topoqrafiya ölçmələri

ƏKİNƏ YARARLI SAHƏLƏRİN TƏYİNİ (8000 HA SAHƏNİN GEODEZİYA VƏ TOPOQRAFİYA İŞLƏRİ, CİS TƏTBİQİ)

Topoqrafiya ölçmələri 8000 ha ərazidə əkinə yararlı torpaq sahələri üzrə aparılmış, ərazinin CİS əsaslı rəqəmsal xəritəsi tərtib edilmişdir.

Müxtəlif kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün 8000 hektar sahədə topoqrafiya ölçmələri üzrə işlərin aparılmasına zərurət yaranmışdır. Bu məqsədlə, CASPIAN GEOMATICS ilə müqavilə bağlanmışdır.

Layihə ərazisi

Ərazidə mərkəz hissələr qismən düzən, cəhətlərə doğru yüksəklik artır və fərq 100-150 m intervalda dəyişir. Səth quruluş fərqli göstəricilərə malikdir.

Layihənin məqsədi və qarşıya qoyulmuş məsələlər

Məqsəd, ərazidə müxtəlif kənd təsərrüfatı bitkilərin becərilməsi üçün əkinə yararlı sahələri təyin etmək və topoqrafiya ölçmələri üzrə işləri icra etməkdir. Sahədə geniş topoqrafiya ölçmələri aparılmışdır. Ərazidə topoqrafiya işləri ilə bağlı qarşıya qoyulan məsələlər aşağıda qeyd olunur:

  • ilkin olaraq (firstly), əkinə yararlı ərazilərin təyini üçün topoqrafiya işləri, iri miqyaslı topoqrafik plan tərtibi
  • ikinci mərhələ (secondly), geodeziya istinad məntəqələrinin yerlərinin təyini və quraşdırılması
  • üçüncü mərhələ (thirdly), sahədə meyillik göstəricilərin təyini
  • sonrakı mərhələ (fourthly), coğrafi informasiya sistemi üzrə modelləşdirmə

Topoqrafiya ölçmələrinin aparılması məqsədi ilə müasir geodeziya avadanlıqları istifadə edilmiş, qurulmuş hər istinad məntəqəsi üzərində statik ölçmələr aparılmışdır. Ərazidə aparılan GPS planalma işləri baza stansiya əsasında yerinə yetirilmişdir. Eyni zamanda, ərazinin ilkin təhlili üçün məsafədən aerokosmik verilənlər istifadə olunmuşdur. Əsasən yüksək ayırdetməli ortofoto xəritələrə və kartoqrafik materiallara istinad edilmişdir. Aparılan topoqrafiya ölçmələri üzrə geodeziya məntəqələrinin  statik  rejimdə  ölçülməsi və ölçmə nəticələrinin  hesablanması  və  tarazlaşdırılması işləri aparılmışdır.

Nəticə

Nəticə olaraq (as a result), qeyd olunmalıdır ki, layihə ərazisi üzrə qarşıya qoyulan məsələlərin həlli konkret metodika ilə aparılmışdır. Metodologiya üzrə mühəndisi – topoqrafik axtarışlardan əvvəl, risklərin qiymətləndirilməsi aparılmış, təhlükəli meyarlar müəyyən edilmiş, SƏTƏM siyasəti tətbiq edilmişdir. Bundan irəli gələn digər məsələlər də öz həllini tapmışdır. Nəticədə 44 səhifəli hesabat təqdim olunmuşdur.

 

post your comment

Khojali Avenue 55, AGA Business Center 4th floor, Baku, Azerbaijan, AZ1025 [email protected] (+994) 55 206 09 95 (WhatsApp)
× WhatsApp Chat