xammal yataqları mühəndis geodeziya və topoqrafiya mühəndis axtarışları axtarış işləri

QARADAĞ VƏ ŞƏMKİR RAYONLARI ƏRAZİSİNİN XAMMAL YATAQLARI ÜZRƏ MÜHƏNDİS AXTARIŞ İŞLƏRİ

Qaradağ (Səngərqaya və Vulkan) ərazisində və xammal yataqları üzrə aparılmış mühəndis axtarış işləri, mühəndis geodeziya və topoqrafiya ölçmələri, istinad məntəqələrinin quraşdırılması.

İş həcmi, Norm sement zavodu ərazisində və xammal sahələrində dağ-mədən hasilat işləri aparılmış mədənlərdə mühəndis axtarış işlərinin aparılmasından ibarət olmuşdur. Topoqrafiya ölçmələrinin aparılması, reperlərin (istinad məntəqələri) sahələrdə quraşdırılması və işlərin proqram komplekslərində işlənilib hazırlanması qarşıda duran məsələlər olmuşdur. Əsas məqsədə nail olmaq üçün müasir geodeziya alətlərindən və CİS/CAD proqram təminatlarından istifadə edilmişdir. Bura həmçinin trianqulyasiya şəbəkəsi modellərinin qurulması və 3D modelləşdirmə, həmçinin digər zəruri məsələlər daxildir. Mühəndis axtarışları çərçivəsində aparılmış bütün işlər texniki tapşırıqa əsasən planlaşdırılmışdır.

Mühəndis geodeziya və topoqrafiya ölçmələri ümumilikdə Bakı şəhəri Qaradağ rayonu ərazisində 3 ha, Səngərqaya ərazisində 20 ha, Qaradağ rayonunun Vulkan ərazisində 6 ha, həmçinin Şəmkir rayonunun Alabaşlı kəndində 1 ha ərazini təşkil etmişdir. Xammal yataqları üzrə aparılmış mühəndis axtarışları zamanı geodeziya istinad məntəqələri quraşdırılmış, həmin məntəqələrin kordinat və hündürlük göstəriciləri təyin olunmuşdur. Hər bir ərazi üzrə rəqamsal topoqrafik xəritələr, trianquliyasiya şəbəkəsi modelləri və üçölçülü modellər qurulmuş, həmçinin relyef profilləri hazırlanmışdır.

Axtarış işləri üzrə həll edilmiş məsələlər:

1. Norm sement zavodu ərazisində və xammal yataqları üzrə mühəndis axtarış işlərinin yerinə yetirilməsi (mühəndis geodeziya və topoqrafiya ölçmələri).
2. CAD əsaslı rəqəmsal topoqrafiya xəritələrinin tərtib olunması.
3. CİS əsaslı trianqulyasiya şəbəkəsi modellərinin işlənilməsi və xammal yataqları üzrə 3D modellərin qurulması.
4. Geodeziya istinad məntəqələrinin quraşdırılması, məntəqələrin koordinat və yüksəklik göstəricilərinin təyini.
5. Trianqulyasiya şəbəkəsi modelləri əsasında eninə və uzununa relyef profillərinin qrafik tərtibat işlərinin yerinə yetirilməsi.

Mühəndis axtarış işlərinin (Geodeziya və topoqrafiya ölçmələri) aparılması məqsədi ilə ilkin olaraq tədqiqat əraziləri yüksək ayırdetməli peyk təsvirlər əsasında təhlil olunmuş və relyefə uyğun olaraq metodologiya seçilmişdir. SƏTƏM prosedurlarına riayət etməklə risklərin qiymətləndirilməsi aparılmış və topoqraflar təlimatlandırılmışlar. İşə başlamaq üçün əlverişli hava şəraiti seçilmiş və sahəyə səfər etməmişdən əvvəl bütün avadanlıqlar test olunmuşdur. Metodologiyaya uyğun olaraq sahədə topoqrafiya ölçmələrinin aparılması məqsədi ilə RTK rejimli geodezik ölçmə sistemi tətbiq olunmuşdur. Növbəti mərhələdə ərazidə topoqrafiya ölçmələrinin aparılması zamanı GPS baza stansiya ilə GPS qəbuledicisi arasında əlaqənin daim saxlanılması üçün sahə vizual tədqiq olunmuş, stansiyanın quraşdırılmalı yerləri təhlil edilmişdir. Qeyd edək ki, stansiya üçün optimal yer seçilərək ərazilərdə geodeziya istinad məntəqələri quraşdırılmış, həmin məntəqələrin koordinat və yüksəklik göstəriciləri təyin edilmişdir. Stansiyanın yüksəklik göstəricisi və optimal yerləşməsi meyarları ərazi üzrə topoqrafik planalma işlərinin dəqiqliklə aparılmasını və ölçmə nəticələrinin geodeziya istinad məntəqələrinə bağlantısını təmin etmişdir.

post your comment

Khojali Avenue 55, AGA Business Center 4th floor, Baku, Azerbaijan, AZ1025 [email protected] (+994) 55 206 09 95 (WhatsApp)
× WhatsApp Chat