Topography

3200 HA KƏND TƏSƏRRÜFATI TƏYİNATLI SAHƏNİN GEODEZİYA VƏ TOPOQRAFİYA ÖLÇMƏLƏRİ

Topoqrafiya ölçmələri 3200 ha sahədə aparılmış, 1:5000 miqyaslı topoqrafik plan tərtib edilmişdir.

Sahədə kənd təsərrüfatı fəaliyyətinin aparılması və infrastrukturun (yol, elektrik, su xətləri və s.) yaradılması üçün ərazinin ilkin qiymətləndirilməsi vacibdir ki, bu da müfəssəl topoqrafik planalma işlərinin aparılması nəticəsində mümkün olur. Bundan başqa, ərazinin layihələndirilməsi də vacib məsələdir ki, bu da topoqrafik planların istifadəsini tələb edir.

Ərazidə kənd təsərrüfatı bitkilərini becərmək üçün 3200 ha sahədə mühəndisi-topoqrafiya işlərinin aparılması məqsədilə müqavilə imzalanmışdır.

Layihənin məqsədi, kənd təsərrüfatı sahələrdə müxtəlif bitkilərin becərilməsi üçün 3200 ha torpaq sahəsində topoqrafiya ölçmələrinin aparılmasından ibarət olmuşdur. Həll edilməli məsələlər aşağıdakı bəndlərdən ibarət olmuşdur:

  • Ərazinin 1:5000 miqyasında topoqrafiya planının tərtib olunması.
  • Ərazidə 6 reperin yerlərinin müəyyən edilməsi və quraşdırılması.
  • Piketlər arası məsafələrin 70-100 m olmaqla planalma işlərinin aparılması və s.

Metodologiya (məsələnin həll üsulu)

Topoqrafik planın tərtibi üçün bir sıra prosedurlara əməl olunmuşdur. Metodiki olaraq əvvəlcədən (firstly), layihə ərazisi kameral təhlil olunmuş, kartoqrafik materiallar istifadə edilmiş, səth quruluşa baxılmış, müxtəlif ayırdetməli peyk şəkillər üzrə müqayisəli analiz aparılmış, yüksək ayırdetməli ortofotoplana baxılmışdır.

Daha sonra (secondly), əraziyə vizual baxış keçirilmiş və sahə üzrə aparılacaq topoqrafiya işləri metodologiya baxımdan təhlil olunmuşdur. İlkin olaraq (firstly), qarşıda duran əsas məsələ ərazi üzrə məntəqələrin yerlərinin təyini və quraşdırma işləri olmuşdur. Bu zaman reperlərin qarşılıqlı görünüşü təmin olnmalı idi. Bunun üçün yüksəklik amilinin düzgün seçilməsi tələb olunur. Ərazidə məntəqələrin yerləri təyin edildikdən sonra (thirdly), onların quraşdırılması işləri başlanılmışdır. Qeyd edək ki, reperlərin quraşdırılması və nəzarət nöqtələrinin dəqiqləşdirilməsi, planalma işlərinin icrası zamanı müasir alətlərdən istifadə edilmişdir.

Metodologiya üzrə topoqrafiya ölçmələrinin yerinə yetirilməsi üçün sahədə quraşdırılmış geodeziya məntəqələrinin təyinində kompleks işlər aparılmış və zəruri məsələlər həll olunmuşdur:

  • ilkin (firstly), məntəqələrin statik ölçülməsi
  • növbəti (secondly), hesablama, tarazlaşdırma

Geodeziya məntəqələrinin ölçülməsi üçün referens baza məntəqələri istifadə edilmişdir. Məntəqələr üzrə ölçmələrin hesablanması və tarazlaşdırılması məqsədi ilə ən yaxın məntəqələrin yerləri təhlil olunmuşdur. Nəticədə yaxın məntəqələr seçilmiş, onlarla əlaqə qurulmuş, reperlərin koordinatları stansiyalar üzrə hesablanmışdır. Sahədə aparılan topoqrafiya ölçmələri GPS planalması əsasında yerinə yetirilmişdir.

Nəticə

Beləliklə (as a result), aparılmış mühəndisi – topoqrafiya işləri üzrə tələb olunan sayda istinad məntəqələrinin quraşdırılması işləri icra edilmiş, onların yerləri təyin olunmuş və yaxın məntəqələr istifadə etməklə reperlərin koordinatları müəyyən edilmişdir. Topoqrafiya planalması aparılmış, bütün elementlərin (mövsümi su hovuzları, daş tikililər və s.) koordinatları müəyyən olunmuşdur. Nəticədə 1:5000 miqyasda topoqrafiya xəritəsi işlənilmişdir.

Qeyd: Layihə üzrə görülən işlərlə bağlı sonda (in conclusion), 46 səhifəli hesabat yazılmışdır. Model və xəritələr, metod barədə məlumat hesabatda geniş şəkildə öz əksini tapmışdır. Hesabatda mühəndis-topoqrafiya işlərinin emal nəticələri də əks olunmuşdur.

topoqrafiya

https://caspiangeomatics.com/

post your comment

Khojali Avenue 55, AGA Business Center 4th floor, Baku, Azerbaijan, AZ1025 [email protected] (+994) 55 206 09 95 (WhatsApp)
× WhatsApp Chat