Məsafədən aerokosmik tədqiqatlar

YÜKSƏK AYIRDETMƏLİ PEYK TƏSVİRLƏR ƏSASINDA NEFTLƏ ÇİRKLƏNMİŞ SAHƏLƏRİN TƏYİNİ

Bağlanmış müqavilə ilə CASPIAN GEOMATICS məsafədən zondlama ilə (məsafədən aerokosmik tədqiqat) Bakının bir sıra neftlə çirklənən ərazilərini təyin etmiş və sahələr hesablanmışdır.

Aerokosmik araşdırmalar (Məsafədən Zondlama) zamanı yer səthi obyektlərinin şüalanmanı udması və əks etdirməsi əsas amillərdir. Fərqli şəraitdə olan eyni obyektlərdə əks olma və udma xüsusiyyətləri müxtəlif ola bilər. Gündüz yer səthi Günəş enerjisini udur və onu istiliyə çevirir. Torpaq və səth sular qızaraq temperaturlarını ətraf mühitə istilik İQ diapazonda verirlər. Bu zaman verilən enerjinin miqdarı və onun intensivliyi şüalandırılan obyektin temperaturundan asılı olur. Yer səthinin obyektləri müxtəlif cür qızaraq istiliyi fərqli formada şüalandırır. Obyektlərin bu xüsusiyyəti məsafədən zondlama üçün əhəmiyyət kəsb edir. Məlumdur ki, torpaq və bitki örtüyü, həmçinin suyun spektral xarakteristikaları, udma və şüalandırma qabiliyyəti, onların üzərinə düşən işıq selinin dalğa uzunluğundan, fiziki, bioloji xüsusiyyətlərindən, asılı olaraq dəyişir. Məsafədən zondlama araşdırmaları aparılarkən çəkilişlər və ölçmələr elə spektral diapazonlarda aparılır ki, həmin diapazonlarda torpağın, müxtəlif bitki növlərinin, süxurların, su hövzələrinin, əks etdirmə və udma xüsusiyyətləri üzrə fərqlər mümkün qədər böyük olsun.

Layihə üzrə tədqiqat ərazisinin yüksək ayırdetməli peyk təsvirləri əldə olunmuş və ortofotolar tərtib edilmişdir. Əldə olunmuş təsvirlərdən NDWI (Normalized Difference Water Index) – Normallaşdırılmış Fərq Su İndeksi və ENDVI (Enhanced Normalized Difference Vegetation Index) – Normallaşdırılmış Fərq Bitki örtüyü İndeksi xəritələri hazırlanmışdır. Məsafədən aerokosmik tədqiqatlar əsasında ərazilərdə neftlə çirklənmə dərəcəsinin təsnifatı aparılmışdır. Bundan irəli gələrək, kontrakt sahələri üzrə neftlə çirkli sahələrin təsnifat xəritəsi tərtib olunmuşdur. Qarşıya qoyulan məsələlər coğrafi informasiya sistemi üzrə həll olunmuş, çirklənmiş ərazilərin geoməlumat bazası qurulmuşdur.

Sonda görülən işlərin hesabatları tərtib edilmişdir.

 

https://caspiangeomatics.com/

post your comment

Khojali Avenue 55, AGA Business Center 4th floor, Baku, Azerbaijan, AZ1025 [email protected] (+994) 55 206 09 95 (WhatsApp)
× WhatsApp Chat