Batimetriya və topoqrafiya ölçmələri aparılmaqla ərazinin 1:500 miqyaslı topoqrafik planı tərtib edilmişdir.
Xəzər dənizi hövzəsinin Mərdəkan çimərliyi sahəsində batimetriya və topoqrafiya ölçmələri üzrə CASPIAN GEOMATICS şirkəti ilə müqavilə imzalanmışdır. Müqavilənin predmeti aşağıdakıları özündə əks etdirir:
tədqiqat ərazisində batimetrik və topoqrafik ölçmələri üzrə işlərin yerinə yetirilməsi
dib relyefinin detallı tədqiqi və batimetrik xəritə və modelin qurulması
yüksəklik göstəricilərinin Baltik səviyyə üzərinə gətirilməsi
Məsələnin həll üsulları
Layihə obyektinin yerləşməsini nəzərə alaraq batimetrik və topoqrafik ölçmələr zamanı müxtəlif metodiki yanaşmalar geniş istifadə olunubdur. Əsas məqsəd layihə obyekti üzrə dəniz hövzəsinin dib relyefinin detallı tədqiq edilməsi olmuşdur. Dib relyefinin öyrənilməsi və sahilyanı ərazilərdə topoqrafik ölçmələrin icrası, həmçinin topoqrafik xəritənin tərtibi məsələləri, o cümlədən batimetrik modelin qurulması həll olunmalı məsələlərdir. İlkin olaraq (firstly), ərazidə risklərin qiymətləndirilməsi aparılmış, SƏTƏM tədbirlər planı (sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit) və FHN planı (Fövqəladə Hallar Planı) hazırlanmış, bütün risk ehtimalları minimum səviyyə üzərinə gətirilmişdir. Növbəti mərhələ (secondly), kartoqrafik təqdimat və batimetrik modelin qurulması olmuşdur. Bu məqsədlə, müasir sistemlərdən istifadə etməklə qarşıdakı məsələlər həll edilmişdir. Eyni zamanda, növbəti mərhələ olaraq (thirdly), əldə edilmiş nöqtələr çoxluğu əsasında dib relyefin səth quruluşu üzrə üçölçülü modellər işlənilmişdir.
Layihə obyekti üzrə metodiki olaraq batimetriya tədqiqatları (təkşüalı və çoxşüalı) zamanı geodezik və naviqasiya parametrləri təyin olunmuşdur. Belə işlər adətən prosedur olaraq daim aparılır və bu əsasən layihə obyektinin dənizin müxtəlif sahələri üzrə yerləşməsindən asılı olaraq gəmi növünün seçilməsi ilə bağlı olur. Metodoloji olaraq ilkin vəziyyətdə (firstly), layihə obyektin yerləşmə planı tərtib edilir. Gəmi və qayıq üçün gedilən qalsların istiqamətləri təyin olunur.
Nəticə
Sonda (as a result), aparılmış batimetriya və topoqrafiya ölçmələri ilə bağlı geniş hesabat yazılmış və Sifarişçiyə elektron nüsxələrlə birgə CAD və CİS (coğrafi informasiya sistemləri) variantları təqdim edilmişdir. Hesabatda, tərtib edilən batimetrik xəritə və modellər, ümumi topoqrafik xəritə, metodika və yanaşma, istifadə edilən avadanlıqların texniki xassələri, nəticələr, profillər və s. məlumatlar daha geniş şəkildə öz əksini tapır.
MƏRDƏKAN ÇİMƏRLİKLƏRİNDƏ BATİMETRİK TƏDQİQATLAR
Batimetriya və topoqrafiya ölçmələri aparılmaqla ərazinin 1:500 miqyaslı topoqrafik planı tərtib edilmişdir.
Xəzər dənizi hövzəsinin Mərdəkan çimərliyi sahəsində batimetriya və topoqrafiya ölçmələri üzrə CASPIAN GEOMATICS şirkəti ilə müqavilə imzalanmışdır. Müqavilənin predmeti aşağıdakıları özündə əks etdirir:
Məsələnin həll üsulları
Layihə obyektinin yerləşməsini nəzərə alaraq batimetrik və topoqrafik ölçmələr zamanı müxtəlif metodiki yanaşmalar geniş istifadə olunubdur. Əsas məqsəd layihə obyekti üzrə dəniz hövzəsinin dib relyefinin detallı tədqiq edilməsi olmuşdur. Dib relyefinin öyrənilməsi və sahilyanı ərazilərdə topoqrafik ölçmələrin icrası, həmçinin topoqrafik xəritənin tərtibi məsələləri, o cümlədən batimetrik modelin qurulması həll olunmalı məsələlərdir. İlkin olaraq (firstly), ərazidə risklərin qiymətləndirilməsi aparılmış, SƏTƏM tədbirlər planı (sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit) və FHN planı (Fövqəladə Hallar Planı) hazırlanmış, bütün risk ehtimalları minimum səviyyə üzərinə gətirilmişdir. Növbəti mərhələ (secondly), kartoqrafik təqdimat və batimetrik modelin qurulması olmuşdur. Bu məqsədlə, müasir sistemlərdən istifadə etməklə qarşıdakı məsələlər həll edilmişdir. Eyni zamanda, növbəti mərhələ olaraq (thirdly), əldə edilmiş nöqtələr çoxluğu əsasında dib relyefin səth quruluşu üzrə üçölçülü modellər işlənilmişdir.
Layihə obyekti üzrə metodiki olaraq batimetriya tədqiqatları (təkşüalı və çoxşüalı) zamanı geodezik və naviqasiya parametrləri təyin olunmuşdur. Belə işlər adətən prosedur olaraq daim aparılır və bu əsasən layihə obyektinin dənizin müxtəlif sahələri üzrə yerləşməsindən asılı olaraq gəmi növünün seçilməsi ilə bağlı olur. Metodoloji olaraq ilkin vəziyyətdə (firstly), layihə obyektin yerləşmə planı tərtib edilir. Gəmi və qayıq üçün gedilən qalsların istiqamətləri təyin olunur.
Nəticə
Sonda (as a result), aparılmış batimetriya və topoqrafiya ölçmələri ilə bağlı geniş hesabat yazılmış və Sifarişçiyə elektron nüsxələrlə birgə CAD və CİS (coğrafi informasiya sistemləri) variantları təqdim edilmişdir. Hesabatda, tərtib edilən batimetrik xəritə və modellər, ümumi topoqrafik xəritə, metodika və yanaşma, istifadə edilən avadanlıqların texniki xassələri, nəticələr, profillər və s. məlumatlar daha geniş şəkildə öz əksini tapır.
https://caspiangeomatics.com/