqrafiyası
  • kənd təsərrüfatı sahəsi üzrə topoqrafiya ölçmələri
  • icra planalması (исполнительная съемка)
  • qurğu və konstruksiyaların deformasiyalarının tədqiqi
  • tikinti və digər sahələrdə geodeziya təminatı

KARTOQRAFİYA XİDMƏTLƏRİ

Kartoqrafiya (xəritəçəkmə)

Kartoqrafiya (Xəritəçəkmə) xidmətimizə müxtəlif verilənlər əsasında tematik xəritələrin tərtibi, topoqrafik xəritə və planların hazırlanması, xəritələrin yenilənməsi, onların coğrafi informasiya sistemləri və avtomatlaşdırılmış layihələndirmə sistemləri platformalarında rəqəmsallaşdırılması və nəticədə elektron xəritələrin qurulması, o cümlədən atlasların tərtibi və dizaynı, veb xəritə tərtibatı və sistemə inteqrasiya xidmətləri daxildir.

CASPIAN GEOMATICS xəritəçilik elmi ilə dərindən məşğul olur, xəritə və atlasların tərtibi üzrə zəngin təcrübəyə malikdir. Tərəfimizdən müxtəlif mövzuda və istənilən miqyasda çoxsaylı topoqrafik xəritələr tərtib edilmiş, o cümlədən tematik xəritələrin və xüsusi ilə ətraf mühitin xəritələşdirilməsi sahəsində bir çox layihələr icra olunmuşdur. Ətraf mühit xəritələrinin tərtibi sahəsində təcrübəmizə – dinamik dəyişmə, PAH və TPH, ağır və təhlükəli metallar, lil qatı, sedimentlər (dib çöküntüləri), təsnifat xəritələri, ekoloji, mühafizə, daşqın riskləri, bərpa-reabilitasiya, qiymətləndirmə və həssas ərazilər, fəlakət və təhlükələr, heyvanat aləmi, meşə örtüyü, atmosfer çirklənməsi, sanitar analiz, hidro-bioloji və ixtiyoloji tədqiqat xəritələri, torpaqdan istifadə və infrastruktur xəritələri, iqlim və digər xəritələr daxildir. Bundan başqa, fiziki və iqtisadi, geoloji və hidrogeoloji, batimetrik, əhali, avtomobil və dəmir yolları mövzularında xəritələr də şirkətimizin analoji işlər siyahısında geniş yer tutur.

Xüsusi qeyd etməliyik ki, xəritələrin tərtibi zamanı tərəfimizdən kartoqrafik qaydalara ciddi əməl olunur və dizayn meyarına həssas yanaşılır. Xəritə dizaynı zamanı rəngələrlə işləmə bacarığı və rəngləri hiss etmək lazım gəlir ki, bu halda rənglərin təbiəti və onların harmoniyası önəmli olur. Bundan irəli gələrək, tərəfimizdən hər bir xəritəyə xüsusi yanaşılır və bu yanaşmalarımız xəritələrə rəng qatır. Peşəkar xəritəşünaslara işlərinizi həvalə etməklə kartoqrafik məhsulların tərtibində kompozisiya uyğunluğunun şahidi olacaqsınız.

MƏSAFƏDƏN ZONDLAMA 

Məsafədən zondlama xidmətlərimizə aşağıdakı xidmətlər daxildir:

  • peyk şəkillərin emalı və təsnifat üzrə xəritəçəkmə
  • spektral analiz və tematik emal
  • obyekt və hadisə üzrə dəyişikliyin təyini
  • ətraf mühitin və ekosistemin aerokosmik monitorinqi
  • kosmik şəkillər üzrə xəritəçəkmə
  • su ehtiyatlarının öyrənilməsi
  • hidroloji tədqiqatlar və məsafədən zondlama
  • sel və daşqınlar, mühəndis mühafizə qurğuları
  • hidrogeologiyada məsafədən zondlama
  • mədən və geoloji xəritəçəkmə
  • çay hövzələrinin hidroekoloji tədqiqi
  • su təsərrüfatı obyektləri
  • kənd təsərrüfatı
  • təbii-dağıdıcı hidrometeoroloji hadisələr
  • geolandşaft strukturunun öyrənilməsi
  • ekocoğrafi və ekogeomorfoloji tədqiqatlar
  • torpaqdan istifadə və şəhər infrastrukturu
  • neftlə çirklənmiş sahələrin təyini

FOTOQRAMMETRİYA XİDMƏTLƏRİ

Fotoqrammetriya xidmətlərimizə aşağıdakılar daxildir:

  • yüksək ayırdetməli ortofotoplanların tərtibi
  • rəng balansı və LIDAR emal
  • orto-rektifikasiya (nəzarət, raster/vector ), orto-mozaika, GPS nəzarət
  • dron əsaslı aerofotoçəkiliş və fotoqrammetriya emalı, xəritəçəkmə
  • proyeksiyalara xəritələrin generasiyası  
  • kontur, obyekt və hadisələrin xəritələşdirilməsi
  • DEM/DTM generasiyası, stereo toplama
  • fotoqrammetriya əsaslı topoqrafik və planimetrik xüsusiyyətlərin çıxarılması
  • 3D vizuallaşdırma və 3D teksturasiya
  • dron ölçmələri, nöqtələr buludu (yer, örtük və intensivlik)
  • rəqəmsal ortofoto və hiperspektral təsvir
  • modelləşdirmə və fotoqrammetriya əsaslı həcmi hesablama
  • təsnifat xəritələrinin tərtibi

Hidroqrafiya (batimetriya_sonar) dron

HİDROQRAFİK ÖLÇMƏ XİDMƏTLƏRİ

Hidroqrafik ölçmə (hidrometriya) xidmətlərimizə batimetrik (təkşüalı və çoxşüalı) və SONAR (side-scan sonar) ölçmələri, batimetrik və hidroqrafik xəritə tərtibi, batimetrik modelləşdirmə, hidroqrafik obyektdə (dəniz, çay, göl, su anbarları) dib relyefinin örənilməsi, batimetrik model üzrə həcmi hesablama, məsləhət xidməti daxildir. CASPIAN GEOMATICS müasir texniki baza əsasında aşağıdakı xidmətləri təklif edir:

  • batimetriya tədqiqatları, hidroqrafik xəritə tərtibi (təkşüalı/çoxşüalı, single-beam/multibeam),
  • limnoloji tədqiqatlar (limnologiya)
  • batimetrik və side-scan sonar ölçmələri
  • dib relyefinin öyrənilməsi və modelləşdirmə
  • nəticələrin yüksəklik sistemə gətirilməsi
  • kompleks dəniz geodeziya xidmətləri, dron ölçmələri
  • yüksək ayırdetməli akustik təsvirlərin qurulması
  • gəmilərin təhlükəsiz hərəkətləri üçün təhlükəli zonaların və sualtı obyektlərin aşkarlanması
  • batmış sualtı obyektlərin axtarışı
  • sualtı təhlükəli obyektin identifikasiyası
  • sualtı obyektlərin təsnifatı, inventarizasiya, xəritə tərtibi
  • müqayisəli analiz
  • sahil xətti üzrə tədqiqatlar (dinamik dəyişmə, sahillərin idarə olunması, eroziya, subasma)
  • sedimentlərin təsnifatı (dib çöküntüləri)
  • su obyektləri üzrə (su anbarı, göl, çay, dəniz) dib araşdırma işləri (təmizliyin yoxlanılması və s.)
  • su sərfi, səviyyə və digər ölçmələrin aparılması

Dərin sahənin batimetriya tədqiqatlarında “SƏTƏM” siyasətimiz mövcuddur. Heyətimiz beynəlxalq SƏTƏM sertifikatlarına malik olmaqla yanaşı, həm də “Beynəlxalq Dəniz Təşkilatının” (International Maritime Organization) model kursları əsasında təlim keçmiş mütəxəssislərdən ibarətdir.

bir sıra görülmüş işləri nəzərdən keçirin

bukleti yükləyin

OXŞAR GÖRÜLMÜŞ LAYİHƏLƏR

  1. “Naxçıvan Muxtar Respublikasında İrriqasiya və Drenaj Sistemlərinin İnkişafı Layihəsi” çərçivəsində mühəndis axtarışları (geoloji – hidrogeoloji və qrunt laboratoriya tədqiqatları, topoqrafik ölçmələr, kanalların texniki inventarlaşdırılması). Asiya İnkişaf Bankı, Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC, SOFRECO (Yanvar 2022/İyun 2022)
  2. Kür çayı üzrə batimetriya tədqiqatlarının aparılması (İyun 2022 / İyul 2022)
  3. Bakı şəhərində kontrakt sahələr üzrə neftlə çirklənmiş ərazilərin məsafədən aerokosmik tədqiqat metodları ilə təyini (2022 may – iyun)
  4. Dəmir yollarının topoqrafik ölçmələri (Bakı şəhəri) (2021 İyun / 2021 Avqust)
  5. Şuşa şəhərinin rəqəmsal xəritəsinin tərtibi. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi (2020 noyabr / 2021 yanvar)
  6. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının coğrafi informasiya sisteminin qurulması. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi (2020 noyabr / 2021 yanvar)
  7.  Şəki şəhərinin tarixi mərkəzi olan və YUNESKO-nun  Ümumdünya İrs Siyahısına daxil edilmiş “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisinin coğrafi informasiya sisteminin  qurulması və rəqəmsal xəritələrin tərtibi. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi (2020/ noyabr-dekabr)
  8.  Dəniz dibi araşdırmaları (Lənkəran) və sahilyanı zonalarda aktiv eroziya proseslərinin tədqiqi (2020/avqust-sentyabr)
  9.   Deltada və Xəzər dənizi hövzəsində Batimetriya tədqiqatlarının aparılması (2020/may-iyun)
  10.   Xəzər dənizi hövzəsində SONAR və Batimetrik tədqiqatların aparılması (2020/aprel)
  11.   Kontrakt sahələri üzrə Azərbaycanın bir sıra rayonlarının CİS əsasında rəqəmsal xəritələrinin tərtibi (2019/avqust)
  12.   Ceyrançöl massivində 8000 ha sahədə aparılmış mühəndisi-topoqrafiya ölçmələri (2018-2019)
  13.   Xəzərin cənub sahillərində (Lənkəran ərazisi) aparılmış Batimetrik tədqiqatlar (2018/avqust)
  14.   Xəzər dənizinin lokal sahələrində dib relyefinin öyrənilməsi (2018/fevral-mart)
  15.   Çimərlik sahələrdə Batimetrik ölçmələrin aparılması (2018/fevral-mart)
  16.   Layihələndirmə məqsədli mühəndisi-geodeziya ölçmələri (2018/iyun)
  17.   Yevlax və Goranboy rayonlarının 3200 ha kənd təsərrüfatı sahələrində topoqrafik ölçmələrin aparılması (2018/avqust)
  18.   Saatlı rayonunun 7000 ha ərazisinin topoqrafik ölçmələri və ortofotoplanların tərtibi (2018/yanvar-fevral)
  19.   Böyükşor gölünün bərpası layihəsi, Mərhələ II, Mühəndislik və Nəzarət (İQLİM LTD) (2018)

Həmçinin baxın:

Ətraf mühit xidmətləri
Geologiya və Geofizika xidmətləri
Hidroqrafiya xidmətləri
Konsultasiya xidmətləri
İT və sistem inteqrasiyası

Khojali Avenue 55, AGA Business Center 4th floor, Baku, Azerbaijan, AZ1025 [email protected] (+994) 55 206 09 95 (WhatsApp)
× WhatsApp Chat