Mühəndis-axtarış

BAKI ŞƏHƏRİNDƏ “ŞIXOV SKYPARK” LAYİHƏSİ ÜZRƏ MÜHƏNDİS-AXTARIŞ İŞLƏRİNİN İCRASI

Mühəndis-axtarış (wireline 1220 m, seysmiki profil 1km, SPT standart penetrasiya testi, pressiometr, inklinometr 120m, topoqrafiya).

Şəhərin mərkəzində müasir üslubda yeni yaşayış komplekslərinin salınması məqsədi ilə geotexniki tədqiqatlar aparılmışdır. Ərazinin dağlıq-qayalıq geoloji strukturuna uyğun olaraq, sahədə wire-line karotajlı qazma metodu ilə qazıntının nəzərdə tutulmağı tələb olunmuşdur. Eyni zamanda, ərazinin sürüşmə sahəsi olub-olmaması ilə bağlı inclinometer testinin götürülməsi də qarşıya qoyulmuş məsələlərdəndir.

Tədqiqat ərazisində texniki tapşırıq üzrə kompleks geologiya və geofizika tədqiqatları yerinə yetirilmişdir. Mühəndis-axtarış işləri çərçivəsi üzrə topoqrafik ölçmələr aparılmış, seysmika öyrənilmiş, SPT və pressiometr testləri aparılmışdır. Wireline üsulu ilə qazma (core drilling) işlərinin ümumi dərinliyi 1220 metr təşkil etmiş və strukturu pozulmayan nümunələr götürülmüşdür. Cəm uzunluğu 1 km olan profillər üzrə səth dalğaların çoxkanallı analizi (MASW- multi-channel analysis of surface waves) yerinə yetirilmişdir. Eyni zamanda, 120 metr həcmində inklinometr quyuları qazılmış və periodik müşahidələrin aparılması təmin olunmuşdur. Bundan başqa, icraedici sxemlər (asbuilt) tərtib edilmiş və ekzogen geoloji proseslər öyrənilmişdir. Tədqiqat ərazisində, relyefin hamar olmaması sahədə işləyəcək texnika və avadanlıqların hərəkətinə maneələr törədə bilməsi səbəbindən sahəyə ilkin baxış keçirilmişdir. Ərazidəki mövcud nahamarlıqlar nəzərə alınmaqla qazma texnikalarının və avadanlıqların hərəkəti üçün yol çəkilişi təmin edilmişdir.

SƏTƏM

Metodiki olaraq mühəndis axtarış işlərinin aparılmasında və sonar-batimetriya ölçmələrinin icra olunmasında SƏTƏM tədbirlər planı hazırlanır və risklərin qiymətləndirilməsi işlərinin aparılması zəruri hesab olunur. Bu layihə çərçivəsində də SƏTƏM tədbirlər planı hazırlanmış, risklərin qiymətləndirilməsi yerinə yetirilmişdir. Şirkətimiz təhlükəsizlik texnikası qaydalarına ciddi əməl edir və bu baxımdan hər bir layihəyə xüsusi həssaslıqla yanaşılır. Sözü gedən layihədə bütün gözlənilən təhlükə ehtimalları minimum səviyyəyə endirilmiş və nəticədə işlərin təhlükəsiz qaydada yerinə yetirilməsi təmin olunmuşdur.

https://caspiangeomatics.com/ 

post your comment

Khojali Avenue 55, AGA Business Center 4th floor, Baku, Azerbaijan, AZ1025 [email protected] (+994) 55 206 09 95 (WhatsApp)
× WhatsApp Chat