CASPIAN GEOMATICS MMC tərəfindən Cəbrayıl rayonunda torpaqların meliorativ tədqiqatları (torpaq tədqiqatı) aparılacaqdır. Belə ki, “Cəbrayıl rayonunun işğaldan azad olunmuş ərazilərində meliorasiya və su təsərrüfatı kompleksinin bərpası və inkişafı üzrə texniki-iqtisadi əsaslandırmanın və layihə sənədlərinin hazırlanması” çərçivəsində torpaqların meliorativ tədqiqatları üzrə 21.09.2023 tarixli ikitərəfli müqavilə imzalanmışdır. Müqaviləyə əsasən “CASPIAN GEOMATICS” MMC tərəfindən tədqiqat ərazisində torpaq nümunələri götürülüb laboratoriya analizləri aparılacaqdır. Müxtəlif təsnifat xəritələri tərtib edilməli və torpaqların meliorativ tədqiqatları üzrə CİS qurulmalıdır.
Ərazinin yeni işğaldan azad olunmasını nəzərə alaraq hazırda ANAMA ilə danışıqlara başlanılmış və tədqiqatların təhlükəsiz şəraitdə aparılması məsələlərinə baxılır. CASPIAN GEOMATICS MMC tərəfindən yerinə yetiriləcək işlərin tam icra müddəti 2 təqvim ayı nəzərdə tutulub.
CƏBRAYIL RAYONUNDA TORPAQ TƏDQİQATLARI APARILACAQ