Ortofoto xəritə (ortofotoxəritə) topoqrafik planalma

LAYİHƏLƏNDİRİLƏN 7000 HA AQROPARK SAHƏSİNİN ORTOFOTO VƏ TOPOQRAFİK XƏRİTƏ TƏRTİBATI

Ortofoto xəritə (ortofotoplan) 7000 ha sahə üzrə peyk təsvirlərlə qurulmuş, topoqrafik planalma aparılmış və 2000 ha ərazi üzrə DRON (pilotsuz uçuş aparatı) əsasında fotoqrammetriya işləri icra edilmiş və yüksək ayırdetməli ortofotoxəritə tərtib edilmişdir.

Saatlı rayonunun 7000 ha sahəsi üzrə ortofotoxəritə tərtibatı üçün ərazidə DRON (pilotsuz uçuş aparatı) vasitəsilə və aerokosmik verilənlər əsasında topoqrafik planalma və fotoqrammetriya işlərinin aparılması məqsədi ilə 29 yanvar 2018-ci il tarixində ikitərəfli müqavilə imzalanmışdır.

Layihə ərazisi.

Tədqiqat ərazisi Saatlı rayonunda, “Moskva” kanalının yaxınlığında düzən ərazidə yerləşməklə sahəsi 7000 ha təşkil etmişdir.

Layihənin məqsədi.

Layihənin əsas məqsədi tədqiqat ərazisi üzrə geoinformasiya xidmətlərinin göstərilməsindən ibarət olmuşdur. Qarşıya qoyulmuş məsələlər aşağıdakıları özündə əks etdirmişdir:

  • ilkin olaraq (firstly), topoqrafik ölçmələrin aparılması və xəritə tərtibi.
  • növbəti mərhələ (secondly), yerin məsafədən zondlanması əsasında peyk verilənlərinin təchiz olunması.
  • üçüncü mərhələ (thirdly), peyk təsvirlər üzrə 0.5 metr ayırdetməli ortofotoplan tərtibi, DRON (aerofoto) əsaslı topoqrafik işlərin icrası və aerofoto şəkillər (pilotsuz uçuş aparatı) üzrə 3.5 sm ayırdetməli ortofoto xəritə tərtibi.
  • sonrakı mərhələ (fourthly), nəticələrin kameral emalı və təhlili.

Tədqiqatın metodologiyası.

İlkin olaraq (firstly), layihə ərazisi aerokosmik təsvirlər üzrə tədqiq olunmuş və növbəti mərhələdə (secondly), sahədə topoqrafik planalma işləri başlanılmış və  sonrakı mərhələdə (thirdly), 7000 ha sahənin peyk verilənləri əldə olunmuşdur. Verilənlər əsasında bütün layihə ərazisi üzrə 0.50 metr ayırdetməli ortofo xəritə tərtib olunmuş və ikinci mərhələdə (secondly), ərazinin DRON vasitəsi ilə plana alınması olmuşdur. Aerofoto çəkilişlər də əsasında 3.5 sm ayırdetməli ortofoto xəritə tərtibi nəzərdə tutulmuş və icra olunmuşdur.

Qeyd olunan məsələlərin həlli üçün əraziyə ilkin vizual baxış keçirilmiş, konkret sahələr müəyyən edilmişdir. Sonra (secondly), fotoqrammetrik işlərin təşkil olunması üçün sahələrdə fotoqrammetrik istinad nöqtələri bərkidilmişdir. Həmin nöqtələrin koordinat və yüksəklikləri GPS qəbuledicisi ilə təyin edilmiş, sonra (thirdly), aerofotoplanalma işləri üçün uçuşun planlaşdırılması və onun dəqiq yerinə yetirilməsi məsələlərinə baxılmışdır. Bundan sonra alınmış aerofotoşəkillər fotoqrammetrik emal olunmuş və nəticələr xəritələşdirilmişdir.

İlkin mərhələ (firstly), fotoqrammetrik istinad nöqtələri.

Fotoqrammetrik emal zamanı əldə olunacaq məhsulların dəqiqliyini təmin etmək üçün və onların idarə olunması məqsədi ilə layihə ərazisində 9 ədəd fotoqrammetrik istinad nöqtələri bərkidilmiş, Onların koordinat və yüksəklik göstəriciləri GPS istifadə etməklə real zaman kinematik rejimdə ölçmə aparmaqla əldə edilmişdir. Ölçmə zamanı əldə olunmuş koordinat və yüksəklik qiymətlərinin dəqiqliyi 2-3 sm təşkil etmişdir.

Bundan başqa, uçuş zamanı PUA-nı yüksək dəqiqlikli koordinatlarla təmin etmək üçün 4 ədəd GPS baza stansiya nöqtələri fotoqrammetrik istinad məntəqələri kimi istifadə edilmişdir. Ölçmələr UTM-39 və WGS-84 koordinat sistemində, EGM-2008 geoid modelinə əsasən ortometrik yüksəklik sistemində aparılmışdır.

Növbəti addım (secondly), aerofotoplanalma.

Uçuş aparatı kinematik rejimdə ölçməyə imkan verən GPS qəbuledicisi və yüksək keyfiyyətli fotokamera ilə təchiz edilmişdir. Ərazi böyük olduğu üçün uçuş əməliyyatı 4 hissədən ibarət olmuşdur. Hər bir uçuş iki saat otuz-qırx dəqiqə davam etmiş və uçuş yüksəkliyi təqribi olaraq 270 m təşkil etmişdir. Uçuş zamanı fotoşəkillərin koordinatlarını yüksək dəqiqlikli koordinatlarla təmin etmək üçün hər bir uçuş zamanı eyni zamanda koordinat və yüksəkliyi bəlli olan nöqtələrdə GPS qəbuledicisi ilə statik rejimdə ölçmə işləri aparılmışdır. Daha sonra, uçuş aparatının həm qəbuledicisi, həm də baza stansiya qəbuledicisində toplanılmış GPS müşahidə bilgiləri fotoşəkillərlə birlikdə emal olunmuşdur. Şəkillərin xarici orientasiya parametrləri (x,y,h, Omeqa, Fi, Kappa) təyin edilərək onlar metabilgi formada şəkil fayllarının üzərinə əlavə olunmuşlar. Hesablanmış koordinat və yüksəkliklərin dəqiliyi 2-3 sm təşkil etmişdir. Sonda aerofotoplanalmanın nəticəsi kimi, bütün ərazi üzrə 14000-dən artıq fotoşəkil əldə edilmiş və fotoşəkillər 3.5 sm ayırdetmə keyfiyyətində çəkilmişdir.

Son mərhələ (fourthly), fotoqrammetrik emal.

Aerofotolar emal edilmiş, aerotrianqulyasiya modelinin qurulması və tarazılaşdırılılması istinad nöqtələri ilə həllini tapmışdır. Tarazılaşdırmadan sonra şəkillərə əsasən 3D səth modeli qurulmuş, model nöqtələr buludu yaradılmışdır. Model 10 sm intervalla qurulmuş, fotolar orto – transformasiya və mozaika olunmuş, 3.5 sm ayırdetməli ortofoto işlənilmiş və “MrSID” formatında saxlanılmışdır.

Aparılmış işlərdən sonra 7000 ha ərazinin peyk verilənləri əldə olunmuş və 0.5 metr ayırdetməli ortofotoplanlar hazırlanmışdır. Ortofoto xəritə tərtibi üçün əraziyə baxış keçirilmiş, GCP (Geodetic Control Points) nöqtələr üzrə təhlillər aparılmışdır. Təhlillərin nəticəsi olaraq layihə ərazisi üzrə (7000 ha üçün) 10 GCP nöqtə müəyyən olunmuş və ərazidə həmin nöqtələrin koordinat və yüksəklik qiymətlərini təyin etmək üçün yüksək dəqiqlikli GPS avadanlığından istifadə edilmişdir. Ortometrik yüksəkliklər təyin edilmiş və 7000 ha üçün ortofotoplan qurulmuş, GCP nöqtələrin ellipsoidal və ortometrik göstəriciləri dəqiqləşmişdir.

Nəticə.

Beləliklə (as a result), “Saatlı Rayonunun 7000 ha sahəsinin ortofotoxəritəsinin tərtibi və topoqrafik planalmanın aparılması” üzrə qoyulan məsələlər həll edilmişdir. Geoinformasiya sistemlərindən istifadə etməklə aşağıdakı məsələlər öz həllini tapmışdır:

  1. Layihə ərazisi üzrə topoqrafik planalma işləri aparılmışdır.
  2. Yerin məsafədən zondlanması əsasında 7000 ha sahənin peyk təsvirləri alınmış və ərazini əhatə edən 0,5 metr ayırdetməli ortofotoplanlar işlənilmişdir.
  3. 0,5 metr ayırdetməli ortofoto xəritlərin tərtibi üçün GCP nöqtələr müəyyən edilmiş və nəzarət nöqtələrin koordinatları və yüksəklikləri ölçülmüşdür.
  4. Geodeziya işləri nəticəsində alınmış qiymətlərin ellipsoidal və ortometrik yüksəklik qiymətləri hesablanmışdır.
  5. Ərazinin 2000 ha sahəsinin DRON əsasında aerofotoçəkilişləri yerinə yetirilmiş və 3,5 sm ayırdetməli ortofotoplan qurulmuşdur.
  6. 2000 ha sahə üzrə fotoqrammetriya işlərinin yüksək səviyyədə təşkili üçün fotoqrammetrik istinad nöqtələri bərkidilmişdir.
  7. Aerofotoçəkilişlər üzrə səth modellər qurulmuş və ərazinin nöqtələr buludu hazırlanmışdır.
  8. Nəticələr emal olunmuş və tarazılaşdırılmış aerotrianqulyasiya blokları qurulmuşdur.

 

https://caspiangeomatics.com/ 

post your comment

Khojali Avenue 55, AGA Business Center 4th floor, Baku, Azerbaijan, AZ1025 [email protected] (+994) 55 206 09 95 (WhatsApp)
× WhatsApp Chat