Batimetriya, Topography, GIS

KÜR SUTƏMİZLƏYİCİ QURĞULAR KOMPLEKSİ ÜZRƏ HİDROTEXNİKİ QURĞULARIN LAYİHƏLƏNDİRİLMƏSİ

Batimetriya və topoqrafiya ölçmələrinin Kür çayı üzrə aparılması (Sabirabad rayonu Həşimxanlı və Axtaçı Muğan arası) üçün müqavilə bağlanmışdır. Kür sutəmizləyici qurğular kompleksinin üzən nasos stansiyaları ətrafında çayın axımının səviyyə rejiminin tənzimlənməsi məqsədi ilə hidrotexniki qurğuların layihələndirilməsi üzrə batimetriya işləri çərçivəsində aşağıdakı məsələlər həll edilmişdir:

  1. Layihə ərazisində ilkin olaraq (firstly), SƏTƏM tədbirlər planı üzrə sahədə risklərin qiymətləndirilməsinin aparılması.
  2. Batimetriya ölçmələrinin nəticələrini yüksək dəqiqliklə alınması üçün ərazidə 3 geodeziya istinad məntəqəsinin qurulması, koordinat və yüksəkliklərin təyin olunması.
  3. Qayığa bərkidilmiş hidroqrafik exolot vasitəsilə 7 ədəd eninə, həmçinin 3 ədəd uzuna profillər üzrə batimetrik ölçmələrin aparılması.
  4. Çayın ətraf ərazilərində topoqrafiya ölçmələrinin yerinə yetirilməsi.
  5. Eninə profil xətlərinin təpə nöqtələri üzrə müvəqqəti istinad məntəqələrinin qurulması, geodezik parametrlərin təyini.
  6. GIS/CAD proqramları əsasında dib relyefi nöqtələrinin emalı, batimetrik modellərin qurulması.
  7. GIS əsasında batimetriya xəritələrinin tərtibi.
  8. Batimetrik modellər əsasında profillərin qrafiki tərtibatlarının yerinə yetirilməsi.
  9. Layihə ərazisinin coğrafi informasiya sisteminin qurulması.

Metodoloji yanaşma olaraq ilkin vəziyyətdə (firstly), layihə ərazisi üzrə obyektimizin yerləşmə planı tərtib olunur. Sonra (secondly), gəmi və ya qayıq üçün gediləcək qalsların istiqamətləri təyin edilir. Batimetrik ölçmələrdən əvvəl avadanlığın təhlükəsizliyi baxımdan hərəkət məhdudu sahələrə baxılır (thirdly). Sonra (fourthly), örtmə zonalar nəzərdən keçirilir. Kür sutəmizləyici qurğular kompleksinin üzən nasos stansiyaları ətrafında çayın axımının səviyyə rejiminin tənzimlənməsi üçün hidrotexniki qurğuların layihələndirilməsi üzrə dərinlik ölçmələri çərçivəsində məsələlərə baxılmış, qarşıya qoyulan bütün məsələlər öz müsbət həllini tapmışdır.

Yekunda (as a result), görülmüş işlərlə bağlı 59 səhifədən ibarət hesabat tərtib edilmişdir.

Batimetrik tədqiqatlar zamanı aşağıdakı nəticələri alırıq:

  • su obyektlərinin dib relyefinin sıx nöqtələr əsasında müfəssəl modelinin qurulması;
  • dib relyefi modelləri əsasında (batimetrik modellər) profillərin qurulması və həcmi hesablamaların aparılması;
  • sualtı (dəniz, çay, göl, su anbarları və s.) mövcud obyektlərin təsnifatı, inventarizasiyasının aparılması, xəritə tərtibi;
  • sonar planalma nəticəsində alınan akustik təsvirlərin mozayka edilməsi;
  • batimetrik tədqiqatlar üçün həm təkşüalı (singlebeam), həm də çoxşüalı (multibeam) ölçmələrin yerinə yetirilməsi;
  • batimetrik tədqiqatlar zamanı alınmış nəticələrin yüksəklik sisteminə gətirilməsi;
  • batimetrik xəritələrin tərtibi və layihə obyektinin coğrafi informasiya sisteminin qurulması.

https://caspiangeomatics.com/

post your comment

Khojali Avenue 55, AGA Business Center 4th floor, Baku, Azerbaijan, AZ1025 [email protected] (+994) 55 206 09 95 (WhatsApp)
× WhatsApp Chat