Qarabağ geoinformasiya

QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR İQTİSADİ RAYONLARININ COĞRAFİ İNFORMASİYA SİSTEMİ

Coğrafi informasiya sistemləri əsasında ortofotoplan və kartoqrafik verilənlər üzrə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının məlumat bazası qurulub.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə görülən zəruri işlər icra qrafiklərinə uyğun və planlaşdırılmış şəkildə yerinə yetirilir. Məhz bu səbəbdən, işlərin ciddi koordinasiyalı və həssas şəkildə aparılması müşahidə olunmaqdadır.

İşğaldan azad edilmiş ərazilərdə müxtəlif obyektlər üzrə coğrafi infor­masiya sistemləri bazasın­da rəqəmsal xəritələrin tərtibi, lokal geoinformasiya sistemlərinin qurulması vacibdir. Eyni zamanda aerokosmik təsvirlər əsasında ərazilərin geniş tədqiqi, təhlükəsizlik baxımdan dronların istifadəsi və ortofotoların tərtibi də mühüm işlərdir. Bütün bunlar rayonların planlarının hazırlan­masında və infrastrukturun yenilənməsində, mədəni irsin və tarix-mədəniyyət abidələrinin bərpasında atılan zəruri addımlardır. Bura geodeziya və topoqrafiya sahələrini daxil etmək olar. Rayonlarda aparılmış geoloji və hidrogeoloji, geofiziki tədqiqatların aparılması da infrasruktur layihələrin işlənilməsi üzrə xüsusi əhəmiyyətə malikdir. Hazırda fəaliyyət istiqamətimiz üzrə icra edilən işlər müasir tələblər əsasında həll olunması zərurətini qarşıya çıxarır. Belə işlərdən biri tərəfimizdən qurulmuş işğaldan azad olunan ərazilərin coğrafi informasiya sistemi ilə bağlıdır.

İşğaldan azad olunmuş ərazilərimizdə mədəni – tarixi abidələrin vəziyyətinin qiymətləndirilməsi və bərpası məqsədilə məlumat bazasının qurulması zərurəti qarşıya çıxmışdır. Bu məqsədlə ikitərəfli müqavilə bağlanmış, coğrafi informasiya sistemi bazasında aerokosmik və kartoqrafik materiallar üzrə Qarabağ və Şərqi Zəngəzurun geoməlumat bazası qurulmuşdur. Geoməlumat bazası üzrə mədəni-tarixi abidələrin izahedici mətnləri daxil olmaqla, həm də sistemləşdirmə işləri aparılmış, obyektlərin məkan verilənləri toplanılmışdır.

Qarabağ iqtisadi rayonu Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa, Tərtər rayonlarını və Xankəndini əhatə edir. Şərqi Zəngəzur – Kəlbəcər, Qubadlı, Zəngilan, Laçın, Cəbrayıl rayonlarıdır.

CASPIAN GEOMATICS aşağıdakı bəndlər üzrə xidmətlərini təklif edir:

Geoməkan verilənlər bazası xidmətlərimizə məkan məlumatlarının idarə olunması və geoməlumat bazasının qurulması, struktur layihələndirilməsi işləri daxildir. Bundan başqa, xidmətimizə məkan məlumatları inteqrasiyası, aerokosmik monitorinq sistemi və ekosistemlə bağlı xidmətlər aiddir.

Məkan analizi və modelləşdirməyə obyekt və hadisələr üzərində məkan analizlərinin aparılması və onların modelləşdirilməsi məsələləri daxildir. Təcrübəmiz üzrə hidrologiya və hidrogeologiya, daşınmaz əmlak, kadastr, şəhər planlaşdırılması, ətraf mühit, kənd təsərrüfatı, su təchizatı, fövqəladə hallar, batimetriya və s. üzrə məkan analizlərinin aparılması və modelləşdirmədə çoxsaylı layihələr icra etmişik.

Bütün hüquqlar qorunur.

https://caspiangeomatics.com/ 

post your comment

Khojali Avenue 55, AGA Business Center 4th floor, Baku, Azerbaijan, AZ1025 [email protected] (+994) 55 206 09 95 (WhatsApp)
× WhatsApp Chat