Cəmiyyətimiz 2017-ci ilin fevralında təsis edilmişdir. CASPIAN GEOMATICS olduqca geniş fəaliyyət sahələrinə malikdir. Belə ki, şirkətimiz EL-26/2021 qeydiyyat nömrəli Lisenziya üzrə “Tikintisinə icazə tələb olunan bina və qurğuların kompleks mühəndis-axtarış işlərini" həyata keçirir, Mühəndis-Geodeziya, Mühəndisi – Geoloji Axtarış, Mühəndis – Hidrogeoloji Axtarış, Dağ-Mədən, Geofizika, Qrunt laboratoriya tədqiqatları üzrə xidmətlər göstərir. Şirkət eyni zamanda Kartoqrafiya, Hidrometriya (hidroqrafik ölçmələr / Batimetriya / Sonar) və DRON ölçmələri, Topoqrafiya, Coğrafi İnformasiya Sistemləri, Fotoqrammetriya, Məsafədən Zondlama, Mühəndislik və Məsləhət, Layihələndirmə, İT və Sistem İnteqrasiyası, Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi sahələri üzrə fəaliyyət göstərir.
Şirkət “Fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması və informasiya sistemlərinin yaradılması, onlara xidmətlərin göstərilməsini“ 257 saylı qeydiyyat nömrəli Lisenziya əsasında həyata keçirir.
Heyət beynəlxalq SƏTƏM sertifikalarına və Beynəlxalq Dəniz Təşkilatının model təlimləri üzrə sertifikatlara, həmçinin İlk Tibbi Yardım, Fərdi Xilasolma Texnikaları, Yanğınla Mübarizə və Yanğın Söndürmə, Şəxsi Təhlükəsizlik və Sosial Məsuliyyət, Qazma üzrə sertifikatlara malikdir.
Əməkdaşlarımızın layihələrin idarə olunması üzrə zəngin təcrübələri vardır. Qeyd edək ki, Planlama, Fövqəladə Hallar, Keyfiyyətə Nəzarət, SƏTƏM və digər sahələr üzrə siyasət və yanaşmalarımız mövcuddur.
İş zamanı mütəxəssislərimiz SƏTƏM siyasətimizə uyğun olaraq Sertifikatlı və Kalibrasiya olunmuş avadanlıqlardan istifadə edir.