Sonar batimetriya tədqiqatları Bathymetry, SONAR survey

XƏZƏR DƏNİZİNDƏ SIDE-SCAN SONAR ÇƏKİLİŞLƏRİ VƏ BATİMETRİYA TƏDQİQATLARI

Sonar və batimetriya tədqiqatları sahil xəttindən 250 metrə qədər olan ərazilərdə aparılmış,  qurulmuş 28 ədəd profil əsasında ərazi  təhlil edilmişdir.

Xəzər rayonunun dəniz sahili boyu çimərlik sahəsinin salınması məqsədilə hövzədə sonar və batimetriya tədqiqatlarının aparılması zərurət yaranmışdır. Bu məqsədlə (therefore), CASPIAN GEOMATICS şirkəti ilə müqavilə imzalanmışdır. Layihə ərazisində aparılmış batimetrik ölçmələr və side scan sonar çəkilişləri sahil xəttindən 250 metrə qədər olan əraziləri əhatə etmişdir.

Məsələnin həll üsulları

sonar batimetriya (Sonar and bathymetry survey)Ərazinin mürəkkəbliyini nəzərə alaraq sonar və batimetriya tədqiqatları zamanı müxtəlif metodoloji yanaşmalar və məsafədən zondlama üsulları geniş istifadə olunubdur. Əsas məqsəd layihə ərazisi üzrə dəniz hövzəsində sahil bəndlərinin və daşlıq sahələrin, sualtı təhlükəli ərazilərin geometrik göstəricilərinin təyini olmuşdur. Sualtı obyektlərin təyini və inventarizasiyası, onların təsnif olunması, dib relyefinin səth modelinin qurulması da həll olunmalı məsələlərdir. İlkin olaraq (firstly), ərazidə risklərin qiymətləndirilməsi aparılmış, SƏTƏM tədbirlər planı hazırlanmış, bütün risk ehtimalları minimum səviyyəyə gətirilmişdir. Növbəti mərhələ (secondly), kartoqrafik təqdimat və dib obyektlərin inventarizasiya xəritəsinin tərtibi olmuşdur. Bu məqsədlə, müasir sistemlərdən istifadə etməklə qarşıdakı məsələlər həll edilmişdir.

Sonar

Beləliklə (in conclusion), sonar və batimetrik ölçmələr üzrə bərk süxur çıxıntıları, daşlıq sahələr, dəmir-beton yığınları aşkarlanıb qeydə alınmışdır (sonar kontakt). Onların koordinatları və geometrik ölçüləri (həndəsi xassələri) dəqiqləşmişdir. CİS əsasında batimetriya xəritəsi tərtib olunmuş və həmin obyektlər xəritədə öz əksini tapmışdır. Metodiki olaraq qayığın qalslarla hərəkəti üçün naviqasiya sistemi qurulmuş, dayaz sahələrdə dib relyefi planalması icra edilmişdir. Dərin sularda isə təkşüalı sistemdən və sonar planalma istifadə edilmişdir.

 

topoqrafiya (batimetriya)

 

Nəticədə (as a result), təsvirlər mozayka olunmuş və 10 sm ayırdetməli akustik təsvirlər alınmışdır. Təhlükəli sahələr təsnif edilərək tərtib etdiyimiz rəqəmsal xəritələrə əlavə edilmişdir. Əldə olunmuş bütün nəticələr emal olunmuş və dib relyefinin batimetriya modeli qurulmuşdur. İnterpretasiya əsasında sonar verilənləri emal edilmiş, təhlil olunmuş və akustik təsvirlər alınmış, həmçinin təsvirlər əsasında qayalıqların (sahil bəndləri) və daşlıqların konturları ayırd edilmişdir. Daha sonra, dib relyefinin 3D modeli qurulmuş, batimetrik modelə əsasən profil qrafikləri tərtib olunmuşdur. Eyni zamanda, MZ üsullarından istifadə etməklə dəniz hövzəsində qismən daşlıq sahələr detekt olunmuş, ərazinin ümumi planı hazırlanmışdır.

Nəticə

Sonda (as a result), tərəfimizdən aparılmış sonar və batimetriya tədqiqatları ilə bağlı 67 səhifədən ibarət hesabat hazırlanmış və Sifarişçiyə elektron nüsxələrlə birlikdə (CAD/CİS variantları) təqdim edilmişdir. Hesabatda tərtib etdiyimiz xəritə və modellər, sualtı obyektlərin təsnifatı, MZ-nin nəticələri, metodologiya, avadanlıqların texniki spesifikasiyaları, əldə olunmuş nəticələr, profillər və s. geniş şəkildə öz əksini tapır.

sonar ölçmələri

sonar və batimetriyaSONAR and Bathymetry survey

 

 

 

 

 

 

 

layihə ərazisisonar ölçmələrin nəticələri

 

istinad məntəqələri

dib modeli (3D)

 

 

 

 

 

 

 

 

 

 

https://caspiangeomatics.com/

 

post your comment

Khojali Avenue 55, AGA Business Center 4th floor, Baku, Azerbaijan, AZ1025 [email protected] (+994) 55 206 09 95 (WhatsApp)
× WhatsApp Chat