Geoloji qazma Geology, Geophysics

“ALAT CITY” layihəsi üzrə geoloji və geofiziki işlər

Geoloji qazma işlərinin ümumi həcmi  430 metr təşkil etmişdir, seysmoloji tədqiqatlar iki profil xətti üzrə aparılmışdır (profillərin uzunluğu 120 m).

Bakı şəhərində müxtəlif mərtəbəli yaşayış binalarını inşa etmək üçün geoloji və geofiziki tədqiqatların aparılması ilə bağlı müqavilə imzalanmışdır. Əsas məqsəd sahədə geoloji və geofiziki tədqiqatların aparılması, topoqrafik işlərin yerinə yetirilməsi, laboratoriya analizlərinin aparılması olmuşdur.  Qazma işləri 430 metr təşkil etmişdir.

Tərəfimizdən yerinə yetirilmiş mühəndisi axtarış işləri əsasən aşağıdakılardan ibarət olmuşdur:

  • Sahədə topoqrafik işlərin aparılması;
  • Tikinti sahəsinin və onunla həmsərhəd ərazilərin mühəndisi-geoloji və hidrogeoloji şərait baxımdan vizual müayinəsi;
  • Kəşfiyyat quyularının qazılması;
  • Geofiziki tədqiqatların aparılması;
  • Qrunt və su nümunələrinin götürülməsi;
  • Laboratoriya tədqiqatlarının aparılması;
  • Kameral emal işlərinin yerinə yetirilməsi.

İlkin olaraq (firstly), tədqiqat sahəsində aparılmış geoloji qazma ilə götürülən qrunt nümunələrinin fiziki-mexaniki göstəriciləri laboratoriya şəraitində standart tələblərə uyğun olaraq təyin edilmişdir. Quyulardan götürülmüş strukturu pozulmamış qrunt, su və onların kimyəvi analizi üçün nümunələr laboratoriya sınaqlarına cəlb edilmişdir. Geoloji-litoloji tədqiqat zamanı normativ sənədlər və qüvvədə olan təlimatlar əsas götürülmüşdür. Sonra (secondly), əldə edilən nəticələrlə yanaşı ötən illərin tədqiqat, fond və ədəbiyyat materialları istifadə olunmuşdur. Daha sonra (thirdly), kəsiliş qatlarının düzgün müəyyən edilməsi üçün səth dalğaların çoxkanallı analizindən istifadə etməklə qatların sərhədləri və qalınlıqları təyin olunmuşdur.

Sonda (as a result), aparılmış tədqiqatlarla bağlı 128 səhifəli hesabat hazırlanmışdır.

 

https://caspiangeomatics.com/

 

post your comment

Khojali Avenue 55, AGA Business Center 4th floor, Baku, Azerbaijan, AZ1025 [email protected] (+994) 55 206 09 95 (WhatsApp)
× WhatsApp Chat