Metokean tədqiqatlar (metocean) üzrə CASPIAN GEOMATICS şirkəti zəngin təcrübəyə malikdir. Cəmiyyətimiz metokean tədqiqat üzrə rəsmi müşahidə məlumatları əsasında metokean təhlillərin aparılmasını təmin edir. Şirkətimiz dəniz akvatoriyasında batimetrik və sonar ölçmələrinin aparılması ilə yanaşı, həm də metokean tədqiqat üzrə kompleks xidmətlər təklif edir. Bu tədqiqatların aparılmasında ən müasir yanaşmalardan istifadə olunur. Belə tədqiqatların aparılması xüsusi təcrübə tələb edən işlərdəndir. Qeyd edək ki, CASPIAN GEOMATICS şirkəti bu sahədə olduqca çoxsaylı analoji işlərə imza atmışdır. Heyət SƏTƏM üzrə beynəlxalq sertifikat və pasportlara, IMO model təlim sertifikatlarına malikdir.

Metocean sahəsi neft və qaz kəşfiyyatı, dəniz hidrotexniki qurğuların tikintisi və gəmiçilik istiqamətində əhəmiyyətlidir. Metocean şəraitinin başa düşülməsi qeyd olunan sahələrdə təhlükəsizliyin və səmərəliliyin təmin edilməsi üçün vacibdir. Metokean şəraitinə dalğanın hündürlüyü və istiqaməti, küləyin sürəti, axınları, suyun temperaturu və digər təbii hadisələr daxil olmaqla onların tendensiyaları öyrənilir. Metokean şəraiti haqqında dəqiq və müasir məlumatın əldə edilməsi dəniz əməliyyatları üçün xüsusi əhəmiyyətə malikdir.

Metocean və digər xidmətlər

  • külək rejimi, havanın nisbi rütubəti və temperatur rejiminin öyrənilməsi
  • yağıntı və buxarlanma rejimi, axınların öyrənilməsi (axınların təsnifatı və təkrarlanma tendensiyalarının tədqiqi)
  • səviyyə tərəddüdləri və dalğalanma üzrə tədqiqatların aparılması (dalğa parametrlərinin təyini və çoxillik təhlili)
  • müşahidə məlumatları üzrə təhlillərin aparılması
  • metocean tədqiqatlara dair geoinformasiya sisteminin qurulması
  • rəqəmsal xəritələrin tərtibatı
  • metokean tədqiqatlar üzrə modelləşdirmə (axın, dalğa, sedimentasiya)
  • sedimentasiya tədqiqatı, dib çöküntülərinin öyrənilməsi
  • batimetrik və sonar ölçmələri
  • sahil yamaclarının dayanıqlığının tədqiqi
  • su obyektlərinin məsafədən aerokosmik tədqiqat metodları əsasında öyrənilməsi
  • abrazion proseslərin tədqiqi (abraziya)
  • avtomat meteoroloji stansiyaların quraşdırılması və stansiya üçün müvafiq yerlərin seçilməsi
  • avtomat hidroloji stansiyaların quraşdırılması
  • suölçmə məntəqələrinin yaradılması üçün müvafiq yerlərin seçilməsi
  • avtomat dəniz hidrometeoroloji stansiyasının quraşdırılması
  • okeanoloji və meteoroloji müşahidələrin aparılması üçün müvafiq yerlərin seçilməsi

Hidroqrafiya (batimetriya_sonar)_ metokean tədqiqatlar metocean metokean tədqiqat

Dəniz və ya sahil üzrə layihələrin müxtəlif mərhələlərində metokean tədqiqat işlərinin aparılması olduqca vacibdir. Bu zaman ətraf mühit şəraitinin qiymətləndirilməsi, dəniz akvatoriyasının kompleks öyrənilməsi layihənin məntiqi sonluqla icra edilməsinə xidmət edir. Bu kimi layihələrdə, məsafədən aerokosmik tədqiqat metodlarının tətbiqi, qlobal modellərdən istifadə, həmçinin mövcud stansiya məlumatlarının istifadəsi və s. nəzərdə tutulur. Cəmiyyətimiz metokean tədqiqat işlərinin aparılması üzrə bütün imkanlara malikdir.

bir sıra görülmüş işləri nəzərdən keçirin

bukleti yükləyin

Khojali Avenue 55, AGA Business Center 4th floor, Baku, Azerbaijan, AZ1025 [email protected] (+994) 55 206 09 95 (WhatsApp)
× WhatsApp Chat