Batimetriya Bathymetry

XƏZƏR DƏNİZİNİN LƏNKƏRAN SAHİLLƏRİNDƏ EKZOGEN VƏ BATİMETRİK TƏDQİQATLAR

Batimetriya ölçmələri 3 hektar sahədə, ekzogen proseslərinin tədqiqi isə 300 metr sahill xətti boyu aparılmışdır.

Xəzər dənizinin Azərbaycan sektoru üzrə cənub sahillərində batimetriya ölçmələrinin aparılmasına, sahilyanı sahələrdə aktiv eroziya proseslərinin öyrənilməsinə zərurət yaranmışdır. Bu baxımdan, bağlanmış ikitərəfli müqavilə əsasında CASPIAN GEOMATICS şirkəti tərəfindən tədqiqat ərazisi üzrə mühəndis axtarışına başlanılmışdır. Dəniz dibinin təmizliyinin yoxlanılması ilə bağlı tədqiqatlar yerinə yetirilmiş, dəniz dibində aşkar olunmuş obyektlərin təsnifatı aparılmış və onların koordinatları müəyyən edilmişdir. Kontakt və aerokosmik tədqiqat üsulları istifadə etməklə sahilyanı zonalarda aktiv eroziya proseslərinin getdiyi sahələr aşkar edilmiş və müxtəlif illər üzrə müqayisəli analizlər aparılmışdır. Tədqiqat ərazisinin coğrafi infromasiya sistemi (CİS) qurulmuşdur.

Mövcud problemlər və həllər

Layihə ərazisində mövcud problemlərdən biri (firstly), dəniz hövzəsinə gələn və sahilyanı sahələrdə müxtəlif çeşidli tullantıların mövcud olmasıdır. Buna əsas səbəb gursululuq dövrü ilə əlaqədardır. Belə ki, yaz və payız gursululuq dövrlərində çayda yaranan güclü axın və ya sel nəticəsində çay suları müxtəlif çeşidli tullantıları dəniz hövzəsinə gətirir. Sahillər də müxtəlif tullantılarla müşahidə olunmuşdur. Təbii proseslər nəticəsində çay suları müxtəlif çeşidli tullantıları dəhnənin cənub istiqamətinə yönəldir ki, həmin sahə layihə obyektinin ərazisi hesab olunur. Gətirmələrlə xarakterizə olunmuş sahələr topoqrafik plana alınmış, həmçinin iri tullantıların koordinatları və sahələri təyin edilmişdir. Dəniz hövzəsi üzrə aparılmış batimetriya ölçmələrinin məqsədi dib relyefinin öyrənilməsi olmuşdur. Eyni zamanda dəniz dibinin təmizliyinin yoxlanılması işləri yerinə yetirilmişdir.

Növbəti mərhələdə (secondly), ekzogen proseslərin öyrənilməsi üçün əvvəlki illər üzrə aparılmış tədqiqat nəticələrinə baxılmışdır. Sonra (after that), əvvəlki nəticələr yeni alınmış nəticələrlə müqayisəli analiz olunmuşdur. Müqayisəli analiz üzrə fərqlərin məsafədən zondlama verilənləri əsasında aşkara çıxarılması mümkün olmuşdur. Ekzogen prosesin aktivliyi sahil zonasının konfiqurasiyasını sürətlə dəyişdirmiş və bu davamlığı ilə səciyyələnmişdir. Daha sonra (thirdly), ekzogen prosesinin getdiyi sahənin konturu detallı topoqrafik ölçmələrlə plana alınmışdır. Nəticədə (as a result), həll üçün tövsiyə və təkliflər verilmişdir.

 

https://caspiangeomatics.com/

post your comment

Khojali Avenue 55, AGA Business Center 4th floor, Baku, Azerbaijan, AZ1025 [email protected] (+994) 55 206 09 95 (WhatsApp)
× WhatsApp Chat