Rəqəmsal xəritələrin tərtibi

AZƏRBAYCAN RESPUBLİKASINDA KONTRAKT SAHƏLƏR ÜZRƏ RƏQƏMSAL XƏRİTƏLƏRİN TƏRTİBİ

Rəqəmsal xəritələrin tərtibi məqsədi ilə kontrakt sahələr üzrə topoqrafik ölçmələrin aparılması zərurəti yaranmışdır. Bu məqsədlə, müqavilə bağlanılmış və iş qrafikinə uyğun olaraq coğrafi informasiya sistemləri üzrə qarşıya qoyulmuş məsələlər öz həllini tapmışdır. Layihə ərazisi Azərbaycan Respublikasının bir sıra rayonlarını əhatə etmişdir.

Kontrakt sahələrində obyektlərin koordinatlarının təyin edilməsi (nasos stansiyaları, kommunikasiya və boru xətləri, transformatorlar, rezervuarlar, yeraltı və yerüstü obyektlər) əsas məsələlərdir. Eyni zamanda, neft quyularının koordinatlarının təyini və topoqrafik planalma işləri, coğrafi informasiya sistemləri bazasında rəqəmsal xəritənin tərtibi də vacibdir.

İşin məqsədi və qarşıya qoyulmuş məsələlər

Müqaviləyə əsasən qısa müddətdə ərazinin rəqəmsal xəritələrin tərtibi və neft quyularını təmin edən bütün xətlərin təsnifatı məsələləri qarşıya qoyulmuşdur.

Tərtib edilmiş xəritədə kontrakt ərazilər üzrə ləğv olunmuş quyular, fəaliyyətsiz və fəal quyular, müşahidə kimi müxtəlif xarakterik məlumatlar öz əksini tapmışdır. Yaşayış məntəqələrin sərhədləri aerokosmik verilənlər üzrə rəqəmsal şəkilə gətirilmişdir. Sahəvi işlər CİS planşetlər və GPS planalma vasitəsilə yerinə yetirilmişdir.

Nəticə olaraq (as a result), CİS bazasında rəqəmsal xəritələrin tərtibi məqsədilə CASPIAN GEOMATICS şirkəti tərəfindən aşağıdakı məsələlər həll olunmuşdur:

  • ilkin olaraq (firstly), kontrakt ərazisinin iri miqyaslı elektron xəritəsinin tərtib olunması (CİS xəritəsi).
  • ikinci mərhələ (secondly), bütün neft quyularının (quyu fondu üzrə bütün quyular) təminat xətlərinin dəqiqləşdirilməsi (elektrik xətlərin təsnifatı).
  • üçüncü mərhələ (thirdly), ərazidə müxtəlif bina və qurğuların, o cümlədən kommunikasiya xətlərinin koordinatlarının təyini (rezervuarlar, bir sıra yeraltı və yerüstü obyektlər, nasos stansiyaları, neft quyuları, neftyığım məntəqələri, elektrik yarımstansiyaları, transformatorlar, rabitə və digər xətlər, neft və su boruları, saxlanc anbarları və s.).
  • sonrakı mərhələ (fourthly), trassa boyu xətti obyektlərin plana alınması və s.

https://caspiangeomatics.com/ 

 

post your comment

Khojali Avenue 55, AGA Business Center 4th floor, Baku, Azerbaijan, AZ1025 [email protected] (+994) 55 206 09 95 (WhatsApp)
× WhatsApp Chat