Hidrogeoloji (Hidrogeologiya) xidmətlər üzrə şirkətimiz təcrübəli olmaqla, hidrogeoloji tədqiqat işləri, hidrogeoloji parametrlərin təyini, yeraltı su ehtiyatlarının proqnozlaşdırılması və balans-ehtiyatın hesablanması, hidrogeoloji və ümumi faktiki materiallar üzrə xəritələrin tərtibatı, modelləşdirmə və digər istiqamətlər üzrə üstünlüyə malikdir.

Hidrogeoloji (Hidrogeologiya) xidmətlər:

  • sahənin hidrogeoloji şəratinin öyrənilməsi, kəşfiyyat quyularında təcrübi-sınaq işləri
  • sulu təbəqələr və səth suları arasında qarşılıqlı əlaqənin təhlili, su təchizatı sistemi və onun texniki vəziyyətin tədqiqi
  • su ehtiyatlarının qiymətləndirilməsi və qrunt sularının çirklənməsinin qiymətləndirilməsi, suyun kimyəvi analizi
  • hidrogeoloji xəritələşdirmə və hidrogeoloji modelləşdirmə, hidravlik xüsusiyyətlərin tədqiqi
  • hidrogeoloji CİS, aerokosmik və geofiziki üsullarla potensial ehtimal edilən sahələrdə su mənbələrinin araşdırılması
  • yeraltı su laylarının rastgəlmə dərinliyinin və sulu horizontların təyini, qrunt sularının qiymətləndirilməsi
  • su mənbələri üzrə axtarış-kəşfiyyat işləri, hidrogeoloji  parametrlərin hesablanması
  • geofiziki tədqiqat (şaquli elektrik zondlama (ŞEZ)), hidrogeoloji tədqiqat işləri, su ehtiyatların tədqiqi, kəşfiyyat quyularının Məsafədən Zondlama əsasında optimal yerləşdirilməsi

İstənilən ərazinin hidrogeoloji şəraitinin öyrənilməsi və su ehtiyatlarının tədqiqi üzrə müxtəlif metodoloji yanaşmalar mövcuddur. İlkin olaraq (firstly), ərazinin fiziki-coğrafi şəraitin öyrənilməsi məqsədi ilə kartoqrafik və məsafədən aerokosmik verilənlər təhlil olunur. Növbəti mərhələdə (secondly), hidrogeoloji və geoloji fond materialları və xəritələr təhlil olunur. Daha sonra (thirdly), zəruri halda geofiziki tədqiqatlar aparılır və rejim quyularının optimal yerləri seçilir. Ərazidə mövcud quyulara baxılır və təcrübi-sınaq işləri aparılır. Zərurət yarandığı halda, rejim quyuları üzrə monitorinq aparılır. Sonrakı mərhələdə (fourthly), hidrogeoloji parametrlər hesablanır. Əlavə olaraq (in addition), su nümunələri götürülür və kimyəvi analiz olunur, nəticədə suyun keyfiyyəti öyrənilir və çirklənmənin qiymətləndirilməsi aparılır. Son olaraq (as a result), hidrogeoloji xəritə (faktiki materiallar xəritəsi) tərtib olunur və hidrogeoloji modelləşdirmə aparılır. Nəticədə (in conclusion), hidrogeoloji tədqiqatlara dair hesabat hazırlanır.

Hidrogeoloji (Hidrogeologiya) tədqiqat işləri

 

OXŞAR GÖRÜLMÜŞ LAYİHƏLƏR


Həmçinin baxın:

Geomatika xidmətləri
Ətraf mühit xidmətləri
Hidroqrafiya xidmətləri
Geologiya və Geofizika
İT və sistem inteqrasiyası

Khojali Avenue 55, AGA Business Center 4th floor, Baku, Azerbaijan, AZ1025 [email protected] (+994) 55 206 09 95 (WhatsApp)
× WhatsApp Chat