• HİDROQRAFİK ÖLÇMƏLƏR
Bathymetry survey

HİDROQRAFİK ÖLÇMƏLƏR

 

CASPIAN GEOMATICS şirkətinin ixtisaslaşmış sahələrindən biri Hidroqrafiya ölçmələridir. Su obyektləri üzrə (dəniz, çay, göl, su anbarları) Batimetrik tədqiqatlar və SONAR (Side Scan Sonar) planaalma işləri yerinə yetiririk. Xəzər dənizinin müxtəlif dərinliklərində və o cümlədən, dayaz sahələrində də tərəfimizdən dərinlik ölçmə işləri aparılmış və Geofiziki tədqiqatlar yerinə yetirilmişdir. Eyni zamanda çay və göllərdə batimetrik tədqiqatlar yerinə yetirmişik. Çoxsaylı görülən işlərimiz çərçivəsində tərəfimizdən Batimetrik xəritə və modellər işlənilmiş, dib relyefinin 3D modelləri qurulmuş, dəniz hövzəsində SONAR (Side Scan Sonar) çəkilişləri aparılmış və yüksək ayırdetməli təsvirlər alınmış, profillər qurulmuşdur. Bundan başqa, Side Scan Sonar əsasında sualtı obyektlərin inventarizasiyası aparılmış və xəritələşdirilmiş, sualtı obyektlər təsnif edilmiş və ölçüləri müəyyənləşdirilmişdir. Eyni zamanda həm təkşüalı, həm də çoxşüalı çəkiliş metodlarımız da mövcuddur ki, bir sıra obyektlər üzrə bu planaalma üsullarından geniş istifadə edilmişdir. Bundan başqa Məsafədən Zondlama üsullarından da geniş istifadə olunur. Əsasən dəniz səviyyəsinin monitorinqində, müqayisəli analiz məsələlərində, subasmaların təyinində, dəyişikliyin detekt olunmasında, obyekt və hadisələrin dinamikasının öyrənilməsində və s. sahələrdə geniş istifadə edirik. Batimetriya tədqiqatlarımızı müxtəlif metodlarla aparırıq. Bu metodlara taxeometrik və GPS planaalma üsulları, qayıq və ya kiçik tipli gəmilərlə təkşüalı və ya çoxşüalı çəkiliş metodları, havadan lazer skan çəkilişləri, SONAR çəkiliş üsulları daxildir.

Metodiki olaraq SONAR verilənlərinin emalının ilkin mərhələsində dərinliklərə görə sağ və sol bortlardan qoyulan məsafəyə əsasən vizual baxış keçirilir, korrelyasiya və interpretasiya olunur. Akustik təsvirlərdə naməlum sualtı obyektlər aşkar edilir və analiz olunur. Bu obyektlərə relyef daxil olmaqla, bərk süxur çıxıntıları və kommunikasiyalar, daşlıqlar, müxtəlif dəmir-beton yığınları, müxtəlif diametrli borular və s. aiddir. Bu aşkarlanmış obyektlər tərəfimizdən hərtərəfli təhlil edilir. Təsvirdəki obyektlərin həcmi, ölçüləri, konturları və koordinatları seçilir, xüsusi proqram vasitəsi ilə xəritəyə köçürülür. Aparılan batimetriya və SONAR çəkilişləri zamanı geodeziya təminatına baxılır və işlər dəqiqlikdə yerinə yetirilir. Qeyd edək ki, heyətimiz həm beynəlxalq SƏTƏM sertifikatlarına malikdir, həm də Beynəlxalq Dəniz Təşkilatının (International Maritime Organization / (https://www.imo.org/) model kursları əsasında təlim almışlar. Heyətimiz İlk Tibbi Yardım (Elementary First Aid), Fərdi Xilasolma Texnikaları (Personal Survival Techniques), Yanğına qarşı mübarizə və yanğın söndürmə (Fire Prevention and Fire Fighting), Şəxsi Təhlükəsizlik və Sosial Məsuliyyət (Personal Safety and Social Responsibility) istiqamətlərində sertifikatlaşan mütəxəssis qrupundan ibarətdir. Tərəfimizdən müxtəlif məqsədlərlə Batimetriya tədqiqatları və SONAR (Side Scan Sonar) çəkilişləri aparılmışdır. Ümumiyyətlə SONAR planaalma işləri əsasən neft, qaz, su, elektrik xəttlərinin çəkiləcəyi zonalarda relyefin quruluşunu, onların çəkilişinə mane olacaq sualtı obyektləri, mövcud olan boru kəmərlərinin texniki vəziyyətini və onların kəsişmə yerlərini, hidrotexniki qurğuların yerləşdirilməsində relyefin quruluşunu, bərk süxur çıxıntılarını müəyyən etməyə, həmçinin dəniz dibi relyefinin akustik təsvirini almaq məqsədi ilə istifadə olunur. Eyni zamanda çimərlik zonalarının sualtı təhlil olunmasında da SONAR planaalma işləri geniş tətbiq edilir. Bundan başqa, Batimetrik ölçmələr və SONAR çəkilişləri dib dərinləşdirmə işlərindən əvvəl vəziyyətin öyrənilməsində də istifadə edilməkdədir. SONAR çəkilişlər zamanı hər hansı sualtı obyekt müşahidə edildikdə onun ölçüsü xüsusi proqram vasitələri əsasında hesablanır və interpretasiya olunur. Təyin olunmuş sualtı obyektlərin ölçüləri yazılır və həmin obyektlər xəritə üzərində nöqtəvi şəkildə koordinatla qeyd olunur. Bu ölçülərə uzunluq, en və hündürlük parametrləri daxildir. Sualtı kommunikasiyalar eyni ilə akustik təsvirdə alındığı kimi xətt üzrə qeyd olunur. Kəmərlərin alt hissələrində boşluqlar olduğu halda, onların uzunluq və yerdən kəmərə qədər olan hündürlüklərin göstəriciləri xəritədə təqdim olunur. Bərk süxur çıxıntıları isə proqramda nöqtələr şəklində qeydə alınır, interpretasiyadan sonra koordinatlarla xəritə üzərinə konturları çəkilir. Özüllərin su altında batmış və ya sınmış hissələri xəritə üzərində müəyyən işarələmələr ilə xəbərdarlıq edilir. Nəticədə dib relyefi üzrə müvafiq tullantılar olduğu halda obyektlərin inventarizasiya xəritəsi tərtib olunur. Sonda tərəfimizdən Sifarişçiyə  Hesabat təqdim olunur. Hesabatda həm Batimetriya tədqiqatları ilə bağlı, həm də SONAR planaalma işlərinin nəticələri ilə əlaqədar tətbiq olunmuş metodologiyanın geniş şərhi, istifadə olunan avadanlıqlar, tərtib olunmuş xəritə və modellər, mozayka olunmuş təsvirlər və s. öz əksini tapır. Sifarişçiyə eyni zamanda əvvəlcədən sahəyə baxış keçirməklə risklərin qiymətləndirilməsi cədvəli, Fövqəladə Hallar planı və SƏTƏM siyasəti təqdim olunur.

Batimetriya tədqiqatları və SONAR çəkilişləri aşağıdakı nəticələri verir:

  1. Müxtəlif təyinatlı gəmilərin və qayıqların təhlükəsiz hərəkətləri üçün təhlükəli zonaların və sualtı obyektlərin aşkarlanması
  2. Batmış sualtı obyektlərin axtarışı
  3. Potensial təhlükəli sualtı obyektlərin identifikasiyası
  4. Sualtı dib relyefinin modelinin qurulması
  5. Modelə əsasən profillərin qurulması və həcmlərin hesablanması
  6. Sualtı obyektlərin təsnifatlaşdırılması və inventarizasiyası, xəritələşdirilməsi
  7. Akustik təsvirlərin mozayka edilməsi
  8. Batimetrik xəritələrin tərtibi, 2D və 3D modellərin qurulması

 

 

 

 

 

 

 

 

 

 

 

İstənilən mürəkkəblik dərəcəsinə görə batimetrik ölçmələri və SONAR çəkilişləri yerinə yetiririk. CASPIAN GEOMATICS şirkəti dəniz şelfində, göllərdə, çaylarda, su anbarlarında kəşfiyyat işlərinin yerinə yetirilməsi üçün bütün imkanlara malikdir.

 

OXŞAR GÖRÜLMÜŞ LAYİHƏLƏR

1.  Layihə ərazisi üzrə dəniz dibi araşdırmaları (Lənkəran) və sahilyanı zonalarda aktiv eroziya proseslərinin tədqiqi (2020/avqust-sentyabr)

2.  Deltada və Xəzər dənizi hövzəsində Batimetriya tədqiqatlarının aparılması (2020/may-iyun)

3.  Xəzər dənizi hövzəsində SONAR və Batimetrik tədqiqatların aparılması (2020/aprel)

4.  Xəzərin cənub sahillərində (Lənkəran ərazisi) aparılmış Batimetrik tədqiqatlar (2018/avqust)

5.  Xəzər dənizinin lokal sahələrində dib relyefinin öyrənilməsi (2018/fevral-mart)

6.  Çimərlik sahələrdə Batimetrik ölçmələrin aparılması (2018/fevral-mart)

7.  Böyükşor gölünün bərpası layihəsi, Mərhələ II, Mühəndislik və Nəzarət (İQLİM LTD) (2018)


Həmçinin baxın:

Məsafədən Zondlama
Geologiya və Geofizika xidmətləri
CİS həlləri
Geodeziya və Fotoqrammetriya
Kartoqrafiya