• İT VƏ SİSTEM İNTEQRASİYASI

İT VƏ SİSTEM İNTEQRASİYASI

Şirkətimiz informasiya texnologiyaları sahəsində bir sıra xidmətlər təklif edir. Bu xidmətlər əsasən aşağıdakılardır:

  • Proqram təminatları
  • Veb xəritələşdirmə
  • İnformasiya sistemləri
  • İT konsaltinq
  • GIS konsaltinq
  • Veb proqramlar
  • Mobil tətbiqlər

Müasir dövrümüzü nəzərə alaraq və texnologiyaların dinamik inkişafı bizi də informasiya texnologiyalarının imkanlarından yararlanmağa zəmin yaratdı. Əvvəllər əgər xəritələr kağız formasında olduğu halda daha sonra bu rəqəmsal şəkilə gətirildi. Hazırda isə bu xəritələr mobil tətbiqlər vasitəsi ilə idarə olunmağa başlanıb. İşlədiyimiz müddətdə layihə obyektlərinin CİS-ni elektron nüsxələrdə verdiyimiz halda, hazırda bu datalar mobil şəkildə sifarişçiyə çatdırılması tələbləri yaranır. Texnologiyaların inkişafı dataların böyük stolüstü kompyuterlərdən kiçik qurğulara gətirilməsini təmin etmişdir. Hazırda müxtəlif məkanda istənilən obyektlərin planaalma işləri də belə kiçik qurğular vasitəsi ilə idarə olunmağa başlanıb. Burada həm onların plana alınmasını, həm də ötürülməsini, saxlanılmasını, digər sistemlərə inteqrasiyasını müşahidə edə bilərik. Bu tələblər Ətraf Mühit sahəsindən də yan keçmir. Ətraf Mühitin informasiya sisteminin qurulmasında bu texnologiyaların tətbiqi mühüm əhəmiyyət kəsb edir. Belə ki, dataların hazırda müxtəlif qurğularla açılıb baxılması və eyni zamanda yerində təhlil olunması, həmçinin ərazi haqqında müfəssəl məlumatların əldə edilməsi mövcud zəruri proseslərin daha da sürətli gedişatına  və inkişafına müsbət təsir göstərir.


Həmçinin baxın:

Geomatika xidmətləri
Ətraf mühit xidmətləri
Geologiya və Geofizika xidmətləri
Hidroqrafiya xidmətləri
Konsultasiya xidmətləri