Geology, Geophysics

“ALAT CITY” layihəsi üzrə geoloji və geofiziki işlər

Geoloji qazma işlərinin ümumi həcmi  430 metr təşkil etmişdir, seysmoloji tədqiqatlar iki profil xətti üzrə aparılmışdır (profillərin uzunluğu 120 m).

Bakı şəhərində müxtəlif mərtəbəli yaşayış binalarının tikintisi məqsədilə geoloji və geofiziki tədqiqatların aparılması ilə bağlı müqavilə imzalanmışdır. Əsas məqsəd sahədə geoloji və geofiziki tədqiqatların aparılması, topoqrafik işlərin yerinə yetirilməsi, laboratoriya analizlərinin aparılması olmuşdur.  Qazma işləri 430 metr təşkil etmişdir.

Tərəfimizdən yerinə yetirilmiş mühəndisi axtarış işləri əsasən aşağıdakılardan ibarət olmuşdur:

  • Sahədə topoqrafik işlərin aparılması;
  • Tikinti sahəsinin və onunla həmsərhəd ərazilərin mühəndisi-geoloji və hidrogeoloji şərait baxımdan vizual müayinəsi;
  • Kəşfiyyat quyularının qazılması;
  • Geofiziki tədqiqatların aparılması;
  • Qrunt və su nümunələrinin götürülməsi;
  • Laboratoriya tədqiqatlarının aparılması;
  • Kameral emal işlərinin yerinə yetirilməsi.

Tədqiqat sahəsində qazılmış quyulardan götürülmüş qrunt nümunələrinin fiziki-mexaniki göstəriciləri laboratoriya şəraitində standart tələblərə uyğun olaraq təyin edilmişdir. Quyulardan götürülmüş strukturu pozulmamış qrunt, su və onların kimyəvi analizi üçün nümunələr laboratoriya sınaqlarına cəlb edilmişdir. Geoloji-litoloji tədqiqat zamanı normativ sənədlər və hazırda qüvvədə olan təlimatlar əsas götürülmüşdür. Əldə edilmiş nəticələrlə yanaşı ötən illərin tədqiqat, fond və ədəbiyyat materiallarından istifadə olunmuşdur. Kəsiliş qatlarının düzgün müəyyənləşdirilməsi interpretasiyasını mümkünsüz edən bu problemin öhdəsindən gəlmək üçün Səth Dalğaların Çoxkanallı Analizindən istifadə etməklə qatların sərhədləri və qalınlıqları müəyyənləşmişdir.

Sonda tərəfimizdən aparılmış tədqiqatlarla bağlı 128 səhifədən ibarət Hesabat hazırlanmışdır.

 

Bütün hüquqlar qorunur.  İstifadə edərkən https://caspiangeomatics.com/ saytına istinad zəruridir.

 

post your comment

4th floor, Tech Plaza, 1/47 Ahmad Rajabli str., Baku, Azerbaijan [email protected] (+994) 12 480 10 70 / (+994) 55 206 09 95
× WhatsApp Chat