Topoqrafik geodeziya

HEYDƏR ƏLİYEV ADINA NEFT EMALI ZAVODUNDA DƏMİR YOLLARININ TOPOQRAFİK ÖLÇMƏ İŞLƏRİ

Topoqrafik ölçmələrin ümumi həcmi 14746,9 m təşkil etmişdir.

Bağlanmış müqavilə əsasında Heydər Əliyev adına Neft Emalı zavodunun balansındakı dalan dəmir yolların topoqrafik göstəricilərinin müəyyənləşməsi məqsədilə işlər aparılmışdır. Texniki tapşırıq üzrə dəmir yollarının uzunluqlarının topoqrafik ölçüləri təyin edilmiş, mailliklər və çökmələrin yerləri müəyyən olunmuşdur. Eyni zamanda əyrilik ölçüləri və radius göstəriciləri təyin olunmuşdur. Nəticələr mövcud sxemlərdəki göstəricilərlə müqayisəli analiz edilmiş, geodezik nəticələr emal olunmuş və profillər qurulmuş, dəmir yolu xətlərinin pasportları yenilənmişdir.

İşlərin yekunu olaraq alınmış nəticələr əsasında dalan dəmir yolu xətlərinin geoinformasiya sistemi qurulmuş, rəqəmsal planlar tərtib olunmuşdur. Dalan dəmir yollarının geodeziya ölçülərinin təyini ilə bağlı yekunda 69 səhifəli hesabat hazırlanmış, yolların yenidən texniki pasportları tərtib edilmişdir.

Şirkət geodeziya və topoqrafik ölçmələr, xəritə tərtibi (topoqrafik, tematik), coğrafi informasiya sistemləri, məsafədən zondlama, batimetriya, fotoqrammetriya  üzrə xidmətlər göstərir. Geodezik ölçmə və axtarışlarda, qurğu və konstruksiyalarda deformasiyaların tədqiq olunmasında geniş təcrübəmizlə seçilirik. Xidmət göstərərkən müasir tədqiqat metodları istifadə etməklə qarşıya qoyulan məsələləri elmi əsaslarla həll edirik. CASPIAN GEOMATICS ətraf mühit proseslərini, obyekt və hadisələri modelləşdirmək, tendensiya və səbəbləri araşdırmaq məqsədilə geoinformasiya sistemlərindən istifadə edir. Bu sistemin tətbiq sferasının genişliyinə baxmayaraq, təcrübəmiz müxtəlif mövzularda sistem qurmağa və tədqiqat işlərini aparmağa imkan verir.

Heydər Əliyev adına Neft Emalı Zavodu (NEZ)

1953-cü il iyulun 29-da SSRİ Neft Sənayesi Nazirliyi tərəfindən təsis edilib. Zavod əvvəllər Yeni Bakı neftayırma zavodu, “Azərneftyanacaq” İstehsalat Birliyi və “Azərneftyanacaq” NEZ adlandırılıb. 2004-cü ilin aprelin 22-dən etibarən ümummilli lider Heydər Əliyevin adını daşıyır. Heydər Əliyev adına NEZ Azərbaycan neftinin 24 çeşidindən 21-ni emal edərək 15 növ məhsul istehsal edir. Bu məhsulların siyahısına benzin, aviasiya kerosini, dizel yanacağı, neft koksu və mazut daxildir. Qeyd edək ki, NEZ ölkədaxili tələbatının əsas hissəsini təmin edir. 2017-ci ilə kimi zavodda 300 milyon tondan artıq, 2019 və 2020-ci illərdə müvafiq olaraq, 6 və 5.9 milyon ton neft emal olunub. Zavodun qurğularının köhnəlməsi və tələbatın artımı nəzərə alınaraq onun yenidən qurulması və modernizasiyasının həyata keçirilməsi haqqında qərar verilib. Ətraf mühit və insan sağlamlığının qorunmasında yeni qurğuların quraşdırılması da aktuallaşıb (mənbə).

 

https://caspiangeomatics.com/ 

post your comment

Khojali Avenue 55, AGA Business Center 4th floor, Baku, Azerbaijan, AZ1025 [email protected] (+994) 55 206 09 95 (WhatsApp)
× WhatsApp Chat