• CİS HƏLLƏRİ

CİS HƏLLƏRİ

Biz coğrafi informasiya sistemləri istiqamətində həm beynəlxalq, həm də yerli dövlət və özəl sektorlarla çoxsaylı müqavilələr bağlamaqla bu sahədə geniş xidmətlər göstəririk. Coğrafi informasiya sistemlərini neft-qaz sənayesi və ətraf mühit sahələrinə geniş tətbiq etməklə ekosistemlərin öyrənilməsi, bərpaetmə, ƏMTQ sənədlərinin hazırlanması üçün qarşıya çıxan zəruri xəritələşdirmə və modelləşdirmə prosesləri, həssas ərazilərin və risklərin qiymətləndirilməsi, müxtəlif növ ətraf mühit xəritələrinin tərtib olunması kimi məsələləri dəfələrlə icra edib zəngin təcrübə əldə etmişik. Tərtib etdiyimiz ətraf mühit xəritələrinə Dinamik Dəyişmə xəritələri, PAH və TPH xəritələri (ümumi karbohidrogenlərin paylanması xəritəsi, polisiklik aromatik karbohidrogenlərin paylanması xəritəsi, neftlə çirklənmiş torpaq qatlarının paylanması xəritəsi, ağır və təhlükəli metallar, lil qatı, sedimentlər (dib çöküntüləri), təsnifat xəritələri, ekoloji xəritələr, mühafizə, daşqın riskləri, bərpa-reabilitasiya, həssas ərazilər və qiymətləndirmə xəritələri, fəlakətlər və təhlükələr, heyvanat aləmi, meşə örtüyü, atmosfer çirklənməsi, sanitar analiz, hidro-bioloji və ixtiyoloji tədqiqat xəritələri, torpaqdan istifadə xəritələri, infrastruktur xəritələri, iqlim və digər xəritələr daxil olmuşdur (https://caspiangeomatics.com/az/boyuksor-golunde-geomatika-xidmetleri/). Bundan başqa, müştərilərin müraciətinə əsasən fiziki və iqtisadi, geoloji, batimetrik, əhali, avtomobil yolları, dəmir yolları, su keyfiyyəti, torpaq xəritələri, yeraltı sular, geomorfoloji, daşqın riskləri xəritəsi, təhlükəli sahələr, həssas ərazilər, turizm istiqamətli xəritələr tərtib olunmuşdur. Eyni zamanda, ağır metalların geoinformasiya modelləşdirilməsi və xəritələşdirilməsi (Cr – Chromium, Cd – Cadmium, Cu – Copper, Co – Cobalt, Pb – total lead, Ni – Nickel, Zn – Zink), göldə neftlə çirklənmiş dib çöküntülərinin qalınlığının və gölün dib çöküntülərində poliaromatik və ümumi karbohidrogenlərin paylanması, həmçinin ətraf mühitin digər istiqamətləri üzrə xəritə tərtibi məsələləri coğrafi informasiya sistemləri bazasında həll olunur. Qeyd etməliyik ki, apardığımız işlərin son nəticəsi olaraq obyekt və hadisələrin geoinformasiya modeli qurulur. Şirkətimiz eyni zamanda, coğrafi informasiya sistemlərinin kənd təsərrüfatı sahəsində geniş tətbiqi ilə məşğul olmaqdadır. Belə ki, şirkətimiz tərəfindən onminlərlə hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrində mühəndisi-topoqrafiya işləri aparılmış və kənd təsərrüfatı təyinatlı geoinformasiya sistemləri qurulmuşdur. Bu sistemlə şirkətimiz suvarma sistemlərinin təşkili və ərazilərin planlaşdırılması, əkin sahələrinin salınması və əkinə yararlı ərazilərin müəyyənləşdirilməsi kimi məsələləri realizə etmişdir ( http://caspiangeomatics.com/az/layiheler/ ).

Kənd təssərrüfatı ilə məşğul olan alimlər hər zaman torpağa ziyan vermədən yüksək səviyyədə məhsul alınmasının və əkinçiliyə zərərli olan maddələrdən qorunmasının yollarını axtarırlar. Coğrafi informasiya sistemləri bu probləmlərə həll yolu tapmaqla mühüm rol oynayır. Coğrafi informasiya sistemləri bir sıra kənd təsərrüfatı problemlərinə geniş həll yolları təklif edir. Belə ki, torpaqlar rəqəmsal formada tərtib edilir və torpağın daha asan təhlili üçün topoqrafiya- geodeziya məlumatları ilə statistik verilənlər birləşdirilir. Coğrafi informasiya sistemləri özündə statistik verilənləri və nümunələri toplayıb emal etməklə, “nə əkməli?” və “hansı torpaqda əkməli?” kimi qərarların verilməsinə imkan verir. Bu baxımdan, coğrafi informasiya sistemlərinin kənd təsərrüfatında tətbiqi daim aktualdır.

Qeyd etməliyik ki, geoinformasiya sistemləri bazasında və digər sistemlər vasitəsi ilə plan və xəritələrin tərtibində xüsusi və fərqli yanaşmalarımız mövcuddur. Kartoqrafiya mühəndislik və incəsənətin kəsişməsindədir. Lakin, bu o demək deyil ki, Kartoqrafiya rəssamlıqla bir götürülə bilər. Bu ona görədir ki, obyekt və hadisələrin təsvirində rənglərin düzgün seçilməsi, həmin rənglərin hiss edilməsi önəmlidir. Xəritənin dizayn edilməsi onun tərtibi prosedurlarına daxildir. Bu zaman rənglərin təbiəti və onların harmoniyası ön plana çəkilir. Hər bir xəritəyə xüsusi yanaşırıq. Bu həm tematik, həm də topoqrafik xəritələrə şamildir. Tərtibatda kompozisiya uyğunluğu, ahənglik nəzərə çarpmalıdır. Eyni zamanda əsas məsələlərdən vacibi məzmunun dəqiq çatdırılması və vizuallaşdırılmasıdır.

Coğrafi informasiya sistemlərinin tətbiq sahələri olduqca genişdir. Batimetriya ölçmələri, geoloji və geofiziki tədqiqatlar, ətraf mühitin aerokosmik metodlarla öyrənilməsi, fövqəladə hallar, ekosistemlərin tədqiqi, müxtəlif növ kadastr məsələləri (torpaq kadastrı, daşınmaz əmlak kadastrı və s.), şəhər və regionların planlaşdırılması, ekoloji məsələlər, nəqliyyatın idarə olunması və bir çox sahələrdə coğrafi informasiya sistemləri olmadan məkan əlaqələrinin yaradılmasını və onların idarəçiliyi məqsədi ilə vahid platformanın qurulmasını təsəvvür etmək mümkün deyil.

CASPIAN GEOMATICS şirkəti geoməkan verilənlər bazası xidmətləri, geoməkan analizləri və modelləşdirmə kimi xidmətlərə malikdir:

GEOMƏKAN VERİLƏNLƏR BAZASI XİDMƏTLƏRİ

  • Məkan Məlumatlarının İdarə Olunması
  • Geoməlumat bazası / Struktur / Layihələndirmə
  • Məkan məlumatlarının inteqrasiyası
  • Ekosistem və Aerokosmik Monitorinq Sistemi

 

GEOMƏKAN ANALİZLƏRİ VƏ MODELLƏŞDİRMƏ

  • Məkan analizləri
  • Daşınmaz Əmlak / Şəhər Planlaşdırılması Analizləri
  • Ətraf Mühitin Məkan Analizləri
  • Ətraf Mühitin Modelləşdirilməsi

 

OXŞAR GÖRÜLMÜŞ LAYİHƏLƏR

1.   Şuşa şəhərinin rəqəmsal xəritəsinin tərtibi. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi (2020 noyabr / 2021 yanvar)

2.  “Yuxarı Qarabağ” və “Kəlbəcər-Laçın” iqtisadi rayonlarının Coğrafi İnformasiya Sisteminin qurulması. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi (2020 noyabr / 2021 yanvar)

3.   Şəki şəhərinin tarixi mərkəzi olan və YUNESKO-nun  Ümumdünya İrs Siyahısına daxil edilmiş “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisinin Coğrafi İnformasiya Sisteminin  qurulması və rəqəmsal xəritələrin tərtibi. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi (2020/ noyabr-dekabr)

4.  Layihə ərazisi üzrə dəniz dibi araşdırmaları (Lənkəran) və sahilyanı zonalarda aktiv eroziya proseslərinin tədqiqi (2020/avqust-sentyabr)

5.  Deltada və Xəzər dənizi hövzəsində Batimetriya tədqiqatlarının aparılması (2020/may-iyun)

6.  Xəzər dənizi hövzəsində SONAR və Batimetrik tədqiqatların aparılması (2020/aprel)

7.  Kontrakt sahələri üzrə Azərbaycanın bir sıra rayonlarının CİS əsasında rəqəmsal xəritələrinin tərtibi (2019/avqust)

8.  Ceyrançöl massivinin 8000 ha sahəsində aparılmış mühəndisi-topoqrafiya ölçmələri (2018-2019)

9.  Xəzərin cənub sahillərində (Lənkəran ərazisi) aparılmış Batimetrik tədqiqatlar (2018/avqust)

10.  Xəzər dənizinin lokal sahələrində dib relyefinin öyrənilməsi (2018/fevral-mart)

11.  Çimərlik sahələrdə Batimetrik ölçmələrin aparılması (2018/fevral-mart)

12.  13000 kvm sahəli qeyri-yaşayış sahəsində kompleks layihələndirmənin aparılması məqsədi ilə mühəndisi-geodeziya ölçmələrinin yerinə yetirilməsi (2018/iyun)

13.  Yevlax və Goranboy rayonlarında 3200 ha kənd təsərrüfatı sahələrində topoqrafik ölçmələrin aparılması (2018/avqust)

14.  Saatlı rayonunun 7000 ha ərazisinin topoqrafik ölçmə işləri və ortofotoplanların tərtibi (2018/yanvar-fevral)

15.  Böyükşor gölünün bərpası layihəsi, Mərhələ II, Mühəndislik və Nəzarət (İQLİM LTD) (2018)

 


Həmçinin baxın:

Məsafədən Zondlama
Geologiya və Geofizika xidmətləri
Geodeziya və Fotoqrammetriya
Hidroqrafiya
Kartoqrafiya

Ahmad Rajabli street 1/47, Tech Plaza, 4th floor, Baku, Azerbaijan [email protected] (+994) 12 480 10 70 / (+994) 55 206 09 95
× WhatsApp Chat