SCADA (Avtomatika) sahəsində və su təmizləmə qurğuları üzrə CASPIAN GEOMATICS MMC kompleks xidmətlər göstərir. SCADA sisteminin layihələndirilməsi və icra olunması, həmçinin sutəmizləmə qurğuları üzrə xidmətlər təcrübəli mütəxəssislər tərəfindən həyata keçirilir. Sistemin yaradılması ilə yataqların istismarı, hasil olunan neft-qazın emalı, saxlanılması, nəqli və aparılan texnoloji proseslərin vizuallaşdırılması həyata keçirilir. Sistem vasitəsilə baş verə bilən risklərin minimum səviyyəyə endirmək üçün proseslərə real vaxt rejimində mütəmadi nəzarət və məsafədən idarə etmək mümkün olur. Sistemin tətbiqi xərclərin azaldılması və istehsalın artımına da imkan verir.

Su təsərrüfatı istiqamətində subartezian quyularına videomüşahidə ilə nəzarət etmək, quyuları işə salmaq, suvarma başa çatdıqda söndürülməsi mümkün olur. Sistem əsasında əllə nəzarət, avtonəzarət və zamanlı nəzarət rejimləri mövcuddur. Əllə nəzarət rejimində quyunu nəzarətçi işə sala və ya söndürə bilər. Avtonəzarət rejimində quyunun işə salınması və söndürülməsi mərkəzdən həyata keçirilir. Zamanlı nəzarət rejimində isə quyu əvvəlcədən müəyyən olunmuş zaman müddətində işləyir, vaxt tamam olanda avtomatik sönür. Bu sistemlə elektrik enerjisi sərfiyatına, quyudakı suya və dərinlik nasosuna nəzarət etmək olur, həmçinin su itkisinin qarşısı alınır.

SCADA (Avtomatika) sistemi əsasında su ehtiyatlarının idarə olunması sisteminin qurulmasında xüsusi özəllikləri mövcuddur:

  • hidrotexniki qurğularda (kanallarda) irriqasiya qapılarının məsafədən idarə olunması;
  • içməli suyun real vaxt rejimində davamlı olaraq məsafədən ölçülməsi və idarə olunması;
  • yeraltı suların anında fasiləsiz şəkildə məsafədən ölçülməsi (çay, kanal, göl, su anbarları və s.);
  • subartezian quyularının məsafədən müşahidəsi və idarə olunması;
  • rejim müşahidə quyularında məsafədən ölçmələrin izlənilməsi;
  • kanal sularına nəzarət və ölçmə stansiyaların SCADA sisteminin tətbiq edilməsi;
  • CİS (coğrafi informasiya sistemləri) və SCADA sistemlərinin inteqrasiyası və s.

Hərtərəfli və inteqrasiya olunmuş məlumat əsaslı nəzarət və monitorinq sistemi olan SCADA (Avtomatika) əsasında bir obyektin və ya müəssisənin bütün avadanlıqlarının idarə edilməsi, həmçinin istehsal planlaşdırılması mümkündür.

Dispetçer nəzarəti və verilənlərin toplanması sənaye müəssisələrində istehsalat proseslərini məsafədən və real vaxt rejimində müşahidə etməyə imkan verir. Verilənlərin toplanılması və emalı, insan-maşın interfeysi vasitəsilə cihazlar arasında qarşılıqlı əlaqələrin qurulması, hadisələrin qeydə alınması imkanlarına malikdir.

Bu sistemlər sənaye müəssisələri üçün çox vacibdir və sistem səmərəlilik məqsədilə ağıllı qərarlar verir. Enerji səmərəliliyini artıraraq və su quyularının bütün şəbəkələrinin təmir xərclərini azaldaraq, su nasosunu və sulu təbəqənin istismarını idarə etmək və optimallaşdırmaq imkanlarına malikdir.

Su təmizləmə qurğuları obyektində quraşdırılmış axın sayğacları real vaxt rejimində SCADA sistemi vasitəsilə məlumatların toplanılmasını və ötürülməsini təmin edir. Su təmizləmə qurğularında mövcud nasos stansiyaları dəqiq texniki məlumat verməklə şəbəkə üzərindən idarə oluna bilir. Eyni zamanda, sistem vasitəsilə paylanma şəbəkəsinin monitorinqi aparılır və şəbəkə daxil müxtəlif sahələrdən davamlı olaraq həcm və təzyiq göstəriciləri əldə olunur. Bu sistem eyni zamanda hərəkət sensorlarına və müşahidə kameralarına, həmçinin qapı siqnallarına nəzarət etmək üçün istifadə edilə bilər.

Sutəmizləmə qurğuları üzrə texniki xidmətlər:

  • su təmizləmə qurğularına və oradakı mövcud nasos stansiyaları obyektlərində texniki xidmətlərin göstərilməsi;
  • nasosların temperaturunun və titrəməsinin ölçülməsi;
  • mürəkkəb elektron sxemli avtomatika bloklarının yoxlanılması və tənzimlənməs;
  • avtomatika və elektronika sistemi ilә bağlı olan nasazlıqların aradan qaldırılması;
  • avtomatika ilә bağlı baş vermiş xәtaların tәsbit edilməsi, xәta sәbәblәrinin araşdırılması;
  • texniki istismar sisteminə nəzarət edilməsi;
  • nasos stansiyaları sistemlərinin servisi və onlara texniki baxışın keçirilməsi;
  • texniki dəstək və baxım zamanı ehtiyat hissələrinin dəyişdirilməsi;
  • dövri nəzarət xidməti;
  • kompessorlara və mühərriklərə texniki xidmət;
  • diffuzor xətti və kollektor təmiri;
  • avtomatlaşdırma və panellərin quraşdırılması və s.

      CASPIAN GEOMATICS_SCADA (AVTOMATİKA)

 

Khojali Avenue 55, AGA Business Center 4th floor, Baku, Azerbaijan, AZ1025 [email protected] (+994) 55 206 09 95 (WhatsApp)
× WhatsApp Chat