Batimetriya tədqiqatları

DELTADA VƏ XƏZƏR DƏNİZİNDƏ BATİMETRİYA TƏDQİQATLARI, DİB ÇÖKÜNTÜLƏRİNİN TƏDQİQİ

Batimetriya tədqiqatları 16 ha sahədə  təkşüalı  hidroqrafik exolotla aparılmışdır.

Layihə obyekti Azərbaycanın çaylarından olmaqla coğrafi baxımdan gözəl guşələrdən birində yerləşir. Çay eroziyasının aktivliyi həm çayın deltası üzrə, həm də Xəzər dənizi hövzəsinin deltaya yaxın sahələrində, o cümlədən Xəzər dənizinin cənub sahilləri boyu Batimetrik tədqiqatların aparılmasını zəruri etmişdir. Xəzər dənizinin cənub sahillərində də sahil eroziyası proseslərinin aktivliyi müşahidə edilmişdir.

Batimetriya tədqiqatlarıİlk mərhələdə (firstly), qoyulan məsələdən asılı olaraq və çayın dib relyefini nəzərə alaraq batimetriya tədqiqatları zamanı müxtəlif metodoloji yanaşmalar və məsafədən zondlama üsulları geniş istifadə olunmuşdur. Məqsəd çay deltasında və deltaya yaxın sahələrin, dənizin cənub sahillərində dib relyefinin öyrənilməsindən, çöküntülərin təsnif edilməsindən ibarət olmuşdur. Sonra (secondly), ərazidə risklərin qiymətləndirilməsi aparılmış, SƏTƏM tədbirlər planı hazırlanmış, risk ehtimalları minimum səviyyəyə gətirilmişdir.

Aparılmış batimetriya tədqiqatları qısa müddətdə icra edilmişdir. Ölçmələr naviqasiya sistemi üzrə aparılmış, dayaz sahələr və sahil xətti konturu təyin edilmiş, çay yatağı plana alınmışdır.

 

Beləliklə (as a result), çay sahili üzrə aktiv eroziya səbəbi ilə hövzə üzrə geniş batimetriya tədqiqatları aparılmış, eyni zamanda çayın deltası MZ verilənləri əsasında öyrənilmişdir. CİS əsaslı batimetrik xəritə işlənilmiş, çayın deltasının və deltaya yaxın sahələrin dib modeli qurulmuşdur. Çay yatağı üzrə eninə və uzununa 33 ədəd profil qrafikləri tərtib edilmişdir. Bundan başqa, sahil xəttinin konturları ölçülmüş, sahilyanı zonaların topoqrafiya planalması aparılmışdır. Çay dibində gətirmələr toplanılmaqla çöküntülər əmələ gətirmiş və onlar çayın müxtəlif sahələri üzrə fərqli göstəricilərə malik olmuşdur. Həmin çöküntülər qalınlıq göstəriciləri üzrə təsnif edilmişdir.

Sonda (as a result), batimetriya tədqiqatları ilə bağlı 46 səhifəli hesabat yazılmış və Sifarişçiyə elektron nüsxələrlə birgə təqdim edilmişdir. Hesabatda, tərtib edilmiş rəqəmsal xəritə və modellər, dib çöküntülərinin təsnifatı, MZ-nin tətbiqi nəticələri, metodika, həll üsulları, istifadə olunan avadanlıqlar və qayığın texniki xassələri, nəticə, qrafiklər, 3D modellər öz əksini tapmışdır. Tədqiqat üzrə SƏTƏM tədbirlər və fövqəladə hallar planları hazırlanıb Sifarişçiyə təqdim edilmişdir.

https://caspiangeomatics.com/

post your comment

Khojali Avenue 55, AGA Business Center 4th floor, Baku, Azerbaijan, AZ1025 [email protected] (+994) 55 206 09 95 (WhatsApp)
× WhatsApp Chat