Layihələndirmə üzrə CASPIAN GEOMATICS MMC şirkəti geniş istiqamətli xidmətlər göstərir. CASPIAN GEOMATICS MMC layihələndirmə üçün kompleks mühəndis axtarış işlərini də həyata keçirir. Bu axtarışlara geologiya və geofizika, hidrogeologiya, geodeziya, qrunt laboratoriya tədqiqatları daxildir. Hər bir Sifarişçi üçün işlərin kompleks şəkildə icra olunması vacibdir. Cəmiyyətimiz layihələrin tam icrasını yerinə yetirmək imkanlarına malikdir. CASPIAN GEOMATICS MMC SCADA sistemi (Avtomatika), hidrotexniki və meliorasiya qurğuları, su təchizatı və kanalizasiya sistemləri, tikinti təşkili və baş planların hazırlanması üzrə xidmətlər göstərir.
Su təsərrüfatında hidrotexniki qurğular olduqca əhəmiyyətli yer tutur. Xüsusi ilə kənd təsərrüfatı bitkilərinin istehsalının artırılmasında, həmçinin torpaqların yaxşılaşdırılmasında müstəsna rolu vardır. Təyinat və xüsusiyyətlərinə görə də qurğular təsnif olunur.
Bina və qurğuların layihələndirilməsində topoqrafiya ölçmələrinin aparılması, alınmış nəticələr əsasında geoloji və hidrogeoloji tədqiqatların yerinə yetirilməsi daim aktualdır. Şirkətimiz geoloji və hidrogeoloji tədqiqatlar üzrə bütün növ qazma mexanizmləri ilə işləri aparmaq imkanlarına malikdir. Eyni zamanda, Cəmiyyətimiz qrunt laboratoriya tədqiqatlarının yerinə yetirilməsi və nəticələrin təhlil edilməsi, həmçinin praktiki tövsiyələrin hazırlanması işlərini icra edir.
Şirkətimiz, Alternativ Enerji, Tullantıların İdarə Olunması, İrriqasiya və Drenaj sistemləri, Su təchizatı, Neft-qaz sektoru, Kənd Təsərrüfatı, Meşə Təsərrüfatı, Ekosistemlər, Təbii ehtiyatlar, Şəhər planlaşdırılması, Ətraf Mühit və layihələndirmə (hidrotexniki qurğular) üzrə kompleks tədqiqat və mühəndis axtarış işlərini icra edir. CASPIAN GEOMATICS MMC Asiya İnkişaf Bankı (ADB), Dünya Bankı (WB), Avropa Yenidənqurma İnkişaf Bankı (EBRD) kimi beynəlxalq təşkilatların layihələrinin həyata keçirilməsində iştirak edir. Eyni zamanda, xarici təşkilatlarla çalışır (Kanada, Norveç, Danimarka, Fransa və s.), həmçinin Dövlət və özəl qurumlarla əməkdaşlıq edir.